Zəlzələ zamanı nələr edilməlidir?

Son zamanlar baş verən zəlzələlərə görə "Zəlzələ zamanı nə etməliyik?" sualı insanların xüsusi diqqətinə səbəb olub. Bu məqaləmizdə həmin sualları cavablandırmışıq.

1. Əşyaların küncünə keçərək sarsıntının dayanmasını gözləyin

Zəlzələ zamanı nə edilməli

Zəlzələ zamanı divara quraşdırılmış əşyaların küncünə keçin və diz çökərək əllərinizlə başınızı qoruyun. Sarsıntı keçənə qədər olduğunuz yerdə qalın və sakitləşmək üçün müntəzəm olaraq dərindən nəfəs alın.

2. Liftlərə və pilləkənlərə yaxınlaşmayın

Zəlzələ zamanı liftlərə və pilləkənlərə yaxınlaşmayın

Zəlzələ zamanı məktəb, kinoteatr və ofis kimi yerlərdə olsanız, qətiyyən lift və pilləkənlərə yaxınlaşmayın. Əks halda, dağıntıların altında qala və yaralana bilərsiniz.

3. Sakit olmağa çalışın

Zəlzələ zamanı sakit olmağa çalışın

Zəlzələ zamanı sakit olmağa çalışın. Balkon və şüşə yanı kimi yerlərdən uzaq durun.

4. Binalardan uzaq durun

Zəlzələ zamanı binalardan uzaq durun

Əgər zəlzələ zamanı çöldəsinizsə, binalardan töküləcək qırıntılardan, pəncərələrdən, elektrik və dirək naqillərindən uzaq durun və təhlükəsiz ərazidə zəlzələnin bitməsini gözləyin

5. Avtomobilin içində qalın

Zəlzələ zamanı avtomobilin içində qalın

Əgər zəlzələ zamanı avtomobil idarə edirsinizsə və olduğunuz ye təhlükəsizdirsə, dayanıb avtomobilin içərisində gözləyin.

6. Ağaclardan, körpülərdən və dirəklərdən uzaq durun

Zəlzələ zamanı dirəklərdən uzaq durun

Zəlzələ zamanı binanın içində deyilsinizsə, ağaclardan, dirəklərdən, körpülərdən, yerüstü keçidlərdən və tunellərdən uzaq durun. Əks halda, ağır yaralana və ya dağıntılar altında qala bilərsiniz.

7. Sütun və tirlərdən uzaq durun

Zəlzələ zamanı sütun və tirlərdən uzaq durun

Zəlzələ zamanı qapalı ərazidə olsanız, sütun və tirlərdən uzaq durun. Çünki zəlzələ anında aşaraq dağıla və sizə zərər verə bilər. Xüsusən də yeni tikilən evlərin qapı tirləri qətiyyən təhlükəsiz deyil.

8. Zəlzələ çantanızı həmişə hazır saxlayın

 Zəlzələ çantanızı həmişə hazır saxlayın

Zəlzələ çantanız hər zaman hazır olmalıdır. Bəs zəlzələ çantasında nələr olmalıdır?

çadır
yorğan
geyim
bol su
dərman
konserva
kibrit
sukeçirməz plaş
vacib sənədlər
cib bıçağı
fənər
batareya
tualet kağızı
ilk yardım çantası
pul
ayaqqabı

9. Elektrik, su və təbii qaz vanalarını bağlayın

Zəlzələ zamanı su və təbii qaz vanalarını bağlayın

Zəlzələ zamanı evdəsinizsə, mümkün sızmalara qarşı mütləq evin elektrik, su və təbii qaz klapanlarını bağlamalısınız.

10. Sürüşmə ehtimalı olan yerlərdən uzaq durun

Zəlzələ zamanı sürüşmə ehtimalı olan yerlər

Əgər zəlzələ zamanı çöldəsinizsə, sürüşmə olacağı, daş və ya qayaların düşə biləcəyi yerlərdən uzaq durun. Təhlükəsiz bir əraziyə gedin.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
1
Dostlarınla paylaş:
11 ay əvvəl
1586 dəfə oxundu
ilk.az-çılar nə deyir?