250 ən çox qoyulan oğlan adları və mənaları 2022

Yenilənmə tarixi: 2021-12-28

Son zamanlarda oğlan uşaqlarına qoyulan ən populyar adları araşdırdıq və mənalarını tapdıq. 250+ ən gözəl oğlan adlarının siyahısını təqdim edirik.

Ən yaxşı oğlan adları və mənalarını əlifba sırasına görə sıralayırıq.

A hərfi ilə başlayan oğlan adları və mənaları

Abbas - Heybətli, vahiməli, zəhmli, qəzəbli, acıqlı, hirsli. "Abbas" adına başqa adlar əlavə etməklə mürəkkəb adlar yaradılmışdır. Mürəkkəb adların hissələri müstəqil ad kimi açıqlandığından daha onların izahına (bir sıra istisnalardan başqa) ehtiyac qalmır.
Adəm - Əsli "adam"dır , torpaq deməkdir. Dini əfsanəyə görə Adəm dünya üzünə gələn ilk insan və peyğəmbərlərin birincisidir. Adəm birinci, Xatim (yəni "Xatimil ənbiya" olan Məhəmməd) isə sonuncu peyğəmbərlərdir
Adil - Ədalətli, haqq tərəfdarı, insaflı
Ağadadaş - Böyük qardaşa , gəlinlərin qayınlarına ehtiram əlaməti olaraq verdikləri ad.
Aqil - Ağıllı, zəkalı, müdri, dərrakəli
Aqşin - Əslində "Aqşın"dır. 1) Ağbəniz, ağaçalan, ağa bənzər, ağımtıraq; 2) Dərisi və tükləri ağappaq olan insan və yaxud heyvan, albinos
Allahverdi - Tanrının verdiyi adam, Allahın bəxşişi, hədiyyəsi
Altay - Qızıl, daş-qaş, dəyərli, qiymətli, üsul, metod, tədbir; yüksək meşəlik; Altay ölkəsi, Altay dağları, həmçinin yüksək dağ anlamı da vardır.
Amil - İş görən, əməl edən, səbəb, orta əsrlərdə Şərq ölkələrində ticarət müvəkkilləri; sərəncamçı, əmr verən, müdir
Anar - Çox əski adlardandır, təxminən eramızın vııı yüzilliyinə aid edilən Yenisey abidələrində belə, bu ada rast gəlinir. Yada salan, unutmayan yaddan çıxartmayan, xatırlayan.
Araz - Əslində " əraz" və ya" ərəz"dir. Səadət, xoşbəxtlik, həzz,kef, ləzzət, məmnunluq, sakitlik, dinclik, arxayınçılıq; görüntü, görünən, görsənən. Bunun şumercə "dağıdan" çay, ərbcə" axan" , "qaçan" yunanca " səs-küylü" və həmçinin türkcə " at tükü", qılı; , " yun ipliyi, tükü" olduğunu güman edənlər də vardır.
Arif - Bilik sahibi, başa düşən, anlayan, dərk edən, bilici, qanan
Asif - Çox sərt, şiddətli, güclü külək, qasırğa
Asim - Təmiz, ismətli, həyalı, namuslu
Aslan - Ətlə qidalanan güclü yırtıcı heyvan, şir, məs. çox qüvvətli adam, igid, qoçaq, cəsur
Ayaz - Əski adlardandır.Təmiz, açıq, ləkəsiz; aylı, açıq və buludsuz qış gecələrində quru, şaxtalı, soyuq hava
Aydın - Əski adlardandır. 1) işıqlı, açıq, parlaq; 2) ay işığı, aylı 3) anlaşılan, aşkar, məlum olan, bilinən, yaxşı seçilən, eşidilən və görünən;4) təmiz, buludsuz hava; 5) maariflənmiş, ziyalı, savadlı
Azad - Sərbəst, asılı olmayan, əngəlsiz, məhdud edilməyən
Azər - 1. Yeganə igid, nadir adam. 2. Od, atəş. Bunun "Az" etnik tayfasının adından "böyük", "qüdrətli kişi" anlamını verildiyini yazanlarda vardır. Mübahisəli adlardandır.

