Körpələri çimizdirmək barədə yanlış fikirlər

Yenilənmə tarixi: 2021-10-29

Körpələri necə yuyundurmaq, hansı dövrdən sonra çimizdirmək barədə hər zaman fərqli baxışlar, mübahisəli fikirlər olub. Bununla bağlı keçmiş zamanlardan qalan qaydalar çox zaman günümüzdə də tətbiq olunur. Körpəsini qucağına alan valideynlərin beynində çoxlu suallar dolaşır. Keçmişdən günümüzə ötürülən bir çox məlumat və ekoloji istiqamətlər körpəyə qulluq zamanı valideynləri çətin vəziyyətə sala bilər.

Yeni doğulanları nə zaman və necə çimizdirmək lazımdır?

Körpələri çimizdirmək

Bu barədə pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun fikirlərini təqdim edirik:

Uzun müddətdir ehkamlaşmış bir düşüncə - körpələri göbək düşənə qədər çimizdirmək olmaz fikri əslində yanlışdır. Əgər körpə doğulduqdan sonra üzərində mekonyum (körpənin nəcisi) və qana bənzər kimi kirli toxumalar mövcuddursa, doğulduqdan sonra yuyulmalı və uzaqlaşdırılmalıdır. Ancaq ümumi olaraq desək, körpələr doğulandan 24 saat sonra yuyula bilər. İlk yuyulan vaxtlarda göbəyin imkan daxilində suyla az təmasda olmasına diqqət etmək lazımdır. Dərhal sonra tez qurulamaq və daim quru saxlamalıyıq. Körpəni tam rahat bir şəkildə çimizdirmək üçün isə göbəyinin düşməsini və sağalmasını gözləmək lazımdır. Körpəni uyğun qaydalarda çimizdirmək ona zərər verməz.

Körpələr sadəcə, su ilə yuyunmalıdır?

Körpələrin bədən təmizliyi

Körpələrin bədən təmizliyi üçün təkcə su kifayət deyildir. Nəcis kimi kirli artıqların dəridən uzaqlaşdırılması üçün uyğun pH dəyərlərində maye təmizləyicilər və sabunlar istifadə olunmalıdır. Bu kirli artıqlar bədəndən uzaqlaşdırılmasa, dəridə səpkilərə, yaralara səbəb ola bilər.

Körpələrin saçlarına şampun vurmağa ehtiyac yoxdur?

Körpələrin şaçları üçün sampunlardan istifadə etmək olar.

Körpələr hər gün yuyunmamalıdır?

Körpələri ilıq su ilə çimizdirmək

Cəmiyyətimizdə doğru bilinən bu fikir də yanlışdır. İlıq su ilə çimizdirmək körpənizdə həm ölü dəri və kirli hissəcikləri uzaqlaşdırır, həm də onu rahatlatır. Yayda lazım olarsa, gündə iki dəfə, qışda isə günaşırı vanna qəbulu körpələr üçün faydalıdır. Vanna sonrası körpələr üçün nəzərdə tutulmuş losyonlardan istifadə etmək də körpənizin sağlamlığına faydalı olacaq.

ŞƏKƏRLİ SU SARILIĞA YAXŞI TƏSİR EDİR

Təxminən 50 il əvvəl körpələrə şəkərli su verildikdə sarılığın olmadığı və ya daha yüngül keçəcəyinə inanılırdı.Sonrakı araşdırmalar bunun faydalı və hətta zərərli olmadığını göstərdi. Ana südü ilə qidalanan uşağa kənardan su vermək ana südünün faydalılığını azaldır.Ona görə də ana südü ilə qidalanan uşağa su vermək belə düzgün deyil. Körpəyə böyüklər üçün zərərli olan bir maddə vermək qətiyyən düşünülməməlidir.

Uşağın göbəyi düşməmiş çimizdirməyin

Yeni doğulan körpənin göbəyi 5 ilə 10 gün arasında öz-özünə düşür. Qarın nəm qalmazsa, öz-özünə daha tez düşəcək. Bu səbəbdən tez-tez sarğıya ehtiyac qalmır.Hamamda islanma həm göbəyin düşməsini gecikdirir, həm də uyğun olmayan şəraitdə çimildikdə mikrob tuta bilər. Buna görə də, qarın düşənə qədər çimmək tövsiyə edilmir.

e-tibb.az

Körpəni çimizdirmək mövzusunda olan məqalələrimiz:

Məqaləyə emosiya bildir:
emotion
19
emotion
0
emotion
0
emotion
0
emotion
3
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
7114 dəfə oxundu
ilk.az-çılar nə deyir?