Pul yığmağın 5 effektiv yolu

Pul yığmağı bacarmırsızsa bu məqalə tam sizə görədir. Pula qənaət etmək, pul yığmaq mövzunu araşdırdıq. Məqaləni sizə təqdim edirik.

Büdcə planı

Büdcə planı

Ayda nə qədər xərclədiyinizə dair fikriniz olduqda həmin xərclərinizi bir büdcə halında tənzimləməyə başlaya bilərsiniz. Standart xərclərə əlavə olaraq avtomobilə qulluq kimi hər ay olmasa da, mütəmadi xarakter daşıyan və xərc tələb edən məqamları da diqqətə alın.

Qənaət planı

Qənaət planı

Büdcə planı yaratdıqdan sonra bunun içində qənaət kateqoriyası yaradın. Gəlirinizin 10-15 faizinə qənaət etməyə çalışın. Xərcləriniz yüksək olduqda qənaət edə bilməzsiniz. Bunu balanslaşdırmaq üçün ərzaq və əyləncəyə sərf olunan xərcləri yenidən gözdən keçirin.

Bazarlıq siyahısı

Bazarlıq siyahısı

Pulunuz üçün büdcə planına ehtiyac duyduğunuz kimi, bazarlıq üçün də bir plan qurmalısınız. Həftə ərzində səhər, günorta və axşam yeməkləri zaman nə yeyəcəyinizə qərar verin və daha sonra ehtiyacınız olan ərzaqların siyahısını hazırlayın.

Hədəf

Hədəf

Pul yığmağın ən yaxşı yollarından biri müəyyən hədəf qoymaqdır. Nə üçün pul yığdığınızı düşünün. Evlənmək, tətilə çıxmaq və digər işlər üçün pul yığa bilərsiniz. Nə qədər pula ehtiyac olacağını da düşünün.

Nəzarət

Nəzarət

Büdcənizi davamlı olaraq gözdən keçirin. Davamlı olaraq büdcənizin böyüdüyünə nəzarət edin. Bu, təkcə qənaət etmək yox, həm də problemləri sürətli şəkildə həll etmək baxımından önəmlidir. Belə halda hədəflərinizə daha tez nail ola bilərsiniz.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3898 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 4 ay əvvəl
  • 1204
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 7 ay əvvəl
  • 1196
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 8 ay əvvəl
  • 1229
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 8 ay əvvəl
  • 2030
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 8 ay əvvəl
  • 1293
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 9 ay əvvəl
  • 1326