Hər kəsin həll etməli olduğu rəng korluğu testləri

Bir rəngin tonlarının ayırd edilə bilinməməsi nəticəsində meydana gələn rəng korluğu müxtəlif testlərlə başa düşülə bilər. Rəng korluğu testləri ilə bağlı bəzi araşdırmalar aparmışıq. Rəng korlarının əksərşəkilləri ağ və ya qara rəngdə gördüklərini bilirsinizmi? Rəng korluğu testlərini sizə təqdim edirik.

Hər kəsin həll etməli olduğu rəng korluğu testləri

1. Aşağıdakı şəkildə hansı rəqəmi görürsünüz? Əgər o rəqəmi 74 olaraq görürsünüzsə, hər hansı bir rəng korluğunuz olmadığına əmin ola bilərsiniz. Əgər 74-dən başqa fərqli bir rəqəm görürsünüzsə və ya heç bir rəqəm görmürsünüzsə, rəng koru ola bilərsiniz.

2. Testlərimizə davam edirik. Normal görmə qabiliyyətinə malik insan aşağıdakı şəkildəki 8 rəqəmini asanlıqla görə bilər. Rəng seçimində çətinlik çəkən insanların bu rəqəmi 3 olaraq görməsi və ya heç görməməsi mümkündür.

3. Normal görmə qabiliyyətinə malik insan aşağıdakı şəkildəki 45 rəqəmini asanlıqla görə bilər. Amma rəng korluğu olan insanlar üçün bu vəziyyət dəyişkəndir. Əgər bu rəqəmi 15 olaraq və ya ümumiyyətlə görmürsünüzsə, rəng korluğu riskiniz var.

4. Normal görmə qabiliyyəti olan insan bu şəkildəki 5 rəqəmini asanlıqla görə bilər. Rəng korluğu olanlar bu şəkildə hər hansı bir rəqəm görə bilmir.

5. Bu dəfə fərqli bir üsul sınayırıq. Əgər rəng koru deyilsinizsə, bu şəkildə heç nə görə bilməzsiniz. Ancaq rəng koru olanlae bu şəkildə 5 rəqəmini görə bilərlər.

6. Aşağıdakı şəkillərdə hansı rəqəmləri görürsünüz? Normal görmə qabiliyyəti olan insanlar şəkildəki rəqəmləri asanlıqla görə bilirlər. Ancaq rəng korluğu olan insanların hər hansı rəqəmi görməsi mümkün deyil.

7. Rəng korluğu olan insanların bu şəkildəki 45 rəqəmini görməsi tamamilə mümkündür. Lakin normal görənlər şəkildə heç bir rəqəm görmürlər.

8. Normal görmə qabiliyyətinə malik olan insanlar aşağıdakı şəkildəki 26 rəqəmini görə bilərlər. Ancaq rəng korlarının aşağıda gördükləri rəqəmlər ayrı-ayrılıqda 2 və 62-dir.

Rəng korluğu nədir?

Hər kəsin həll etməli olduğu rəng korluğu testləri

Görmə mərkəzində xüsusi piqment molekullarının olmaması və ya olması lazım olduğundan az olması rəng korluğu adlandırılır. Bu əskikliyə görə bir çox rəngləri ayırd edə bilmək olmur. Qadınların 0,6-0,8 faizində bu problemə rast gəlinir. Kişilər üçün bu nisbət yüzdə 10-a yaxındır. Daltonizmdə qırmızı, yaşıl və mavi rənglərdən birini və ya bir neçəsini ayırd etmək olmur. Ümumi olaraq rəng korluğu qırmızı və yaşılı ayırd edə bilməməkdir, lakin bəzi insanlar mavi rəngi də ayırd edə bilmirlər.

Hər kəsin həll etməli olduğu rəng korluğu testləri

Rəng korluğu bir rəngin tonlarını ayırd edə bilməmək kimi yüngül dərəcədə ola bilər, lakin hər hansı bir rəngi bütövlükdə ayırd edə bilməyəcək qədər şiddətli də ola bilər. Nadir hallarda bütün rəngləri ayırd edə bilməmək problemi yaşanır. Belə insanlar hər şeyi yalnız qara və ağ görürlər. Normal rəng görmə qabiliyyəti olan insanlar bütün digər rəngləri görmək üçün üç spektral rəngi, qırmızı, yaşıl və mavini qarışdırırlar. Buna torlu qişadakı duyğu hüceyrələri, yəni konus hüceyrələri cavabdehdir. Bu hüceyrələr bütün gün ərzində işləyirlər.

Məqaləyə emosiya bildir:
emotion
11
emotion
11
emotion
10
emotion
7
emotion
7
emotion
8
emotion
8
Dostlarınla paylaş:
1 il əvvəl
2821 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Ela.