Övladı məktəbə yeni gedən və uyğunlaşma problemi yaşayan ailələr, diqqət!

Övladı məktəbə yeni gedən və uyğunlaşma problemi yaşayan ailələr, diqqət!

Tanınmış psixoloq Pınar Akdəmir uşaqların məktəbə uyğunlaşma prosesində valideynlərin nələrə diqqət etməli olduqlarından danışıb.

Övladı məktəbə yeni gedən və uyğunlaşma problemi yaşayan ailələr, diqqət!

Bir çox şagird məktəblə yeni tanış olub. Bəzi valideynlər bundan dolayı həyəcan keçirirlər.

Mütəxəssisin sözlərinə görə, uşaqlar bu dönəmə bəzi gözlənilən və gözlənilməyən reaksiyalar göstərirlər. Əgər azyaşlı anasından ayrıla bilmirsə, qaydalara əməl etmirsə, davranış problemləri varsa, 2-3 ay ərzində bu problemlər həllini tapmırsa, psixoloqa müraciət etmək lazımdır.

"Məktəbə ilk addım prosesini asanlaşdırmaq üçün valideynlər xüsusən özlərindən əmin olmalı, dəqiq, tutarlı davranmalı, mütəxəssislərə güvənməlidirlər".

Bəzn valideynlər uşaqları məktəbə apararkən və ya gətirərkən onların qəribə rəftarına məruz qalırlar. Uşaqların məktəbdən imtina etmələrinə bəzən baş və mədə ağrısı kimi fiziki problemlər zəmin yaradır. Buna görə övladınızı əvvəlcədən məktəb ab-havasıyla tanış edin.

Uşağın ağlında qeyri-müəyyənlik nə qədər az olsa, ilk günlər o qədər rahat keçəcək. Ona bir çox şey öyrənəcəyini, dostlarıyla yeni fəaliyyətlərə baş vuracağını söyləyin.

Məktəbə ilk gün valideynlərilə gedən uşaqlar özlərini daha inamlı hiss edirlər. Valideynlər buna diqqət etməlidirlər. Dərsdən sonra ailəlikcə nahar etmək, gəzmək və ilk dərs günüylə bağlı danışmaq uşağı rahatlaşdırır.

Məktəbə getmək zehni, fiziki, duyğusal və sosial hazırlıq tələb edir. Məktəbə hazır olub-olmamağı müəyyən edən testlər mövcuddur. Bəzi metodların köməyilə bu prosesi asanlaşdırmaq olar.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 ay əvvəl
223 dəfə oxundu
Fikir yazmaq üçün ilk.az hesabınıza daxil olun.