Türkiyənin ən yaxşı 5 oteli
Türkiyə coğrafi baxımından və gözəllikləri ilə turistlərin diqqətini cəlb edir. Türkiyədə olan ən möhtəşəm 5 oteli sizə təqdim edirik.
Sueno Hotel Deluxe Belek / AntalyaBelekdə xidmət göstərən Sueno Hotel Deluxe, Sueno ailəsinin ən yeni üzvüdür. Lüks şərait və səmimiyyətin bir arada olduğu oteldə gözəl tətillə yanaşı, Ebru Gündeş, Sibel Can, Altay və Enbe Orkestrinin konsertlərini dinləyə bilərsiniz. Suite və hovuz daxil olmaqla 3 otaq tipinə sahib olan Sueno Hotel Deluxe, ada villaları ilə fərqini əks etdirir. Otelini rəqiblərindən fərqləndirən ən vacib xüsusiyyət spa mərkəzidir. 2 mərtəbəli bir spa mərkəzinə sahib olan oteldə ikisi qadınlar üçün olmaqla 4 hamam, 1 rus saunası, 3 buxar otağı və 2 VIP spa mərkəzi var.
7 ulduz standartına sahib olan oteldə uşaqlar üçün də əyləncə mərkəzləri mövcuddur. Uşaqlar üçün xüsusi oyun meydançaları, əyləncə parkı, 24 saat fəaliyyət göstərən uşaq bağçası, akva-park və onlarla digər xidmətləri ilə diqqəti cəlb edir.
Maxx Royal / Antalya
Üzmə hovuzu, spa, akva-parkı, mavi bayraqlı çimərlik və gecə klubu Maxx Royal-ın əsas özəllikləridir. Maxx Royal bir oteldən gözlənilən bütün xüsusiyyətləri özündə birləşdirib. Məşhur sənətçilərin konsert verdiyi oteldə özünüzü rahat hiss edəcəksiniz.
Hillside / Muğla
Dünya və türk mətbəxinin ən ləziz təamlarının burada dada bilərsiniz. 315 metrlik mavi bayraq çimərliyindən başqa istirahət etmək istəyənlər üçün xüsusi çimərlik də mövcuddur.
D-Hotel Maris / Muğla
Sakit bir tətil istəməyənlər üçün populyar yer olan D-Hotel Maris, meşə ilə əhatə olunmuş gözəl mənzərəyə sahibdir. Türkiyənin ən böyük mavi bayraqlı çimərliyinin yerləşdiyi oteldə 5 lüks restoran var.
Kempinski The Dome / Antalya
Səlcuq arxitekturası ilə dizayn edilmiş otel sizi tarixə səyahətə çıxaracaq. Belekdə yerləşən bu gözəl oteldə dünya mətbəxinin ən dadlı təamları sizə təqdim olunur.
Dostlarınla paylaş:
192 dəfə oxundu
ilk.az-çılar nə deyir?