Mütəxəssis ac olanda hirslənməyin səbəblərini açıqladı

İstifadə etdiyimiz qidaların bəziləri bizi gün ərzində daha aktivləşdirsə də, bəziləri bədənimizi ağırlaşdıra bilər. Daxili xəstəliklər mütəxəssisi dr. Ayça Kaya "Bədənin düzgün işləməsi üçün doğru qidalara ehtiyacı var" deyərək deyərək metabolik fəaliyyətlərin tarazlığa əsaslanaraq davam etməsi lazım olduğunu xatırladıb. Kaya sözlərini belə davam etdirib:

Mütəxəssis ac olanda hirslənməyin səbəblərini açıqladı

“Normal şəraitdə insan ac olanda heç bir problem yoxdursa, orqanizm bundan təsirlənmir. Yəni aclıq vəziyyəti orqanizmə pis təsir etmir. Bunun səbəbi bir müddət aclığa məruz qaldığımız zaman bədənimizdəki depoların işə düşməsidir. Bu hal bdənin keton cisimləri meydana gətirərək onlardan enerji mənbəyi kimi istifadə etməsiylə davam edir”.
Ancaq Ramazan ayında əsəb, stress və narahatlıq kimi problemləri tarazlıqda saxlamaq bəzən çətin ola bilər. Ayça Kaya “Aclıq əsəbiləşməyə səbəb olur” fikri haqqında bunları söyləyib:

“Heç də hər kəs ac qalanda əsəbi olmur. İnsan ac olanda qanda şəkərin səviyyəsini normallaşdıran fermentlər və hormonlar ifraz olunmağa davam edir. Aclığı tarazlaşdıracaq qidalar gün ərzində yeyilməsə belə, orqanizm onu ​​sistemə verir. Bu səbəbdən aclıq hər insanda əsəbilik, dözümsüzlük, stress və ya narahatlıq kimi problemlər yaratmır”.

Başqa bir sağlamlıq problemi ola bilər

Mütəxəssis ac olanda hirslənməyin səbəblərini açıqladı

Oruc tutanların gün ərzində yaşadıqları aclığı xəfiflədən və qan şəkərini tarazlayan depolar hər kəs üçün eyni deyil. Bu şərtlərin altında yatan fərqli bir xəstəlik riskinin olduğunu ifadə edən Kaya, aşağıdakı xroniki xəstəliklərə diqqət çəkib: “Şəkərli diabet, gizli şəkər, pozulmuş aclıq qlükozası, anemiya, hipoqlikemiya kimi problemlər və bunların müalicəsində istifadə olunan dərmanlara görə bu insanlarda orqanizmin qan şəkərinin normallaşma prosesi fərqli şəkildə gedə bilər. Xüsusən də dərman istifadə edən şəkər xəstələri ac qaldıqda əsəb problemləri yaşaya bilərlər”.

Davranışlarda əks olunan və gündəlik həyata mənfi təsir edən hallar əslində metabolik problemlər üzərində qurulur. Şəkər düşməsinin əlamətlərinin dözümsüzlük, konsentrasiya problemləri, diqqət dağınıqlığı və əsəbilik olduğunu ifadə edən mütəxəssis insanların bilmədiyi fərqli bir sağlamlıq probleminin qarşısı alınmadıqda bunun huşunu itirmə və irəliləmiş hallarda hətta ölümlə nəticələndiyini vurğulayıb.

Kaya, oruc tutarkən yaşanan və aclıq əsəbi hesab olunan bəzi davranışların menstruasiya sonrasında da sıx şəkildə yaşana biləcəyini xatırladaraq bunları vurğulayıb:

“Qadınlar menstruasiya zamanı qan itirdikləri üçün orqanizmdə hemoqlobinin səviyyəsi azalmağa başlayır. Bu vəziyyət qadınlarda əsəb, əl-ayaqlarda titrəmə, dözümsüzlük kimi problemləri ortaya çıxara bilər. Digər tərəfdən, menstruasiya dövründən sonra oruc tutmağa başlayan qadınlar ilk növbədə qan dəyərlərinin azalması və daha sonra aclığın geri qayıtması səbəbiylə əsəb problemləri yaşaya bilərlər”

Maye balansını təmin etmək çox vacibdir

Mütəxəssis ac olanda hirslənməyin səbəblərini açıqladı

Gün ərzində toxluq hissini uzadan qidalar əhəmiyyətli olsa da, maye balansı bir çox mümkün problemlərin qarşısını ala bilər. Kaya bu vəziyyəti belə dəyərləndirib:

“Oruc tutanlar gün ərzində saatlarla susuz qalırlar. İftar və imsakda kifayət qədər su içilmədiyində də hüceyrədəki maye maddələr mübadiləsi tarazlığını qorumağa çalışır. Bu, damarda maye-elektrolit balansının pozulmasına səbəb olur. Müvazinətin pozulması ilə insanlarda huşunu itirmə, aqressivlik, əsəbilik kimi nəzarətsiz davranışlar meydana gələ bilər. Bunları yaşamamaq üçün qida qəbulu və maye əlavəsi çox vacibdir”.

İmsakda qatıq yeməyə üstünlük verilməlidir

İmsakda axşamdan qalan şirin yeməklərə üstünlük verilməməsi lazım olduğunu vurğulayan dr. Ayça Kaya yumurta və az duzlu pendir kimi zülal əsaslı qidaların yeyilməsinin daha çox balanslaşdırıcı xüsusiyyətlərə malik olduğunu qeyd edib. İmsakda qlisemik indeks hesablamasının aparılmasının lazım olduğunu xatırladan mütəxəssis imsakda qatıq yeməyin faydasına diqqət çəkib. O, imsakda üstünlük verilməli olan qidaları belə sıralayıb:

“Gün ərzində əhvalımızı dəyişəcək problemlərə yol açmaması və toxluq hissini uzatması üçün tam taxıllı çörəklərə, keyfiyyətli zülal mənbələrinə və yüksək lif tərkibli qidalara üstünlük verilməlidir. Avokado, pendir, yumurta və qoz sadə bir imsak yeməyi kimi görünə bilər. Amma faydaları olduqca böyükdür”. İmsakda çox şəkərli qidalar qəbul edən insanların gün ərzində aclıq və halsızlıq kimi problemlərlə üzləşdiyini ifadə edən dr. Ayça Kaya, bədəndəki şəkər balansının pozulmasının da əsəbilik və dözümsüzlüyə səbəb olduğunu bildirib. İmsakda edilən iki ən böyük səhvin şirniyyata üstünlük vermək və iftardan qalan yeməkləri yemək olduğunu qeyd edən mütəxəssis "Yeddiyimiz qidaların bizim üçün xeyirli olmasını istəyiriksə, onları dərman kimi seçməliyik" deyə bildirib.

Məqaləyə emosiya bildir:
10 ay əvvəl
1347 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 2 ay əvvəl
  • 775
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 5 ay əvvəl
  • 849
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 880
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1515
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 6 ay əvvəl
  • 916
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1043