Metaverse nədir? Metaverse koin hansı işə yarayır?

Facebook-un rəhbəri Mark Zuckerberg şirkərin adının dəyişdirilərək "Meta" adlanacağını elan etdikdən sonra Metaverse mediada daha geniş müzakirə mövzusu oldu. Metaverse kollektiv paylaşım üçün nəzərdə tutulmuş virtual bir platformadır.

Metaverse nədir?

Metaverse nədir

Metaverse, insanların fərqli cihazlar arasında hərəkət etməsinə və virtual bir mühitdə əlaqə qurmasına imkan verən rəqəmsal dünyadır.

Bu termin insan cəmiyyətinin avatarlar biçimində təsir yarada biləcəyi fiziki reallığa paralel kiber kosmosu ifadə edir. Bu konsepsiya yazıçı Neal Stephensonun 1992-ci ildə qələmə aldığı "Sow Crash" əsərində ortaya atılıb. Texnologiya bloqu olan Verge metaverse-nin qismən gələcək üçün bir yuxu və qismən də hazırda davam edən dəyişiklikləri kapsullaşdırmanın yolu olduğunu bildirir. Bəzi video oyun şirkətləri meta-kainatların toxumlarını artıq yaradıblar. Hətta Fortnine-də avatar olaraq qarşıya çıxan repçi Travis Scottun virtual konserti 12 milyon izlənmə qazanıb.

Nə zaman həyata keçəcək?

Facebook Reality Labs-ı idarə edən Andrew Bosworth "Bu məhsulların əksəriyyəti qarşıdakı 10-15 il ərzində reallaşdırılacaq" deyə bildirib. Snow Crash kimi virtual bir dünya yaratmaq üçün bir çox texniki maneə mövcuddur.

Metaverse kainatına toxunma duyğusu gəlir

Metaverse haqqında

Meta-ya çevrilən Facebook metaverse-nin gələcəyini araşdırır, eyni zamanda onu alternativ dünya halına gətirmək üçün yeni avadanlıqlar və vasitələr hazırlamağa çalışır. Son olaraq geyinildikdə istifadəçilərin bualternativ dünyadakı əşyalara toxunmasını təmin edən geyim vasitəsi üzərində çalışıldığı deyilir.

Meta "virtual dünyada real dünyadakı qədər cəsarətli ola bilməsir" etirafını etsə də, hər vəchlə bu istiqamətdə irəliləməyə çalışır. Meta, istifadəçilərin əlcəklə yaşayacaqları sınağa belə izah verib: "Ultra-real 3D avatarla virtual bir 3D tapmaca üzərində çalışdığınızı düşünün. Masadan virtual bir əşya götürdükdə onu həqiqətən əlinizdə hiss edirsiniz. Əşyanın kənarlarının kəskinliyini, səthinin hamarlığını hiss edirsiniz. Daha sonra onu yerinə qoyduqda rahatladıcı bir duyğu yaşayırsınız".

Reality Labs-ın araşdırma direktoru Sean Keller duyğu yaratmaq üçün birdən artıq miniatür mühərrik istifadə etmək əvəzinə, mikroaxışqanlar istifadə edildiyini deyir. Bu isə avadanlığın sərtliyini dəyişməyə kömək edir. Lakin fiziki bir nəsnənin yoxluğuna rəğmən, öz duyğu bacarıqlarımızla fiziki duyum yaratmağımız mümkündür. UX araşdırma rəhbəri Sophie Kim beynimizin bu mövzuda olduqca yaxşı olduğunu bildirir: "Təbii olaraq, sadəcə bir qədər toxunma siqnalı beyni əlimizdə həqiətən bir nəsnə olduğuna inandıra bilər".

Metaverse üçün hazırlanmış əlcəklərə Mark Zuckerberg də şərh verib: "Meta-nın Reality Labs komandası Metaverse-də real toxunma hissi yaratmaq üçün xüsusi əlcəklər üzərində işləyir. Bir gün virtual nəsnələrə toxunduqda toxunmanı və təzyiqi hiss edə biləcəksiniz".

Metaverse dünyasının əlifbası

Metaverse Mark Zuckerberg

Metaverse dünyasının özünə aid xüsusiyyətləri var. Bunlardan bəziləri bir-birinin yerinə istifadə edilir. Bəzi təcrübələr reallığın müxtəlif versiyalarını qarışdırır, məsələn, Workrooms virtual bir toplantıya qatılmaq üçün Oculus Quest 2 qulaqlığına ehtiyac var. Bu texnologiya real dünyanı nümunə götürür və kompüterin yaratdığı görüntüləri əlavə edir. Pərakəndəçilər bunu yeni bir kreslonun müştərinin qonaq otağında necə görünəcəyini göstərmək üçün istifadə edirlər.

Meatspace kiber kosmosun və virtual mühitin əksinə olaraq fiziki dünyadır. Multiverse. Kainatın ümumi tanımında bir çox komponentlər mövcuddur. Texnologiya, internet, sosial media baxımından Facebook, Minecraft, Instagram, Twitch, Roblox, Fortnite, Discord və digər sosial və virtual mühitlər bunlara nümunədir.

Virtual reality. Virtual reallıq qulaqlığa ehtiyac olan sürükləyici bir sınaqdır. İstifadəçiləri fərqli dünyalara aparan virtual reallıq reallıq oyunları və real dünyada keçən təlimlər yer alır.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3144 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 598
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 794
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 825
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1455
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 885
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1009