Kitab oxumağın faydaları sonsuzdur. Həm sağlamlığa, həm də şəxsi inkişafa böyük töhfələr verir. Sağlamlıq faydaları artıq bir çox elmi araşdırma nəticəsində təsdiqlənmişdir. Dünyanın ən gənc milyarderlərindən və Facebook-un yaradıcısı olaraq tanınan Mark Zukerbergin də kitablarla arası yaxşıdır. Uğurlu CEO-nun tövsiyyə etdiyi 5 kitab bunlardır.

1. Yuval Noah Harari - Homo Sapiens (Heyvanlardan Tanrılara)


Bu kitab adından da göründüyü kimi insanlıq tarixinin necə bu günə qədər gəlib çıxmasından bəhs edir. Zukerberg, “Sapiensi oxuduğum zaman, insan keçmişi ilə əlaqəli məlumatlar əldə etdim” dedi və facebook səhifəsində paylaşdı:

Sapiensin yazarı Harari, genetika mühəndisliyinin və süni zəkanın “insan” anlayışını daha axıcı hala gətirir

2. Eula Biss - On Immunity


Bu kitab bəzi insanların peyvəndi sorğulama səbəblərini araşdırır. Məntiqi olaraq şübhələrin niyə əsassız olduğunu bildirir və peyvəndlərin əslində təsirli və güvənli olduğunu açıqlayır.

3. Thomas S. Kuhn - Bilimsel Devrimlerin Yapısı


İlk dəfə 1962-ci ildə yayımlanan kitab, elm yazısı tarixində önəmli bir əsərdirş Bu, araşdırma sahəsindəki irəliləyişlər haqqında yeni bir düşüncə forması təklif edir. Zukerberg deyir ki, bu kitab, elm və texnologiyanın irəliləməsində ictimai güclərin marağlnı bizə təqdim edir.

4. Matt Ridley - Genome


Zukerbergin tövsiyyə etdiyi bu kitab, yaxın tarixin ən önəmli kəşflərini izləyir. Bu kəşf insan genomunun xəritələndirilməsidir. Genlərin öyrənilməsi, hansı genlərin hansı xəstəliklərə daha meyilli olduğunu öyrənməyə kömək edəcəkdir.

5. David Deutsch - Sonsuzluğun başlanğıcı


Bu kitab, dünyada ortaya çıxmağı gözləyən bir çox şeyin hələ də gizli qaldığını vurğulayır. Sonsuzluğun, incəsənət, elm və siyasət kimi bir mövzuda insanların ediləcək elmi metod və araşdırmaları istifadə edə biləcəyini düşünür.

Kitab haqqında sizə maraqlı olacaq: