"WhatsApp"-a alternativ 5 tətbiq

Yenilənmə tarixi: 2021-05-29

Whatsapp mobil tətbiqinə alternativ olaraq ən çox istifadə olunan və ən geniş yayılmış mesajlaşma tətbiqlərini araşdırdıq. Ən yaxşı mesajlaşma mobil tətbiqlərini sizlərlə paylaşırıq.

"WhatsApp"-da yaşanan bəzi problemlər istifadəçilərin alternativ tətbiqlərdən istifadə etmələri ilə nəticələnir. "WhatsApp" əvəzinə istifadə edə biləcəyiniz mobil tətbiqləri sıralayırıq.

"WhatsApp" təhlükəsizlik üçün xəbərdarlıq edir: yeniləyin!


"Facebook" və sahib olduğu "Instagram", "WhatsApp" kimi platformalarda son vaxtlar tez-tez yaranan çöküşlər, şirkətin gizlilik mövzusunda pis nəticələri, "WhatsApp"-ın tezliklə reklam nümayişinə başlayacağı istifadəçilər üçün tətbiqin cazibəsini xeyli azaltdı.

"Telegram"


"WhatsApp"-a alternativ deyildikdə ağla gələn ilk nümunə "Telegram"-dır. Xüsusilə gizlilik mövzusunda etibarlılığı ilə istifadəçiləri özünə çəkən tətbiq təkcə Android-də yüz milyondan çox yüklənməyə sahibdir. "Telegram" həm Android, həm də iOS əməliyyat sistemi olan telefonlarda istifadə oluna bilər.

"Viber Messenger"


Digər məşhur tətbiq "Viber" hesab olunur. Təklif etdiyi müxtəlif özəlliklərlə diqqəti çəkən "Viber" olduqca çox istifadəçiyə sahibdir. Sadə və işlək strukturuyla fərqlənən tətbiq həm iOS, həm də Android cihazlarına yüklənilə bilər.

"WhatsApp"-da ekran görüntüsü qadağandır!

"Line"


Digər rəqiblərinin təklif etdiyi bütün yenilikləri təklif edən "Line" təkcə Android-də 500 milyondan çox yüklənmə sayı ilə fərqlənən tətbiqdir. "Line"-dan istifadə etməyə dəyər.

"WeChat"


Bir milyarddan çox istifadəçisi olan "WeChat" həm sosial media platforması, həm də mesajlaşma tətbiqi olaraq ön plana çıxır. "WeChat" WhatsApp-a alternativ tətbiqlər arasında ilk sıralarda qərarlaşıb. "WeChat"-ı həm Android, həm də iOS cihazlarında istifadə etmək mümkündür.

"Skype"


Daha çox video zəngləriylə ön plana çıxan "Skype" təklif etdiyi mesajlaşma xidməti ilə tətbiqlər arasında önəmli yer tutur. Bir çox platformadan istifadə edə biləcəyiniz tətbiq sadə strukturu ilə məqsədinə çatır. "Skype" yuxarıdakı rəqibləri qədər olmasa da, WhatsApp-ın alternativləri arasında ciddi mövqeyə sahibdir.

Whatsapp statusda paylaşmaq üçün:
Məqaləyə emosiya bildir:
5 il əvvəl
8675 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Cena (3 il əvvəl)
salam papyrus.ninja Yusif,Omar,samsunga deyek ki,bura gelin yazisaq
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 4 ay əvvəl
  • 1205
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 7 ay əvvəl
  • 1197
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 8 ay əvvəl
  • 1231
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 8 ay əvvəl
  • 2030
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 8 ay əvvəl
  • 1294
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 9 ay əvvəl
  • 1327