İnsanlara təsir etmək üçün 15 qayda

İnsanların sizi dinləməsini təmin etmək və ya istədiyinizi etmələri üçün zəngin olmağınıza ehtiyac yoxdur. Psixoloji araşdırmalara görə, insanları ələ almaq üçün istifadə oluna biləcək bir çox yol var.

İnsanlara asanlıqla təsir göstərməyin 15 üsulunu təqdim edirik.

1. Birinin sizi sevib-sevmədiyini anlamaq üçün bir söz seçin, qarşınızdakı şəxs hər dəfə bu sözü işlədəndə başınızı aşağı salıb gülümsəyin. Sizdən xoşu gəlirsə, bu sözdən mütəmadi halda istifadə edəcək. Xoşu gəlmirsə, bu sözü bir də işlətməyəcək.

İnsanlara təsir etmək üçün 15 qayda

2. İnsanlarla tanış olanda onlara gülərkən göz rənglərini ayırd etməyə çalışın. İnsanlar gözlərinə şüurlu şəkildə baxılmasını sevirlər.

3. Dostunuzun sizə danışdığından daha artığını ondan öyrənmək istəyirsinizsə, verdiyiniz sualdan sonra bir neçə saniyə səssiz qalıb gözlərinə baxın. Bundan bir az narahat olsa, daha ətraflı danışmağa davam edəcək.

4. Qarşınızdakı insana təsdiq gözləyən bir sual verərkən "bəli" anlamında başınızı sallamaq işinizi asanlaşdıracaq. Etdiyiniz bu baş hərəkəti ilə qarşınızdakıların sizə inandığını hiss edəcəksiniz.

İnsanlara təsir etmək üçün 15 qayda

5. Daşıdıqlarınız sizi yoranfa öz-özünüzə danışın. Danışarkən əlinizdəkiləri dostunuzun qucağına yığa bilərsiniz. Çoxları sizi dinləməyə davam edəcək və əşyalarınızı daşıyacaq. Ancaq söhbətin mövzusunu doğru seçin ki, onun diqqətini cəlb etsin.

6. Əgər qarşınızdakıyla salamlaşarkən əlləriniz istidirsə, sizi səmimi görməsi realdır. İsti əlinizlə əl sıxışmaq ona güvən bəxş edəcək.

7. Basırıq yerlərdə gəzərkən kimləsə toqquşmaq istəmirsinizsə, gedəcəyiniz istiqamətdən gözünüzü ayırmayın. Çünkı qarşınızdakılar gözünüzə baxaraq buna görə hərəkət edəcək. Toqquşmaqdansa, yoldan çəkilməyi üstün tutacaqlar.

8. İnsanlara bir vəzifə vermək istəyirsinizsə, bunu tədricən reallaşdırın. Ona sadə bir vəzifə verin. Daha sonra verəcəyiniz əsas vəzifəni daha asan yerinə yetirəcək.

İnsanlara təsir etmək üçün 15 qayda

9. Yeni tanıdığınız insanlara adları ilə xitab edin. İnsanlar adları ilə çağırılmağı sevirlər. Bu onlarda inam və dostluq duyğusunu alovlandırır.

10. İnsanların bədən dilini təqlid etsəniz, sizi daha çox sevərlər. Məsələn, iş görüşməsində qarşınızdakı şəxslə eyni şəkildə otursanız və danışsanız, işə götürülmə ehtimalınız yüksək olar, alimlər bunu buqələmum təsiri adlandırır.

11. Daha sürətli danışsanız, qarşınızdakı insanı ələ almaq ehtimalınız artar. Biri sizinlə eyni fikirdə olmadığı zaman daha sürətlə danışaraq ona daha az düşünmə fürsəti verməyiniz sizin lehinizə olar.

İnsanlara təsir etmək üçün 15 qayda

13. İstədiyiniz məhsulu satmaq üçün onun yanında daha bahalı olan başqa bir məhsulu göstərin. Bu halda sizin məhsulunuza üstünlük veriləcək.

14. Qarşınızdakını qorxudaraq istədiyinizi edə bilərsiniz. Qorxutmaq dedikdə təhdid nəzərdə tutulmur. Qarşınızdakı şəxsi təhlükələr barədə düşünməyə məcbur etmək sizin üçün faydalı olar.

15. Biri sizə səsini qaldırarkən sakit olun. Qəzəb duyğusu adətən qısa müddətdə keçir və yerini günahkarlıq duyğusu alır. Bu mərhələyə keçən insan bağışlanmanı gözləyən hala gəlir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2800 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 598
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 794
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 825
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1455
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 885
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1009