Su içə bilməyənlər üçün hazırlamaq asan olan 3 aromalı su resepti

Aromatik ləzzətlərlə zənginləşdirilmiş detoks suları su içmək vərdişi olmayanlar üçün su istehlakını artıran vasitələrdəndir. Dietoloq Sibel Mumcu “Ətraf mühit faktorları və balanssız qidalanma bədəndə arzuolunmaz toksinlərin yığılmasına səbəb ola bilər. İşləyənlərin tez-tez şikayət etdiyi səbəbi bilinməyən baş ağrıları, yorğunluq, keyfiyyətsiz yuxu kimi problemlər bu toksinlər səbəbiylə yarana bilər” deyə bildirərək hazırlanması asan olan 3 aromalı su resepti paylaşıb.

Stresli həyat tərzi keçirənlər, şirniyyat və yağlı yeməkləri sevənlər, siqaret və spirtli içkilərdən istifadə edənlər, oturaq həyat tərzi keçirənlər və ətraf mühitin çirklənməsinə məruz qalanlar aromatik ləzzətlərlə zənginləşdirilmiş detoks suları ilə bədənlərinin rahatlamasına dəstək ola bilərlər. Mütəxəssis, “Bu sulardan istifadə edilən dönəmlərdə spirtli içki və siqaretdən uzaq durmaq, gündə 1 saat gəzmək, turşu, şəkərli və qazlı içkilər qəbul etməmək, yağlı və şəkərli qidalardan uzaq durmaq, tərəvəz, meyvə və paxlalı bitkilərlə qidalanmaq lazımdır” deyə vurğulayıb.

1. Xiyar detoks suyu

Xiyar detoks suyu

1 ədəd limonu incə-incə doğrayın. Yarım dəstə cəfərini saplağı ilə birlikdə istifadə edin. İki ədəd xiyarı xırda-xırda doğrayın. Bütün inqrediyentləri bir qaba qoyun və üzərinə 2 litr su əlavə edin. Bütün aromaların suya keçməsi üçün 3 saat gözləyin.

- Xiyar C vitamini, mis, kalium, manqan, fosfor və maqnezium kimi bir çox mineral mənbəyidir.

- Limon və cəfəridə olan C vitamini antioksidant xüsusiyyətlər nümayiş etdirir, immunitet sistemini gücləndirir, dəri sağlamlığına yaxşı təsir göstərir.

- Xiyarın 90%-i sudan ibarətdir. Cəfərinin sidikqovucu təsiri mövcuddur. Bu xüsusiyyətləri ilə toksinlərin atılmasında çox təsirli olurlar.

2. Zəncəfil detoks suyu

Zəncəfil detoks suyu

Ananasın qabığını soyduqdan sonra ortasını çıxarmadan yarım ay formasında dilimləyin. Yarısı kifayətdir. Baş barmaq böyüklüyündə təzə zəncəfilin qabığını soyun və xırda-xırda doğrayın. Bütün inqrediyentləri bir qaba qoyub üzərinə 2 litr su əlavə edin. Bütün aromaların suya keçməsi üçün 3 saat gözləyin.

- Zəncəfil həzm sisteminin dostudur. Bağırsaqdakı zərərli bakteriyaların və parazitlərin əksəriyyətini, xüsusən də yoğun bağırsaqda həzm olunmamış karbohidratlarla qidalanan bakteriyaları aradan qaldırır.

- Zəncəfil güclü antioksidantdır, qan dövranını artıraraq ürək əzələlərini gücləndirir. Həmçinin, dəriyə canlılıq verir. Bədəni toksinlərdən təmizləyir və immunitet sistemini gücləndirir.

3. Darçınlı detoks suyu

Darçınlı detoks suyu

2 almanı qabığı ilə birlikdə incə-incə doğrayın. 2 ədəd çubuq darçınla birlikdə bir qaba qoyun. Üzərinə 2 litr su əlavə edin. Bütün aromaların suya keçməsi üçün 3 saat gözləyin.

- Darçın qədim zamanlardan bəri ishal, soyuqdəymə, yüksək təzyiq, böyrək xəstəlikləri və mədə ağrılarında istifadə olunur. İnsulin həssaslığını artırdığı üçün qan şəkərini balanslaşdırır. Antiseptik xüsusiyyətlərə malikdir və bakteriyalarla mübarizədə mühüm rol oynayır. İştahsızlıq, yüngül mədə
spazmları, bağırsaqlarda şişkinlik və qaz problemlərinə yaxşı təsir göstərir.

- Alma yüksək qan təzyiqi, xolesterin və qan şəkəri tarazlığı, iştahın tənzimlənməsi və həzmsizlik üçün faydalıdır. İmmunitet sistemini gücləndirən antioksidanlarla zəngindir. Tənəffüs xəstəliklərinin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2020 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Beyendim.
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 599
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 796
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 828
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1461
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 889
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1013