Saç tökülməsinə qarşı ən yaxşı 10 şampun tövsiyəsi

Bir çox insanı narahat edən saç tökülməsi problemi daha çox stress, qidalanma pozğunluqları, ətraf mühit faktorları, yaş və genetik faktorlar səbəbindən baş verir. Yeni kliniki tədqiqatlar nəticəsində əldə edilən şampunlarla bu problemə son qoymaq mümkündür. Təbii ki, ilk növbədə, saç tökülməsinin səbəbini öyrənmək üçün bir dermatoloqa müraciət etmək lazımdır. Saç tökülməsinə qarşı olan ən yaxşı şampunları təqdim edirik.

1. Grandhair Grand Hair

Grandhair Grand Hair

Saç tökülməsinə qarşı xüsusi olaraq hazırlanmış bu şampun E vitamini, şirin badam yağı, arqan yağı və çobanyastığı ekstraktı formulu sayəsində saçlarınızı kökdən uclarına qədər qidalandırır.

Xüsusiyyətləri:
Həcmi: 500 ml
Saç tipi: bütün saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: tökülmə əleyhinə

2. Diamond Hair Daily

Diamond Hair Daily

Keratinlə zənginləşdirilmiş formulası sayəsində saçları dərindən qidalandıran şampun, ilk istifadədən saç tellərini qalınlaşdırır. Tərkibindəki ozon mineralı sayəsində baş dərisinə nüfuz edərək saçlarının oksigen almasını təmin edir və uzanma sürətini artırır.

Xüsusiyyətləri:
Həcmi: 350 ml
Saç tipi: quru saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: qidalandırıcı, canlandırıcı

3. Vichy Dercos Energising

Vichy Dercos Energising

Saç tökülməsini azaldan və köklərin qalınlaşmasını təmin edən bu şampunun tərkibində B3, B5 və B6 vitaminləri var. Saç növündən asılı olmayaraq hər kəs istifadə edə bilər.

Xüsusiyyətləri:
Həcmi: 200 ml
Saç tipi: bütün saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: qidalandırıcı

4. Ducray Anaphase Plus

Ducray Anaphase Plus

Saçları yumşaltmağa və qırılmaları azaltmağa kömək edən şampun eyni zamanda saçları nəmləndirir. Həmçinin saçlara həcmlilik bəxş edir.

Xüsusiyyətləri:
Həcmi: 400 ml
Saç tipi: tökülən saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: tökülmə əleyhinə

5. Kerastase Specifique Bain Prevention

Kerastase Specifique Bain Prevention

Saç tökülməsi üçün xüsusi olaraq hazırlanmış şampun, saç kökünə enerji verir və tərkibindəki qlükolipid sayəsində saçları qidalandırır. Bundan əlavə, bu məhsul baş dərisinə qulluq edərək daha sağlam saçlara sahib olmağa şərait yaradır.

Xüsusiyyətləri:
Həcmi: 250 ml
Saç tipi: normal saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: tökülmə əleyhinə

6. La Roche-Posay Kerium Ds

La Roche-Posay Kerium Ds

Bu məhsul tərkibindəki təmizləyici kompleks sayəsində baş dərisindəki sebum balansını təmin edir. Tərkibindəki Vitamin PP sayəsində dəridəki qaşıntıları da aradan qaldırır.

Xüsusiyyətləri:
Həcmi: 125 ml
Saç tipi: kəpəkli saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: kəpək əleyhinə

7. Sebamed Anti Hairloss

Sebamed Anti Hairloss

Sebamed Anti Hairloss-un tərkibində kofein və ginkgo biloba ekstraktları var. Bu ekstraktlar sayəsində saçları qoruyur, həcm və güc qazanmasına kömək edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu məhsulun tərkibində paraben yoxdur.

Xüsusiyyətləri:
Həcmi: 200 ml
Saç tipi: tökülən saçlar
İstifadəçi: qadın
Qulluq effekti: tökülmə əleyhinə

8. Bioxcin Forte

Bioxcin Forte

Bütün saç tiplərində rahatlıqla istifadə edilə bilən şampun, təbii tərkibi sayəsində saçları dərindən təmizləyir və qidalandırır. Bunun sayəsində saçların tökülməsinin qarşısını alır və saç strukturunun güclənməsinə də kömək edir. Bu məhsulun bitki mənşəli olduğunu qeyd etmək lazımdır.

Xüsusiyyətləri:
Həcmi: 300 ml
Saç tipi: bütün saçlar
İstifadəçi: qadın
Qulluq effekti: tökülmə əleyhinə

9. Bioblas qara sarımsaq şampunu

Bioblas qara sarımsaq şampunu

Qara sarımsaq ekstraktı ilə hazırlanmış formulası sayəsində saçları qidalandıraraq saç tökülməsinin qarşısını alır. Tərkibindəki zəngin vitaminlər, kükürd və amin turşuları ilə saçların qalıcılığını artıran məhsuldan hər kəs rahatlıqla istifadə edə bilər.

Xüsusiyyətləri:
Həcmi: 1000 ml
Saç tipi: bütün saçlar
İstifadəçi: qadın-kişi
Qulluq effekti: tökülmə əleyhinə

10. Clear Men

Clear Men
Saçları kökdən ucadək qidalandıran şampun, saç dərisinə qulluq edərək kəpəyi aradan qaldırır. Bundanəlavə, xüsusi formulası sayəsində tökülmə problemini on dəfəyə qədər azaldır.

Xüsusiyyətləri:
Həcmi: 600 ml
Saç tipi: bütün saçlar
İstifadəçi: kişi
Qulluq effekti: tökülmə əleyhinə

Saç tökülməsinəin səbəbi nədir?

Saç tökülməsinə yediyiniz qidalar və hormonlarınız səbəb ola bilər. Hormonal faktorlara təsir edə bilməsəniz də, yediyiniz qidalara diqqət yetirə bilərsiniz. Bunlara əlavə olaraq kimyəvi maddələrə məruz qalma, dərman, psixoloji və saç xəstəlikləri də saç tökülməsinə səbəb ola bilər. Bu tökülmələr 2 ay davam edir.

Saç tökülməsinin qarşısını necə almaq olar?

1. Fendən mümkün qədər az istifadə edin və saçlarınızı dəsmalla qurulayın.
2. Əgər saçınıza boya və kimyəvi komponentlər tətbiq etsəniz, bu, saçlarınızın tökülməsinə səbəb ola bilər.
3. Uzun saçları sıx şəkildə yığmaq da tökülməyə səbəb ola bilər.

Məqaləyə emosiya bildir:
emotion
39
emotion
1
emotion
2
emotion
1
emotion
5
emotion
1
emotion
2
Dostlarınla paylaş:
1 il əvvəl
12249 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Nəbiyev Melahet (1 il əvvəl)
Qrand Hair neciyədir
Punhan (1 il əvvəl)
Erken yeni yenmelik usaqi bsdi basdi basi na buraxmaq olamaz usaq larmizin geleciyin fikirlesmeliyik