Abdulla-Allahın qulu, köləsi, bəndəsi

Abizər-qarışqa, dənəcik, hissəcik, çoxlu; "mənəvi baxımdan yiyə duran" deməkdir

B hərfi ilə başlayan oğlan adları və mənaları

Babək - 1) "Baba" ya "ək" şəkilçisi artırmaqla əzizləmə və nəvaziş bildirən bir addır, 2) Ataman, sərkərdə
Barış - Sülh, atəşkəs, barışıq
Bayram - Tarixi, milli, dini və s. hadisələrlə bağlı; keçirilən günlərdə şənliklər, təntənələr, əyləncələr. Çox zaman oğul gözləyən ailədə oğlan uşaqları dünyaya gələrkən bu ad verilir
Bədəl - Əvəz, bir şeyin yerini tutan və ya tuta bilən əşya; dəyər, qiymət; misal, tay, bərabər
Bəhlul - Çox gülən, təlxənk, hoqqabaz; xeyir yiyəsi, dərrakəli
Bəhruz - Əsli" behruz"dur. Yaxşı günlər, gözəl günlər; günü xoş olan; xoş günlü; xoşbəxt
Bəxtiyar - Xoş taleli, xoşbəxt, bəxti ona yar olan
Bəkir - "Bəkr" sözündəndir.Cavan dəvə, dəvə balası
Bəşir - Müjdə gətirən, xəbər gətirən, muştuluqçu, xoşxəbər
Bəylər - "Bəyin" cəmi
Bilal - Nəm, nəmişlik, yaş; sağlamlıq; sərin meh
Beyrək - 1. Çox nəzakətli, əfəndi, bəy. 2. Hüzünlü.

C hərfi ilə başlayan oğlan adları və mənaları

Cabbar - Qüdrət sahibi; əzəmətli; qəsbkar; zülmkar; Tanrı adlarındandır
Cabir - Zülmkar, sınıqçı
Cahangir - Dünyanı fəth eləyən, aləmi tutan, istila edən; dünyaca tanınan
Camal - Üz gözəlliyi, qəşəng sifət, göyçək çöhrə; göyçəklik, qəşənglik. Allaha aid edilən sifətlərdəndir
Canpolad - Polad ruhlu, polad ürəkli; məs. güclü, qüvvətli, qorxmaz
Cavanşir - Gənc aslan; məs. igid, qorxmaz, gənc, cəsarətli gənc
Cavid - Əbədi, daimi, ölməz, həmişəlik
Ceyhun - İndiki Amurdərya çayının qədim adındandır. Aşıb-daşan, coşan
Cəbrayıl - Allahın əsgəri
Cəfər - Kiçik çay, "Cənnət çayı" kimi də açıqlanır
Cəlal - Böyüklük, əzəmət, ululuq, şan-şöhrət
Cəlil - Böyük, uca, yüksək, ali, hörmətli
Cəsur - Cəsarətli, igid
Coşğun - Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, kükrəyən, daşan, sürətli

Cahan-dünya, aləm

Cavad-səxavətli, ürəyiyumşaq, əliaçıq adam

250 ən çox qoyulan oğlan adları və mənaları 2022

D hərfi ilə başlayan oğlan adları və mənaları

Dadaş - Ata, böyük qardaşa verilən ad
Daşdəmir - Möhkəm, sağlam
Davud - Səxavətli, Aktiv, Şən, Temperamental, Şanslı

E hərfi ilə başlayan oğlan adları və mənaları

Ehtiram - Hörmət, sayqı
Elariz - "el" və "ariz" (üz. yanaq, sifət) sözlərindən düzəlmiş "elin üzü, xalqın dərdini bilən, bəyan edən" deməkdir.
Elbrus - Yalı buz olan (Qafqaz dağlarındakı zirvə adından yayılmışdır).
Elcan - Elin canı, elini sevən
Elçibəy - Elini sevən bəy
Elçin - Elin qəhrəmanı
Elşad - Elin təməli
Eldəniz - Elin dənizi, elin nuru
Elgün - El vurğunu
Elxan - Elin xanı
Elman - El adamı
Elmar - Elin ucalığı
Elməddin - Din elmi, dini elm
Elmin - Bilikli, məlumatlı
Elmir - Elin əmri, başçısı
Elşən - Elin şadlığı
Emil - Mehriban, şəfqətli rəqib
Emin - İnanılmış, etibarlı
Etibar - İnam
Eynur - Göz nuru
Eyvaz - Düzülmüş, düzəlmiş

Ə hərfi ilə başlayan oğlan adları və mənaları

Əfqan - Fəğan, nalə, fəryad
Əflatun - Enlikürək, bilikli, müdrik, filosof
Əfran - Xüsusi seçilmiş adam, dəbdəbə, cəlal
Əfsun - Ofsun, ofsunlayan
Əhəd - Tək, vahid
Əhliman - İman əhli
Əziz - Sevimli, istəkli
Əli - Uca, ulu, yüksək, hündür.

