Yuxunun nevrofiziologiyası: niyə yatırıq və necə oyanırıq?

Yuxu ətrafla olan təsirlənmənin və ya ətrafa verilən cavabın, mental fəaliyyətin azaltdığı asanlıqla əksinə çevrilə bilən bir durumdur (koma və ümumi anesteziya sürətlə əksinə çevrilmir). Yuxu bütün onurğalılarda, hətta bütün heyvanlarda baş verir.

Araşdırmalar nəticəsində məməlilərin, quşların, sürünənlərin, hətta meyvə milçəyinin və yuvarlaq soxulcanın belə yatdığı məlum olub. Heyvanların niyə yuxu getdikləri ilə əlaqədar müxtəlif hipotezlər var. Oyanmaq isə yatmaq kimi bir sıra sinir fəaliyyətinin nəticəsidir.

Adaptasiya hipotezi

Canlılar üçün yatmağın strateji olduğu hipotezi qəbul olunur, çünki canlı yuxuya getdiyi zaman enerji sərfi azalır, ətrafdakı ünsürlərdən uzaq durur və oyanıqlıq dövründəki ovçuluq fəaliyyəti üçün daha çox enerji yığır.

Testorasiya hipotezi

Yuxuda GH (böyümə hormonu), PRL (süd hormonu), testesteron və LH (luteinizan hormon) kimi anabolizan hormonların səviyyəsi artır, kortizol (bədənin stresə göstərdiyi reaksiya ilə bağlıdır) kimi katabolizan hormonların səviyyəsi isə azalır. Eyni zamanda yaddaş tənzimlənir. Səhərləri dincəlmiş və təzələnmiş halda açırıq. Bu müddətdə böyümə fəaliyyəti reallaşır və müdafiə, sinir, əzələ və skelet sistemlərinin yeni günə hazırlanması təmin olunur.

Fərqli heyvanlarda qəribə yuxu davranışları

heyvanlarda yuxu davranışları

Yuxunun 5 mərhələsi var: 4 nonREM (göz və bədən hərəkətlərinin az olduğu, yuxu görülməyən, əsasən dərin yuxuda olduğumuz mərhələ) və REM (sürətli göz hərəkətlərinin olduğu yuxu gördüyümüz mərhələ). Hər yuxu dövrü 90 dəqiqə çəkir.

Yuxu müddəti yarasa və kisəli siçanda 18 saat olduğu halda, atlarda və zürafələrdə gündəlik 3 saatdır. Bəzi canlılar yatmaq ehtiyaclarını itiriblər. Məsələn, balinalar və delfinlər dərin sularda yaşayır. Şüşəburun delfinlərin (tursios truncatus) beyinlərinin bir hissəsi yatarkən, digər hissəsi oyaq olur. Ümumilikdə gündə 12 saat yatırlar. Çay delfini (platanista gangetica minor) palçıqlı, bulanıq axın larda istiqamətini tapmaq üçün sonar istifadə edir. Musson mövsümündə də davamlı olaraq üzməlidir. Yavaş üzərkən 4-6 saniyəlik miktoyuxuya keçir, bu isə gün ərzində 7 saatlıq yuxu ilə nəticələnir.

Niyə yatırıq?

Niyə yatırıq

Yuxu araşdırmaçıları qanda və ya BOS-da (serebrospinal maye) yuxuya təşviq edən maddələri araşdırıblar. Yuxuya təşviq edən maddələrin əksəriyyəti yuxusuz saxlanılan heyvanlarda təsbit olunub.

Bu maddələrdən bəziləri:

1. Adenozin
2. Nitrik turşusu
3. Muramil dipeptit
4. İnterlokin-1
5. Melatonin

Adenozin bəzi neyron və dlia hüceyrələri tərəfindən düşürülür və beyində sinapsislərdə neyromodulyator olaraq iş görür. Adenozin reseptorlarının antaqonisti olan kafein və tefilin insanları ayıq saxlamağa yarayır. Çünki yuxuya yol açan adenozinin bağlanacağı reseptora bağlanır. Araşdırmalara görə, nitrik oksit adenozin düşürülməsinə təsir edir. Adenozin isə oyaq qalmağımıza kömək edən neyronların fəaliyyətini örtərək REM olmayan yuxuya təşviq edir. Muramil peptitlər neyronlar tərəfindən istehsal olunmur, yalnız bakteriya hüceyrə divarında istehsal edilir. Melatonin hava qaralanda düşürülməyə başlanır. Melatonin yuxunun başlaması və davam etməsi üçün vacibdir.

Necə oyanırıq?

Necə oyanırıq?

Oyanmanın müxtəlif formaları əsnasında çoxlu sayda neyron qrupları tətikləmə sıxlıqlarını artırır. Bu neyronlar aşağıdakılardır:

- Locus coeruleusda norepinefrin

- Raphe nukleusunda serotonin

- Beyin kökündə və bazal önbeyində asetilkolin

- Orta beyində histamin

- Hipotalamusda isə hipokretin (oreksin) neyrotransmitter olaraq istifadə edilir.

Bu neyronlar birlikdə talamus, serebral korteks və digər bir çox beyin bölgəsi ilə sinapsis həyata keçirir. Transmitterlərinin ümumi təsiri neyronları depolarizasiya edərək xəbərdarlıq etmə xüsusiyyətlərini artırmaq və talamustan qaynaqlanan tətiklənmənin ritmik formasını basqılamaqdır.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2608 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 2 ay əvvəl
  • 767
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 5 ay əvvəl
  • 848
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 879
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1512
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 912
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1041