Xiaomi Redmi Note 9 Pro Max qiyməti və xüsusiyyətləri

Çinin texnologiya nəhəngi Xiaomi, smartfon bazarına damğasını vuran Redmi Note seriyasına yeni modellər əlavə edib. Ötən günlərdə təqdim olunan Xiaomi Redmi Note 9 Pro və Xiaomi Redmi Note 9 Pro Max smartfonları gözə çarpan texniki xüsusiyyətləri ilə yanaşı, ucuz qiymətləri ilə də diqqət çəkir. Xiaomi Redmi Note 9 Pro Max ilə bağlı məlumatları detallı şəkildə təqdim edirik.

Texniki xüsusiyyətləri

Ekran: 6.67 düym, FHD + (2.400 x 1.080 piksel) IPS LCD
Prosessor: Qualcomm Snapdragon 720G
RAM: 6 GB və ya 8 GB
Yaddaş: 64 GB və ya 128 GB
Arxa kamera: 64 MP + 8 MP + 5 MP + 2 MP
Ön kamera: 32 MP
Batareya: 5,020 mAh (33 vatt sürətli şarj dəstəyi)
Əməliyyat sistemi: Android 10 əsaslı MIUI 11
Rənglər: Mavi, ağ, qara
Ölçülər: 166.9 mm x 76 mm x 8.8 mm
Çəki: 209 qram

Xiaomi Redmi Note 9 Pro Max

1. Xiaomi Redmi Note 9 Pro Max prosessor çipi olaraq Qualcomm Snapdragon 720G istifadə edir. Sinifində uğurlu bir prosessor olan bu model 8 nüvəyə və 64 bit xüsusiyyətə malikdir. Bundan əlavə, Xiaomi Redmi Note 9 Pro Max-ın əsas prosessoru Dual-core 2.3 GHz ARM Cortex-A76 (Kryo 465) hesab edilir.

2. 6 GB/8 GB RAM və 64 GB/128 GB yaddaş imkanları ilə Xiaomi Redmi Note 9 Pro Max, orta seqmentin ən iddialı smartfonlarından biridir. Xiaomi Redmi Note 9 Pro Max qrafika prosessoru olaraq Adreno 618-dən də istifadə edir.

3. 32 MP ön kamerası ilə fərq yaradan Xiaomi Redmi Note 9 Pro Max, 1080 piksel və 30 fps özəlliklərinə sahib videolar çəkə bilir.

4. 4 arxa kamera sisteminə sahib olan Xiaomi Redmi Note 9 Pro Max, yeni bir dizaynla qarşınızdadır. 64 MP əsas kamera, 8 MP əlavə geniş açılı kamera, 5 MP makro kamera ilə mükəmməl bir foto təcrübəsi təqdim edir. Bundan əlavə, 4 kameralı sistem sayəsində 2160 piksel Ultra HD 4K görüntü keyfiyyətinə sahib videolar çəkə bilərsiniz.

5. 6,67 düym ekran ölçüsü ilə fərqlənən Xiaomi Redmi Note 9 Pro Max, IPS LCD ekran texnologiyasına malikdir və 1080 x 2400 (FHD +) piksel görüntü keyfiyyəti təklif edir.

6. 84.4% ekran/gövdə nisbətinə sahib Xiaomi Redmi Note 9 Pro Max-ın cızıqlara davamlı şüşəsi Corning Gorilla Glass 5 ilə qorunur. Əvvəlki modellərdə arxa kameranın alt hissəsində yerləşən barmaq izi oxuyucusu modulu Xiaomi Redmi Note 9 Pro Max-da cihazın yan tərəfində yerləşir.

7. Smartfonun arxa örtük materialı şüşəlidir və hündürlüyü 165,5 mm, eni 76,68 mm, qalınlığı 8,8 mm və çəkisi 209 qramdır. Redmi Note 9 Pro Max-ın ağ, qara və mavi rəngləri var.

8. 5020 mAh nəhəng batareyası ilə uzun müddət enerji saxlayan Xiaomi Redmi Note 9 Pro Max, 33 W sürətli şarj dəstəyinə malikdir. 26 saat video, 210 saat musiqi dinləmək mümkündür.

9. Android 10 əməliyyat sistemi ilə gələn Xiaomi Redmi Note 9 Pro Max, interfeysində ANdroid əsaslı MIUI 11 istifadə edir.

10. Ötən günlərdə Xiaomi Şirkəti tərəfindən təqdim olunan Xiaomi Redmi Note 9 Pro Max-ın qiyməti hələ ki, məlum deyil, çünki hələ də ölkəmizdə satışa çıxarılmayıb.

Xiaomi Redmi Note 9 Pro Max xüsusiyyətləri

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
1
emotion
1
emotion
2
emotion
3
emotion
1
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
5237 dəfə oxundu
ilk.az-çılar nə deyir?