F hərfi ilə başlayan oğlan adları və mənaları

Faiq - Üstün, seçmə
Fariz - Fərz edən
Fateh - Fəth edən
Fazil - Fəzilət sahibi
Fərman - Əmr, sərəncam
Fərrux - Xoşbəxt, bəxtəvər
Fuad - Ürək,qəlb
Füzuli - Fəzilətli, bilikli, uzunçu

G hərfi ilə başlayan oğlan adları və mənaları

Gərayxan - Böyük xan, güclü xan
Gündüz - Gün işığı

H hərfi ilə başlayan oğlan adları və mənaları

Habil - Meh, yel, nəsim
Hacı - Məkkədə həcc mərasimini icra edənlərə verilən fəxri dini titul
Hatəm - Əmr edən
Heydər - Şr, aslan, cəsur
Həbib - Sevimli
Həsən - Gözəl, göyçək
Hikmət - Müdriklik
Hüseyn - Gözəl, göyçək, yaxşı, İmam Əlinin kiçik oğlu

X hərfi ilə başlayan oğlan adları və mənaları

Xaqani - Böyük hökmdara mənsub olan,imperatora aid olan.
Xalid - Əbədi, daimi,ölməz, gec qocalan
Xansuvar - Xanın atlı qvardiyası, atlılar başçısı, çox mahir minici
Xəlil - Yaxın dost, yoldaş; istəkli, sevgili
Xəyal - Bir nəsnənin və ya şəxsin insan ağlında canlanma biçimi, gerçəkdən uzaq, romantik, təsəvvürdə canlanma
Xəzər - 1) Gəzən, gəzib-dolaşan, köçən, bir yerdən digər yerə hərəkət edən; 2) güclənən, artan; 3) istehsal edən, düzəldən, çıxaran
Xudayar - Allah yardımçısı, Tanrı köməkçisi

İ hərfi ilə başlayan oğlan adları və mənaları

250 ən çox qoyulan oğlan adları və mənaları 2022

İlkin - Birinci, ilk, əvvəl, əvvəlcə *Uydurma bir söz. - Kişi və qadın adı olaraq istifadə edilir.
İlqar - Vəd, vəfa, əhd, söz vermə.
İlyas - İlahi qüvvə, köməyə gələn.
İmran - 1.Evinə bağlı qalan. 2.Hz. Məryəmin atası
İntiqam - Əvəz, qisas.
İsa - 1. Allahın köməyi. 2. Allah xilas edəcək. 3. Əliaçıq. 4. Dörd böyük peyğəmbərdən biri.
İslam - Tanrıya itaət, Allaha təslim olmaq.
İsmayıl - 1. Allahın qulu (Yəhudi). 2. Allah tərəfindən eşidilmiş
İsrafil - Dörd böyük mələkdən sura üfürme vəzifəsi verilən mələk.
İzzət - 1. Dəyər qiymət ucalıq, ululuq. 2. Qüvvət, qüdrət. 3. Hörmət, sayğı, ikram.

İdris-Oxuyan, dərs edən

İkram-Hörmət, ehtiram

K hərfi ilə başlayan oğlan adları və mənaları

Kamal - Yetkinlik, bitkinlik; mükəmməllik, nöqsansızlıq, tamlıq; insanın yaxşı və mükəmməl savada və əxlaqa malik olması
Kamran - Diləyinə yetişən, arzusuna çatan, kam alan, xoşbəxt; qüdrət sahibi, iqtidarlı; xoşbəxt, bəxtəvər.
Kamil - Nöqsansız, tam, yetkin, kamala çatmış; savadlı, elmli
Kazım - Təmkinli, qəzəbini udan,qəzəbləndiyini bəlli etməyən; hiddətinin qarşısını ala bilən
Kənan - Qədim Finikiya ilə Fələstin və Suriyanın bir hissəsindən ibarət olan bir ölkənin- Aralıq dənizinin Şərq sahilinin sami dillərindəki adı. Rəvayətə görə Nuh peyğəmbərin oğlunun adı ilə adlandırılmışdır.
Kərəm - Bağışlama, lütf, mərhəmət,inayət, comərdlik
Kərim - Kərəm sahibi, comərd, alicənab adam, səxavətli, şan-şərəf yiyəsi, lütfkar, tanrıya aid edilən sifətlərdəndir

