Yaşlanmamışdan əvvəl edilməli olan 10 şey
Yaşlanma təbii bir həyat prosesidir və hamımızın üzləşdiyi qaçılmaz bir reallıqdır. Ancaq yaşlandıqdan sonra “kaş ki, cavanlıqda bunu edərdim” deyə biləcəyimiz məsələlər var. Buna görə də qocalmazdan əvvəl edilməsi lazım olan şeylərə diqqət yetirmək vacibdir. Bu siyahı bizə vaxtımızı və enerjimizi qiymətləndirmək və həyatdan yaxşı şəkildə yararlanmaq üçün bizə bələdçilik edir.
Həmin şeyləri sizə təqdim edirik:
1. Dostlarınızla birlikdə düşərgə qurun
Yaşlanmadan əvvəl ediləcək şeylərin siyahısını düşünərkən dostlarınızla düşərgə qurmaq adəti mütləq siyahının başında olmalıdır. Düşərgə qurmaq təkcə təbiətlə təmasda olmaq demək deyil, həm də yaxın dostluq münasibətlərini möhkəmləndirir və unudulmaz xatirələrə səbəb olur.
Meşədə tonqal ətrafında söhbət etmək, ulduzların altında yatmaq və birlikdə macəralara atılmaq həyatın qiymətli anlarını birlikdə yaşamaq üçün əvəzsiz bir yoldur. Düşərgə qurarkən bir-birinizə güvənməyi, birlikdə işləməyi və çətinliklərin öhdəsindən gəlməyi öyrənirsiniz.
2. Valideynlərinizə çiçək alın
Valideynlərimizə sevgimizi və minnətdarlığımızı ifadə etməyin ən yaxşı yollarından biri də onlara çiçək bağışlamağımızdır. Valideynlərimiz həyatımızın ən dəyərli insanlarıdır və onlara vaxt ayırmaq, kiçik bir jest etmək hər zaman onları fərəhləndirər. Bir dəstə gözəl çiçək emosional bağı gücləndirə və sevgi dolu
xatirələr yarada bilər.
Ananıza və atanıza gül almaqla siz onlara nə qədər dəyər verdiyinizi və onlara olan sevginizin heç vaxt azalmadığını göstərirsiniz. Bu kiçik, lakin mənalı hərəkət həm onları sevindirəcək, həm də sizin daxili dincliyinizi artıracaq.
3. Dil öyrənin
Dil öyrənmək yalnız ünsiyyət bacarıqlarınızı təkmilləşdirməklə məhdudlaşmır, eyni zamanda beyin sağlamlığını qoruyur, yeni mədəniyyətləri kəşf etməyə imkan verir və şəxsi inkişafıdəstəkləyir. Dil öyrənmək sizə müxtəlif düşüncə tərzlərini araşdırmaq, dünyagörüşünüzü genişləndirmək və özünüzü başqa bir cəmiyyətin bir hissəsi kimi hiss etmək imkanı yaradır. Dil bilmək səyahət zamanı rahat ünsiyyət qurmağa, yeni insanlarla əlaqə saxlamağa və fərqli təcrübələr yaşamağa kömək edir.
Həmçinin, yaşlandıqca beyində neyrooplastiklik azalsa da, dil öyrənmək bu prosesi yavaşladaraq zehni elastikliyi və yaddaşı gücləndirə bilər.Dil öyrənmək üçün bir çox mənbə və üsul mövcuddur; məsələn, kurslar, dil proqramları və onlayn resurslar kimi. Həyatınızda ən azı bir xarici dil öyrənmək sizin üçün böyük üstünlük olacaq və dünyanı daha dərindən kəşf etməyinizə imkan verəcək.
4. Xaricə səfər edin
Yeni ölkələr kəşf etmək, fərqli mədəniyyətləri yaşamaq və özünüzü dünya vətəndaşı kimi hiss etmək həyatınızın unudulmaz bir hissəsi olacaq. Xaricdə yaşamaq və ya səyahət etmək perspektivinizi genişləndirir və önyarğıları qırır. Fərqli dil, yemək, sənət və adət-ənənələrlə tanış olaraq mədəni sərvətləri kəşf edə bilərsiniz. Bu, eyni zamanda, özünüzü daha müstəqil hiss etməyə, mübarizə bacarıqlarınızı təkmilləşdirməyə və daha çevik bir düşüncə tərzinə sahib olmağa imkan verir. Xaricdə təcrübə sizə unudulmaz xatirələr və ömür boyu davam edəcək dostluqlar bəxş edir. Ona görə də yaşlanmazdan əvvəl xaricə gedin, yeni
mədəniyyətlərə baş vurun və həyatınızı zənginləşdirəcək bu təcrübəni yaşayın.
5. Pul yığın
Maliyyə müstəqilliyinə nail olmaq və rahat həyat sürmək üçün erkən yaşlardan etibarən pula qənaət etmək böyük üstünlükdür. Pul yığmaq intizamlı xərcləmə vərdişlərinizi inkişaf etdirməyi, büdcə yaratmağı öyrənməyinizi və gələcək hədəflərinizi planlaşdırmağınızı tələb edir. Müntəzəm olaraq pul yığmaq gələcəyinizi gücləndirir və maliyyə təhlükəsizliyinizi təmin edir. Pula qənaət edərkən hədəflərinizi müəyyənləşdirin və uzunmüddətli investisiyalara diqqət ayırın. Beləliklə, yaşlandıqda maddi cəhətdən daha rahat olacaq və istədiyiniz həyatı yaşayacaqsınız. Pul yığmaq gələcəyinizi formalaşdıran mühüm addımdır, ona görə də yaşlanmazdan əvvəl bu baxımdan möhkəm addımlar atmağınız vacibdir.
