Proteinlə zəngin 11 səhər yeməyi tövsiyəsi

Səhər yeməyi, günə enerjili başlamaq üçün vacib məqamdır. Lakin hər cür səhər yeməyi insana enerji verməz. Enerji verən səhər yeməyi proteinlə zəngin olmalıdır. Proteinle zəngin səhər yeməklərini təqdim edirik.

1. Darçınlı, yoğurlu fransız tostu

darçınlı yoqurtlu tost

Fransız tostu günə proteinli bir səhər yeməyi ilə başlamaq üçün yaxşı seçimdir. Bunun sayəsində 28 qram protein əldə edə bilərsiniz. Əvvəlcə bir dilim çörəyi yumurta suyunda isladın. Çörəyin hər iki üzünü qızardın. Üzərinə tərəvəzlər əlavə edə və yoğurt vura bilərsiniz.

2. Aralıq dənizi səhər yeməyi

Aralıq dənizi qəhvəaltısı

Proteinlə zəngin səhər yeməklərindən biri də Aralıq dənizi yeməyidir. Bu qida xərçəng və ürək xəstəliklərini azaltmaqda faydalıdır. Əvvəlcə bir bütöv yumurtanı dord yumurtanın ağı ilə tam bişənə qədər tavada isidin. Sonra içərisinə az yağlı pendir və azacıq ispanaq əlavə edin.

3. Qozlu yoğurt

qozlu yoqurtlu səhər yeməyi

Qozun tərkibində orqanizmə faydalı omeqa-3 maddəsi var. Qozlu yoğurt səhər yeməyi da protein baxımından zəngindir. Yoğurta bir necə ədəd təmizlənmiş qoz əlavə edin. Mövsümə uyğun meyvələrdən də əlavə edə bilərsiniz. 250 kalori və 25 qram protein ehtiva edir.

4. Kivili və yoğurtlu səhər yeməyi

kivi yoqurtlu səhər yeməyi

Kivi və yoğurtda olan proteinlər mükəmməl balans yaradır. 3 kivini dilimləyib bir kasa yoğurta əlavə edin. İçərisinə chia toxumu qatın. 276 kalori və 25 qram protein ehtiva edir.

5. Pendirli və tərəvəzli omlet

tavada pendirli göbələkli omlet

Yumurta günə enerjili başlamağa kömek edir. Səhər omletinizə pendir və tərəvəz əlavə edib daha çox protein əldə edə bilərsiniz.

6. Sendviç

buğda çörəyi ilə sendviç

Tost və sendviçləri buğda çörəyi ilə hazırlayın. Belə bir səhər yeməyi günə enerjili başlamağınıza kömək edəcək.

7. Smoothie

almalı çiyələkli smoothie

Süd və ya yoğurtla hazırlanan smoothie protein ehtiyacı baxımından idealdır. Süd və ya yoğurta hazırlanan bu qidaya zövqünüzə uyğun əlavələr edə bilərsiniz.

8. Yulaf əzməsi

bananlı yulaf

Yulaf əzməsi protein və lif mənbəyidir. Yulaf əzməsini südlə bişirərək yeyə bilərsiniz. İçərisinə badam, fındıq kimi quru meyvələr də qatmaq olar.

9. Ricotta pendiri və waffle

Ricotta pendiri və waffle

Ricotta pendiri protein və kalsium qaynağıdır. Bu waffle aşağıdakı kimi hazırlanır. Wafflenin üzərinə az yağlı ricotta sürtün. Sonra onun da üzərinə bir ədəd dilimlənmiş şaftalı qoyun. Şaftalı əvəzinə ananas dilimləri də qoymaq olar.

10. Kinoa və yoğurt parfe

yoqurtlu darçınlı kinoa

Səhər yeməyi üçün vacib olan kinoanı bişmiş şəkildə yağsız yoğurt, doğranmış alma və darçınla birlikdə yemək olar. Bu, proteinlə təmin olunmaq baxımından faydalıdır.

11. Meyvəli yoğurt

qarağatlı yoqurt

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3471 dəfə oxundu
ilk.az-çılar nə deyir?