İftarda nə yeyilməlidir? Ramazanda iftarda sağlıqlı yemək siyahısı
Ramazanda iftarda nə yeyilməlidir? sualının cavabını bu yazımızdan tapa bilərsiniz. Ramazanda iftarda yeyilməli olan qidalar və sağlıqlı yemək listəsini sizin üçün hazırladıq:
İftar Ramazanda ən çox gözlənilən və ən vacib yeməkdir. Sahur süfrələri adi səhər yeməyi və ya şam yeməyi kimi hazırlansa da, iftar süfrələri adətən şam yeməyindən çox daha böyük və möhtəşəm olur. Bütün ailənin bir araya gəldiyi, dostlarla görüşdüyü, müxtəlif yeməklərin olduğu iftar süfrələrində nəzarəti itirməmək çox vacibdir.
Ramazan ayında ənənə halını alan iftar süfrəsi adı altında yeyilən yeməklər, əslində, ümumiyyətlə, delikates məhsullarıdır. Kolbasa, salam, donuz, qaymaq və s. Bu məhsullar doymuş yağlarla zəngin olduğundan ürək xəstələri üçün xüsusilə risklidir və kalorisi çox yüksək olduğundan miqdarına diqqət etmək lazımdır. İftar süfrələri ilə iftar etməyi sevənlər üçün əsas yemək üçün az yağlı və ya az yağlı tərəvəz yeməyi seçmək yağ balansını qorumağa kömək edə bilər. Ürək xəstələri, yüksək xolesterol və qan yağları olanlar, diabet xəstələri və 60 yaşdan yuxarı olanlar şirniyyat istehlakını mümkün qədər az saxlamalıdırlar.
Sahurda bir ədəd suda bişmiş yumurta və ya yumurta ilə hazırlanmış qayğanaq yeməkyin toxluq müddətini uzatmağa kömək edəcəyini söyləyən Erözgür, "Yumurtanın dəmirini öldürməmək üçün yanında çox açıq çay və ya cökə, çobanyastığı kimi kofein miqdarı az olan bitki çayları içmək olar" ifadərini söylədi. Erözgür, süd və süd məhsullarının sahurda istifadə edilməsini toxluq müddətini artırmasına kömək etdiyini, tərkibində olan yüksək protein ilə tez acmanızın qarşısını alacağını söyləmişdir. Sahurda südə üstünlük vermək, tərkibində olan kalsiumdan faydalanmağınıza səbəb olacaqdır. Sahurda çörək yemək uzun müddət tox qalmağınıza kömək edəcək. Çörək karbohidrat qrupundan olan bir qida olduğu üçün həzmi ağızdan başlayır. Tez doymanıza kömək edən qara çörək, toxluq müddətini də artıracaqdır.
Arıqlamaq və toxluq müddətini artırmaq istəyən hər kəsin süfrəsində yer alan salatlar, sahurda da qurtarıcı kimi xilaskar rolunu oynamaqdadır. Salatlara qatılan sirkə və limon, həzmin daha da uzanmasına səbəb olaraq, ac qalmadan oruc tutmağınıza kömək edər.
Ədviyyatlarla bağlı danışan Erözgür, qan şəkərin düzənləyən, metobolizmanı sürətləndirən darçının, fərqli ədviyyatlar arasında yer aldığını və şirniyyat krizlərinin qarşısını almaq məqsədilə şəkərsiz kakao və darçından istifadə edilə biləcəyini söylədi.
Ramazan ayı boyunca darçını bol miqdarda istifadə edərək, yemək yemədiyiniz müddətdə toxluq müddətinin artacağını vurğulayan Erözgür, darçını süd, qatıq, su və ya çayda, meyvələrin üzərində istifadə edilə biləcəyni də söylədi.
Sahurda nə yemək lazımdır?
