Qurban alarkən nələrə diqqət edilməlidir?
Qurban bayramının yaxınlaşması ilə vətəndaşlar qurbanlarını seçməyə başlayıblar. Doğru qurbanı tapmaqda çətinlik çəkənlər üçün qurban seçərkən nəzərə alınmalı olan vacib məqamları araşdırmışıq.
Qurban alarkən diqqət etməli olduğunuz ilk şey qurbanın sağlam olub-olmamasıdır. Qurban üçün yaxşı bir heyvan seçmək üçün ən doğru yol onu əl ilə yoxlamaqdır. Heyvanın sümük bölgələri ətli və doludursa, həmin heyvan qurbanlıq üçün idealdır.
Qurbanın yaşı öyrənmək üçün ən vacib şeylərdən biridir.
Yaxşı qurbanın dərisi digərlərindən daha parlaq olur.
Yaxşı qurbanın döşü qalın və dolu olur.
Qurbanın dırnaqlarının, ayaqlarının və quyruğunun sağlam olması ən vacib məsələlərdən biridir. Qurbanın peyvəndlərinin tam olub-olmaması öyrənilməlidir.
Qurbanın yaşı önəmlidir
Qurbanlıq heyvan üçün yaş məhdudiyyəti var. Müəyyən yaşdan kiçik heyvanlar qurban kəsilə bilməz. Bu, dəvələr üçün 5 yaşdan yuxarı, iribuynuzlu heyvanlar üçün 2 yaşdan yuxarı, xırdabuynuzlu heyvanlar üçün 1 yaşdan yuxarıdır. Dişlərinə baxaraq heyvanın yaşını müəyyən edə bilərik. Öndəki iki kəsici dişin çıxması lazımdır.
Qurbanın sağlamlıq nəzarəti aparılmalıdır
Qurban bazarlarında satılan heyvanların ümumi əksəriyyəti bələdiyyələr və nəzarət altında olan səhiyyə müəssisələri tərəfindən satışa çıxarılır. Qurban bazarlarından heç vaxt möhürsüz heyvan almayın. Qurban bazarından deyil, başqa yerdən qurbanlıq alacaqsınızsa, mütləq baytardan sağlamlıq müayinəsindən keçirin.
Mütəxəssislərə görə qurban necə seçilməlidir?
Mütəxəssis baytar Ülkü Ünal qurbanlıq heyvan alarkən nəzərə alınmalı məqamlardan danışıb. Qurban alarkən ilk növbədə heyvanın sağlam olub-olmadığını yoxlamağın lazım olduğunu vurğulayan Ünal, qurbanın yaxşı qidalanmasının da vacibliyini vurğulayıb.
Məqaləyə emosiya bildir:
1877 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)