Kivinin faydaları hansılardır?

Kivi dadlı olduğu qədər də faydalıdır. İçərisindəki vitaminlər sağlamlığa müsbət təsir edir. Tropik meyvə olan kivinin meyxoş dadı var. Bol miqdarda A və C vitamini, beta-karoten, kalsium, dəmir və maqneziumla zəngindir. Xüsusən uşaqların kivi yeməsi tövsiyə olunur. Liflə zəngin olan bu meyvə sağlamlıq üçün möcüzəvi xüsusiyyətlə malikdir.

Kivinin faydaları

İmmun sistemini gücləndirir

Kivinin faydaları

Sinir sisteminin rahat şəkildə işləməsi üçün lazımi vitaminlər olan proteinlərlə zəngindir. Kivi, tərkibindəki liflə mədə turşusunu tarazlaşdırır, həzmə kömək edir. Bağırsaqları hərəkətləndirir, metabolizmanı işlədir.

Hüceyrələri qoruyur

Kivi hüceyrələri qoruyur. Tərkibində bol antioksidant olduğu üçün DNA hüceyrələrini qoruyur və zədəli hüceyrələrin sağalmasını təmin edir.

Xərçəngdən qoruyur

Kividən istifadə etmək xərçəng riskini azaldır. Çünki kivi antioksidant və digər vitaminlərlə xərçəngə səbəb olan zəhərli hüceyrələrlə mübarizə aparır. Buna görə kivi yemək tövsiyə edilir.

Diyabetə yaxşı təsir edir

Diyabet

Şəkər xəstəliyinin əsas səbəbi qidalanma olduğu kimi, müalicəsi də qidalanmadır. Kivinin tərkibində şəkəri aradan qaldıran lif var. Lifli qidalar şəkər xəstələri üçün ən vacib qidalardır.

Tənəffüs xəstəlikləri üçün faydalıdır

Kivi, başda astma və bronxit olmaqla müxtəlif tənəffüs xəstəliklərini aradan qaldırmaqda təsirlidir. Kivi ağciyərin funksiyalarını tənzimləyərək astma və bronxitin müalicəsində mühüm rol oynayır. Siqret və alkoqol kimi zərərli vərdişlərin ağciyərlərdə səbəb olduğu pozğunluqları aradan qaldırır.

Ürəyin sağlamlığını qoruyur

Kivi antioksidantla zəngindir. Həmçinin, kalsium və lif sayəsində ürək sağlamlığını təmin edir. Kivi bədəndə yağ və toksin toplanmasının qarşısını alır, damar tıxanması riskini aradan qaldırır.

Yüksək təzyiqi aradan qaldırır

Yüksək təzyiq

Duz təzyiqin əsas səbəblərindən biridir. Kivi duzun təzyiq üzərindəki mənfi təsirlərini azaldır. Yüksək təzyiqi balanslaşdıraraq təzyiqin səbəb olduğu xəstəlikləri önləyir.

Qəbizliyin qarşısını alır

Kivi, bağırsaq hərəkətliliyini təmin edir, nəcisin xaric olmasını asanlaşdırır.

Soyuqdəymə üçün xeyirlidir

Kivinin tərkibində soyuqdəymə üçün təsirli olan C vitamini var. Hə böyüklər, həm də uşaqlar çoxlu kivi eməklə soyuqdəymədən qoruna bilərlər.

Dəriyə müsbət təsir göstərir

Tərkibində E vitamini olduğu üçün dərini təmizləyir, ləkələri aradan qaldırır, sağlam görünüş təmin edir. Kividən xüsusi maska hazırlanaraq dəriyə çəkilir. Davamlı istifadə nəticəsində öz müsbət təsirini göstərir.

Hamilə qadınlar üçün tövsiyə olunur

Hamilə qadınlar

Kivi qida dəyəri baxımından hamilə qadınlara faydalıdır. Həm ananın, həm də körpəsinin ehtiyacı olan vitaminləri qarşılayır.

Kividən istifadə forması

Kivi soyularaq yeyilir. Bununla yanaşı, suyunu sıxıb içmək olar. Gündə 1 və ya 2 kivi yemək sağlamlığa müsbət təsir göstərər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3260 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 578
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 781
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 806
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1441
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 875
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1000