Sahurda sadəcə su içərək və ya heçnə yeməyərək niyyət etmənin zərərli olduğunu dilə gətirən Tapan, belə dedi:
"Çünki bu bəslənmə tərzi təxmini 12 saat olan aclığı, ortalama 18 saata qaldırır. Bu da qan şəkərinin daha erkən saatlarda düşməsinə və günün daha halsız keçməsinə səbəb olur". Yeyəcəklərin az öyünlər şəklində, ancaq daha çox tükədilməsi, qidaların daha çox depolanmasına, kan şəkərində balanssızlığa, reflü şikayətlərinin artmasına və çəki artımına səbəb olur.
Buna görə də sahurda mütləq yuxudan durmalı və rərkibində protein olan süd içməli, qatıq, pendir kimi qidalar yeyilməli, yanında mütləq şəkildə çörək yeyilməlidir. Protein və lifli qidalar mədəni gec tərk etdiyi üçün doyma hissini yaradacaq və acmanı gecikdirəcəkdir. Sup, zeytun yağı istifadə edilmiş yeməklər və ya yüngül səhər yeməklərindən birini seçmək ən doğrusu olacaqdır.
İftarda necə bəslənməli?
Qan şəkəri çox aşağı olduğundan, iftarda qısa müddətdə çox yemək tükətmə istəyinin yarandığını vurğulayan Dietoloq Dr. Tapan, ancaq boş mədəyə birdən yükləmənin çox əlverişsiz olduğunu söyləyərək ,iftar bəslənməsi ilə bağlı bu bilgiləri verdi:
"Təxmini 12-14 saat istirahət etməyə çəkilən mədəyə yüklənmək, iftar sonrasında həzmsizlik yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün, iftar yeməyində yüngül bir sup və 1 dilim çörəklə baslayıb, 15-20 dəqiqə fasilə verdikdən sonra, toyuq və ya balıq əti, zeytun yağlı bir tərəvəz yeməyi və salat yeyə bilərsiniz".
İftardan sonra edilməsi lazım olanlar:
Ramazan ayında uzun müddət aclığın ardından iftar vaxtı ilə birdən yemək yeməyə yönələn mədə və bağırsaq sisteminə tesir etdiyini söyləyən Memorial Antalya xəstəxanasının dietoloqu Berna Ertuğ-un təklifləri həzmsizlik və qaz şikayəti yaşamamaq üçün Ertuğ, bunları söyləyir:
Başlanğıcda iftarlıq yeməklərdən az miqdarda yeməli. Oruc açıldıqdan sonra yeməklər 2-3 öyünə bölərək yeyilməli. Çox isti və soyuq qida tükətimindən qaçınmalı. Yeməkləri yavaş yeməyə və yaxşı çeynəməyə diqqət etməli. Yemək sırasında turşulu yeməklərdən uzaq durmalı. Sahur bitiminə qədər ən azı 12-15 bardak su mütləq içilməlidir.
Kilo almamaq üçün salat yeyin
Dietoloq Emre Uzun, bu il oruc müddətinin 15-17 saat arasında olacağını vurğulayaraq, uzun müddət aclığın metobolizmanın sürətini azaltdığını söyləyir. "Vaxtından gec saatda edilən ağır iftarlar da üstə gəlincə, kilo artımı digər aylara nisbətən daha sürətli olur" deyən Uzun, Ramazan ayında kilo artımının olmaması üçün bunları etməyi məsləhət görür: Su içilməsinə diqqət edilməli, həzmi asanlaşdıran cökə, şüyüd, çobanyastığı çaylarını şəkərsiz içə bilərsiniz. İftarda mütləq salat yeyin. Bu vəziyyət sizin tox qalmanıza kömək edərək, yeməkləri az tükətməyinizə səbəb olacaqdır. Əsasən də iftarda çox yemək yeyənlər, iftardan iki saat sonra 30 dəqiqəlik yürüyüşə çıxmalıdır.
Ramazan ayı üçün həkim məsləhətləri:
Məqaləyə emosiya bildir:
4933 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)