Toyuq və süd eyni vaxtda yeyilərsə, nə olar?
Gündəlik həyatımızda sağlağlığımıza müxtəlif dərəcədə təsir göstərən qidalardan istifadə edirik. Ancaq sağlamlıq baxımından hər bir qidanın öz zamanı var. Elə qida növləri var ki, onları eyni anda və ya qısa müddət aralığında yemək olmaz. Mədə problemlərinə səbəb ola biləcək zərərli ikililəri təqdim edirik.
1) Süd – meyvə şirəsi
Gün ərzində süd və meyvə şirəsi kimi içkilərdən istifadə edə bilərik. Amma ard-arda süd və meyvə şirəsi içmək sağlamlığınıza mənfi təsir göstərə bilər. Bəzi qidalar və içkilər tək başına faydalı olsa da, onlardan əvvəl və sonra nə yediyiniz vacib amildir. Süd və meyvə şirəsi bu birləşmələrdən biridir. Bu ikili mədə yanması və şişkinlik kimi narahatlıqlara səbəb ola bilər.
2) Yemək – su
Bir çox insanın yemək zamanı su içmək vərdişi var. Bəs yemək yeyərkən su içmək nə dərəcədə doğrudur? Yemək yeyərkən lazım olduğundan daha çox su içməyi vərdiş etdikdə tüpürcək ifrazı nisbəti azalır. Yeməyin həzmini çətinləşdirən bu vərdiş təbii ki, sağlamlığa mənfi təsir göstərə və artıq çəki problemlərinə səbəb ola bilər. Ancaq mütəxəssislər onu da bildirirlər ki, yemək zamanı lazım olandan artıq su içmədikcə, səhhətimizdə heç bir problem olmayacaq.
3) Yoğurt - meyvə
Evdə hazırladığınız meyvə-yoğurt qarışıqları nə qədər sağlam görünsə də, zərərli ola bilər. Meyvə və ya yoğur tək halda yeyildikdə çox faydalıdır. ncaq bu iki qida birləşdirildikdə mədədə narahatlıq yarana bilər. Meyvə və qatıq qarışığına darçın, zəncəfil və ya bal əlavə etmək daha faydalı olacaq.
4) Zeytun yağı – badam
Badam yüksək qida dəyəri ilə sağlamlıq üçün çox faydalı meyvədir. Eyni şəkildə, zeytun yağı da bir çox sağlamlıq probleminə yaxşı təsir edən əhəmiyyətli bir şəfa mənbəyi kimi tanınır. Bu iki qidanı eyni anda yemək mədədə həzmi çətinləşdirir.
5) Toyuq – süd
Eyni qida dəyərinə malik qidaları birlikdə yemək də pis nəticələrə səbəb ola bilər. Toyuq və süd buna misaldır. Birlikdə qəbul edildikdə bədəndə zülal və kalsiumun artması mədə problemlərinə səbəb ola bilər. Bundan əlavə, südün tərkibindəki laktik turşu da narahatlıq yarada bilər. Süd içdikdən qısa müddət sonra toyuq əti yesəniz, süddə olan bu turşuya görə mədə yanması hiss edə bilərsiniz.
Məqaləyə emosiya bildir:
5185 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Bilmirəm