6. Ehtiyacı olanlara kömək edin
Həyatınızda dərin iz buraxmağın yollarından biri də başqalarına kömək etməkdir. Bu, ehtiyacı olan insanlara dəstək olmaq, onların həyat şəraitini yaxşılaşdırmaq və ümid vermək üçün əla bir fürsətdir. Uşaqlara, qocalara, kimsəsizlərə və ya xəstələrə dəstək ola bilərsiniz. Bu yardımlar müxtəlif formalarda ola bilər. Könüllü işləmək, ianə vermək və ya yerli xeyriyyə təşkilatlarına töhfə vermək kimi müxtəlif yollarla yardım əlinizi uzada bilərsiniz.
Ehtiyacı olanlara kömək etmək təkcə onların həyatını asanlaşdırmır, həm də öz həyatınıza məna və xoşbəxtlik qatır. Bu təcrübə empatiya bacarıqlarınızı təkmilləşdirir, sosial məsuliyyətinizi artırır və insanlığa olan inamınızı gücləndirir.
7. İncikliklərə son verin
Həyatda insanlar arasında müxtəlif fikir ayrılıqları, sürtüşmələr ola bilər. Bunlar zamanla ağıe yükə çevrilərək psixi sağlamlığımıza mənfi təsir göstərə bilər. Ona görə də yaşlanmazdan əvvəl keçmişin incikliklərini bir kənara qoyub, barışıq yaratmaq və qəlbimizi rahatlaşdırmaq vacibdir. Ünsiyyəti bərpa etmək, anlayışla yanaşmaq, önyarğıları aradan qaldırmaq üçün müəyyən addımlar atmaq lazımdır. Keçmişdə baş verənləri unutmaq və birlikdə yeni bir səhifə açmaq xoşbəxtliyinizi artırır və keyfiyyətli münasibətlər qurmağa imkan yaradır. Küskünlüyü alovlandırmaq, həyatın qiymətli vaxtını boşa sərf etməkdənsə, əlaqələri gücləndirmək daha doğru seçimdir. Buna görə də, yaşlanmazdan əvvəl inciklikləri arxada qoymaq, barışıq yaratmaq və sevdiklərinizlə bağlarınızı gücləndirmək üçün müəyyən addımlar atmalısınız.
8. Kədərlənməyin
Həyatda qarşılaşdığımız çətinliklər, itkilər və məyusluqlar bizi kədərləndirə bilər. Ancaq yaşlandıqca anlayırıq ki, daim məyus olmaq və keçmişə bağlı qalmaq həyatımıza mənfi təsir göstərir. Bunun əvəzinə həyatın eniş-yoxuşlarını qəbul etmək, pozitiv bir dünyagörüşü inkişaf etdirmək və gələcəyə fokuslanmaq daha sağlam bir yanaşma olar. Keçmiş səhvləri, itkiləri və ya məyusluqları daim xatırlayaraq özümüzə zərər verməkdənsə, onlardan dərs almalı və irəli addım atmalıyıq.
Yaşlandıqca mənasız şeylərə qapılmaqdansa, həyatın gözəlliyinə diqqət yetirməli və öz daxili rahatlığımızı qorumalıyıq. Yaşlanmadan əvvəl kədərlənməkdən əl çəkmək, daxili xoşbəxtliyimizi artırmaq və sağlam əlaqələr qurmaq həyatdan daha çox həzz almaq üçün əhəmiyyətli bir addımdır. Hər günü yeni bir başlanğıc kimi görüb, həyatın bizə bəxş etdiyi anları dəyərləndirərək xoşbəxtliyə nail ola bilərik.
9. Fotolar çəkin
Zaman keçdikcə xatirələrimizi qorumağın ən yaxşı yollarından biri də fotoşəkil çəkməkdir. Fotolar yaşadığımız anları dondurur, gələcəkdə onları xatırlamağa imkan verir. İstər sevdiklərinizlə çəkdirdiyiniz fotolar, istər səyahətzamanı çəkdiyiniz mənzərələr, istərsə də özünüzlə bağlı olan fotolar yaşlandıqca dəyər qazanacaq xatirələr olacaq.
Fotoşəkillər zamanı dayandırır və o anın emosiyasını yenidən hiss edirik. Odur ki, qocalmadan əvvəl fotolar çəkmək və xatirələrinizi sənədləşdirmək həyatınızın bir parçası olan qiymətli anları əbədi olaraq qoruyub saxlamağınıza imkan verəcək
10. Fobiyalarınıza qalib gəlin
Fobiyalar həyatımızı məhdudlaşdıra, bizi geridə saxlaya və qaçdığımız hallarla üzləşməyimizə mane ola bilər. Ancaq yaşlandıqca anlayırıq ki, qorxularımıza qalib gəlmək və özümüzü təkmilləşdirmək üçün cəsarətimizi nümayiş etdirməliyik. Fobiyalarına qalib gəlmək daxili gücünü kəşf etməyin, öz sərhədlərini aşmağın və özünü təkmilləşdirməyin bir yoludur. Terapiyalar, dəstək qrupları və ya peşəkar yardım almaq kimi mənbələrdən istifadə etməklə fobiyalarınızın öhdəsindən gələ bilərsiniz. Özünüzü təkmilləşdirmək üçün kiçik addımlar ataraq qorxularınızın üzərinə getmək cəsarətinizi və özünüzə inamınızı artırır. Fobiyalarınıza qalib gəlmək sizi gücləndirir, sərhədlərinizi genişləndirir.
Məqaləyə emosiya bildir:
1375 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)