Çinin Hubey əyalətində meydana çıxan, sonra isə bütün dünyaya yayılan koronavirusa bir çox məşhur şəxs də yoluxub. Onları sizə təqdim edirik.

Koronavirusun qarşısını almaq məqsədilə ciddi tədbirlər görülür. Lakin bu, hələ ki, fayda vermir. Yüzlərlə tanınmış şəxs koronavirusa yoluxanlar arasındadır. Onlardan bəzilərini təqdim edirik:

Koronavirusa yoluxmuş məşhurlar;

1. Fatih Terim


“Qalatasaray”ın baş məşqçisi koronavirus testinin müsbət çıxdığını açıqlayıb. O, “twitter” vasitəsilə bunu elan edib.

2. Abdurrahim Albayrak


“Qalatasarayın” vitse-prezidenti olan Albayrak koronavirusa yoluxub.

3. Rachel Matthews


“Batwoman” və “Frozen 2” filmlərində rol alan aktrisa koronavirus testinin müsbət çıxdığını söyləyib. 26 yaşlı Raçel 5 gün ərzində nələr yaşadıqlarını anladıb.

4. Tom Hanks və həyat yoldaşı Rita Wilson


Məşhur aktyor və onun həyat yoldaşı da koronavirusa yoluxanlar arasındadır. Tom Henks sosial şəbəkədə yoluxduqlarını qeyd edib.

5. Paulo Maldini və Daniel Maldini


“Milan”ın əfsanəvi futbolçusu Paulo Maldini və oğlu Daniel Maldini də koronavirusa yoluxublar.

6. Indira Varma 


“Game of Thrones” serialında Ellaria Send obrazını canlandıran aktrisada koronavirus testi müsbət nəticələnib.

7. Itziar Ituno


“La Casa De Papel” serialında müfəttiş Rakvel obrazını canlandıran aktrisa sosial şəbəkədə koronavirusa yoluxduğunu açıqlayıb.

8. Kristofer Hivju


“Game of Thrones”-in məşhur aktyoru koronavirusa yoluxduğunu öyrəndikdə ailəsi ilə birlikdə karantinə yollanıb.

9. Idris Elba


İngilis aktyor “twitter” vasitəsilə koronavirusa yoluxduğunu bildirib.

10. Gregoire Trudeau


Kanadanın Baş naziri Castin Trudeaonun arvadı da koronavirusa yoluxub.

11. Anna Ascani


Koronavirusun ən çox yayıldığı İtaliyada təhsil nazirinin müavini Anna Askani də yoluxanların siyahısına düşüb.

12. Deniz Aytekin


Türk əsilli alman hakim də koronavirusa yoluxan məşhurlardandır.

13. Jair Bolsonaro


Braziliya Prezidentinin də test nəticələri pozitiv çıxıb.

14. Roberto Stealla


İtaliyanın Səhiyyə naziri Stella da koronavirusdan dünyasını dəyişib.

15. Germen Pezzella və Patric Cutrone


İtaliya A Seriyasında oynayan hər iki futbolçu koronavirusa yoluxub.

Koronavirusla bağlı digər xəbərlərimiz: