Həyatda pozitiv olmağınızı təmin edəcək 7 vərdiş

Yenilənmə tarixi: 2023-08-23

Bəzi insanlar bəzən xoşbəxt, bəzənsə bədbəxt bir həyat yaşamağın müsbət və mənfi cəhətləri ilə mübarizə aparırlar. Həyatda sizi pozitiv saxlayacaq vərdişləri təqdim edirik.

Mükəmməl bir həyat yaşamaq üçün daim pozitiv qalmalısınız. Buna çalışdıqda problemlər əngəl yaradır? Bəli, bütün bəlalar sizi əhatə edə bilər. Lakin sizin müsbət düşüncəli insan olmağa səsləyən bəzi vərdişlərə yiyələnməyiniz lazımdır. Pozitiv olmağınızı təmin edəcək vərdişlər axtarırsınızsa məqaləmizi sona kimi oxuyun.

Daxili dünyanızdakı mənfi düşüncələri bir kənara qoymağın vaxtıdır. Əvvəlcə müsbət düşünməyin yaxşı və pis vəziyyətlərə reaksiyalarınızla əlaqəli bir ruhi vəziyyət olduğunu unutmayın. Həyatınıza rəng qatacaq, sizi daim enerjili və təşəbbüskar bir insan halına gətirəcək və pozitiv olmaq üçün qızıl qaydalar aşağıdakılardır:

Düşüncələri düzəltmək: Öz düşüncələrinizi nəzarət altında saxlayaraq tərəfdaşlığa və sabit fikirliliyə nail ola bilərsiniz. Müsbət düşüncələri tərəfdaşlığınıza cəlb etməyə çalışın.

Sağlamlıq: Düzgün qidalanma, fiziki aktivliklər və yuxu tənzimləmə pozitiv enerji ilə dolu hiss etməyinizə kömək edə bilər.

Məqsədlər: Öz həyatınıza məqsədlər təyin edin. Başarıya nail olduğunuzda özünüzü daha faydalı və qiymətli hiss edə bilərsiniz.

Müstəqillik: Özünüzü daha çox idarə edə biləcəyiniz məsuliyyətlər seçin və onları yerinə yetirin.

Yeni Təcrübələr: Yeni təcrübələrə açıq olun və öyrənməyə nail olanda özünüzü daha özəl hiss edə bilərsiniz.

1. Dünyaya yalnız lazım olan şeylər verin

Dünyaya yalnız lazım olan şeylər verin

Dedi-qodu etmək, yalan danışmaq, başqaları haqqında pis fikir səsləndirmək kimi vərdişlər sizi geriyə çəkən hallardır. Başqaları haqda danışarkən onların da sizdən danışdığını unutmayın. Özünüzə olan hörmətinizi artırmaq və başqaları ilə müqayisə etmədən öz dəyərlərinizi tapmaq ən vacib məqamdır.

“Söylənənlərə baş qoşma, görənlər səni bir ot sansın. Sən gül ol, uğrunda oxumayan bülbül utansın”. Mövlana

2. Özünüz olun

Özünüz olun

Yeddi milyard insan arasında özünəməxsus bir fərd olduğunuzu bilirsinizmi? Bəli, səhv eşitmədiniz. Bu qədər insanın içərisində ən xüsusi, dəyərli və qiymətli insansınız. Həmişə müsbət davranışlarınız və uğurlarınızla özünüzü xoşbəxt edə bilərsiniz. Ancaq həyat tərziniz və uğurlarınızla çox öyünməyin. Həmişə özünüz olun!

“Olmaz dediyin və varsa, olar. Düşmərəm desən düşərsən, çaşmaram desən çaşarsan. Öldüm deyə durarsan, yenə də yaşayarsan”. Mövlana

3. Başqaları ilə mülayim davranın

Başqaları ilə mülayim davranın

Özünüzə verdiyiniz önəmin bir qismini digərlərinə verməyi unutmayın. Başqalarına həqiqətən qayğı göstərdiyiniz zaman, ağlınız insanlarda yaxşı hərəkətlər tapacaq. Bu hərəkətinizlə daim təqdir olunacağınızı unutmayın. Pozitiv insan olmaq üçün neqativlik yaymamaq ən vacibidir. Dostlarınızın pozitiv olması sizə də yansıyacaq.

“Xoşbəxt olmaq istəyirsənsə, başqalarının xoşbəxtliyi üçün çalış. Bunun sevinci səni xoşbəxt etmək üçün kifayət edəcək”. Ludwig van Beethoven

4. Mübahisədən yayının

Mübahisədən yayının

Həyatda qarşınıza qoyduğunuz hədəflərə hər zaman iddialı olmağı öyrənməlisiniz. İnandığınıza qarşı iddialarınızdan imtina etsəniz, özünüz və əhatənizlə mübahisə vəziyyəti yaranacaq. Hisslərinizi, istəklərinizi və ehtiyaclarınızı ifadə etməkdən çəkinməyin. Hər zaman dəqiq və qətiyyətli olmaq sizi yarana biləcək münaqişələrdən uzaqlaşdıracaq. Qəzəblənmək, mübahisə etmək itirməyinəzə səbəb olar.

"Cahillə münaqişəyə girmə. Ya səni özündən çıxaracaq, ya da rüsvayçılıq edəcək”. Mövlana

5. Gülümsəyin

Gülümsəyin

Heç vaxt gülümsəməkdən imtina etməyin. Bir çimdik təbəssüm də beyninizdə xoşbəxt düşüncələrin meydana gəlməsini dəstəkləyir. Kanzas Universitetində aparılan araşdırma zamanı insanların ağzına qələm yerləşdirərək onların gülümsəməsi təmin olunub. Nəticə əla olub. Kiçik bir təbəssüm də sizi daha müsbət, az stressli və daha nikbin edəcək.

“Təbəssüm qana ən tez yayılan dərmandır”. Çarli Çaplin

6. Həmişə aktiv olun

Həmişə aktiv olun

Asosial insanlar həyatda daha pessimist, daha mənfi düşüncələrə sahib olurlar. Bəzi şeyləri yalnız əylənmək üçün edin. Həyatın işdən, kariyeradan, uğurdan daha artıq olduğunu anlayın. Bəzən həyat ehtiraslar, hobbi, ailə və dostluqlarla əylənə bilməyin bir hissəsidir.

“Xoşbəxt olmaq üçün bütün ehtiyacımız həvəsli bir şey tapmaqdır. Ancaq rahat və dəbdəbəli həyatın əsas tələbləri kimi davranırıq”. Albert Eynşteyn

7. İdmanla məşğul olun

İdmanla məşğul olun

Həyatınıza pozitivlik qatacaq ən vacib məqamlardan biri də idman və məşqlər olacaq. İdman bədəninizi və zehni sağlamlığınızı qorumağa kömək edən ən təsirli dərmandır. Özünüz üçün hazırlayacağınız bir məşq proqramı ilə həm zehni, həm də fiziki baxımdan inkişaf edə bilərsiniz. Bundan əlavə, idman yaxşı qidalanmağınıza və nizamlı yuxuya kömək edəcək.

“Vücudunuza yaxşı baxın. Yaşamaq məcburiyyətində olduğunuz yeganə yer oradır”. Jim Rohn

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7612 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
lamiyə (7 ay əvvəl)
Bürcülər
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 597
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 791
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 817
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1450
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 883
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1005