Keçmişi unutmağınıza yardımcı olacaq 7 üsul
"Bir çoxumuz zaman-zaman keçmişdə qalırıq, buna görə irəliyə baxa bilmirik. Bəzən həyat davam edərkən və yeni şeylər yaşanarkən köhnədən yapışmaq asandır. Vacib məqam, keçmişdə yaşadığımızın bugünkü və gələcək həyatımıza necə təsir etdiyidir. Bu səbəbdən keçmişdən qurtulmağın yollarını öyrənməyiniz yaxşı ola bilər. "Fikrimizi məşğul edən və xoşbəxt olmağımızı əngəlləyən keçmişə dair düşüncələrdən xilas olmaq mümkündür. Bu yöndə olan təklifləri təqdim edirik.
Hər şeyin pis tərəfini xatırlamağa meylliyik. Məsələn, keçmişdə uğursuz bir münasibətiniz olubsa, geri qayıda və münasibətlərin yaxşı və xoş xatirələrini düşünməyə başlaya bilərsiniz. Keçmişi buraxmağın ən yaxşı yollarından biri yaxşıları ilə yanaşı, pisləri də xatırlamaqdır.Bəzən yaşadığımız pis xatirələr, bəzən münasibətləri unutmaq istədiyimiz anlara səbəb ola bilər. Belə anlarda indini yaşamaq, keçmişi keçmişdə saxlamaq gərəkdir. Yenidən başlamaq çətin olsa da, buna cəhd etmək vacibdir. Günahkarlıq psixologiyasına girmədən keçmişə önəm verməməyin 7 yolunu araşdırdıq...
Hər şeyin bir səbəbi var
“Bir qapı bağlananda digəri açılır” məsəlini xatırlayacaqsınız. Bəlkə də keçmişdə ailə üzvünüzü itirmisiniz və bu, indi ən yaxşı dostunuz və ya həyat yoldaşınızla tanış olmağınıza zəmin yaradıb. Buna görə, hər şeyin bir səbəbinin olduğunu unutmamaq lazımdır.
Pisləri də yaxşı kimi xatırlayın
Hər zaman neqativi düşünməyə köklənməməliyik. Hər şeyin yaxşı və pis tərəflərini xatırlamalı, bundan bir nəticə çıxarmalıyıq.
Sosial mediada unutmaq istədikləriniz olmasın
Keçmişi unutmaq sosial media vasitəsilə olduqca çətindir. Çünki unutmaq istədiyiniz insanlar hər an qarşınıza çıxa bilərlər. Həmin fotolar sizdə keçmiş xatirələri alovlandırır. Görmək istəmədiyiniz bütün insanları sosial şəbəkədə özünüzdən kənarlaşdırın.
Həyatınızı yenidən axara salın
Bir çox insanın keçmişdə ilişib qalmasının səbəbi, indiki həyatlarından məmnun olmamalarıdır. Yaşadığınız pis bir hadisə məktəbi bitirməyinizə mane olub? Yenidən imtahanlara hazırlaşın. Bir sözlə hər zaman yenidən cəhd etməyi bacarın. Ətrafında oturub keçmişi düşünmək sizi xoşbəxt etməz. Etdiyiniz səhvləri düzəltməlisiniz.
Çox düşünməyin..
Keçmişi düşünərkən ediləcək ən zərərsiz şey “kaş belə olardı” kimi düşüncələrə qapılmaqdır. Hər şey bitib, bunu düşünmək sizə zərər verə bilər. Fərqli bir qərar verməyin və ya başınıza gələn bir olayı durdurmağın sizin üçün yaxşı olub-olmayacağını bilə bilməzsiniz. Olduğunuz yerin ən yaxşı yer olduğuna inanın.
Bağışlayın
Keçmişinizdəki bəzi şeyləri bağışlamağı öyrənməsəniz əsla xoşbəxt olmayacaqsınız. Bəzi durumlarda sizə pis aqibət yaşadanlardan intiqam almaq istəyə bilərsiniz. Ancaq bununla özünüzə zərər verirsiniz.
Keçmişimizi tamamən unuda bilmərik. Keçmiş bizə bəzi şeylərdən ibrət almaq üçün lazımdır. Unutmayın, keçmişlə yaşamaq yaxşı seçim deyil.
Yaradıcı olun
Bəzi insanların sizinlə necə rəftar etməsi, həyatınızda hansı hadisələrin təkrarlanması ilə bağlı hislərinizi yazın. Bunu etdikdə özünüzü daha yaxşı hiss edəcəksiniz.
Keçmişi unuda bilmirsizsə aşağıdakılara göz atın.
Məqaləyə emosiya bildir:
10219 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Bəzən keçmis o qədər gözəl olur ki unutmaq istəsən belə adi bir əşya da o keçmişi sənə xatırladır bu bir mahnı da ola bilər və xatırlayanda yaşadığın hala baxıb nələri itirdiyinin fərqinə varırsan
Kecmis unudulsada unudulmur