Q hərfi ilə başlayan oğlan adları və mənaları

Qabil - Qəbul edən, qarşılayan; yaralı, gərəkli; mümkün ola bilən; məs. istedadlı, bacarıqlı, qabiliyyətli
Qasım - Əsli "qasim"dir. Ayıran, bölən, bölüşdürən; dərdə şərik olan
Qədir - Qiymət, dəyər, ləyaqət,hörmət, şərəf. Allahın epitetlərindən biridir
Qəzənfər - Aslan, şir; məs. igid, cəsur, qorxmaz
Qiyas - 1 . Ölçü, güman; müqayisə, tutuşdurma, bənzərlik, bənzətmə; 2. Örnək, norma; 3. Miqyas (masştab)
Qorxmaz - Heç nədən qorxmayan, heç şeydən çəkinməyən; ürəkli, igid, cəsarətli
Qulu - Bu adın "kölə" , "əsir" anlamlarından başqa "yaradılan" , "xəlq edilən" , "bəndə" , "məxluq" anlamları da vardır. Bu adın önünə "Allah", "Tanrı" , "Xuda" , "Ağa" , "Şah" və s. sözlər artırıldıqda mürəkkəb adlar yaranır
Qüdrət - Güc, qüvvət; taqət, iqtidar; iradə, möhkəmlik; böyük; böyük etki gücü, nüfuz

L hərfi ilə başlayan oğlan adları və mənaları

Laçın - Ayaqları qırmızı şahin cinsindən ov quşu, yırtıcı quş; məs. igid, qorxmaz, cəsur; sərt, yalçın
Loğman - İslam mifologiyasında və klassik ədəbiyyatda mahir bir həkim və mütəfəkkir; məs. Böyük alim, məşhur həkim, bütün dərdlərə çarə edən qabiliyyətli, bilikli adam

M hərfi ilə başlayan oğlan adları və mənaları

Mahir - Bişkin, bacarıqlı, usta, bilikli, məharətli
Mahmud - Təriflənmiş, tərifli, tanınmış, şöhrətlənmiş
Malik - Yiyə, sahib
Mehdi - Doğru yolda olan, düz yol tutmuş; Allah tərəfindən göndərilmiş
Mehman - Qonaq
Mehralı - Əlini mərhəməti, mehri, sevgisi, məhəbbəti
Məhəmməd
- Tərif edilən, çox xoşa gələn, bəyənilmiş. Sözün əsli "Muhamməd"dir. Azərbaycan türkləri bunu Məhəmməd, Məmməd, Məmiş, Məmi ( və hətta Məmoş, Mamoş, Məmo) biçiminə salmışlar. Anadolu türkləri (Məhməd, Məhmət), Məməd(Məmət), Orta Asiya türkləri Maqombet, Maqambet, Mamad, Mambet, Mahmad və s. bu kimi biçimlərdə işlədilir. Özündən əvvəl və sonra gələn bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir: Məhəmmədağa, Məhəmmədqulu, Məhəmmədəli və s.
Mikayıl - Əsli "Mikael"dir. Yaxveyə (qədim yəhudi Allahına) bərabər olan, Tanrıya müqabil olan.Dini rəvayətə görə dörd mələkdən biri-canlıların ruzisini təmin edən mələyin adıdır
Mirzə - "Əmirzadə" sözünün ixtisar biçimidir. Şəxs adlarının həm önündə , həmdə sonunda işlədilir.Əvvəlində işləndikdə rütbə, sonunda işləndikdə isə şahzadəlik bildirir. Vaxtilə dövlət adamlarını və yazı-pozu ilə məşğul olan adamları belə adlandırırdılar; katib, yazmağı bacaran. Hörmət əlaməti olaraq "bəy", " ağa" anlamında işlədilmişdir. Başqa adlarla birləşərək mürəkkəb adlar əmələ gətirilir.Bir neçə nümunə: Mirzəağa, Mirzəbala, Mirzəxan, Mirzəqulu, Mirzəli, Mirzəkişi, Mirzəhüseyn
Murad - Dilək, istək, arzu; məram
Musa - Bu adın etimolojisi ilə bağlı iki fikir vardır. Bəzilərinə görə qədim Misir dilindəki "mesu" sözündəndir, uşaq, bala deməkdir. Rəvayətə görə Misir şahzadə qadının oğulluğa götürdüyü Musa peyğəmbər Nil çayında üzdüyü üçün ona bu ad verilmişdir. Musanını bir anlamı da "sudan çıxarılmış", " sudan gələn, su ilə gələn"dir. Kimiləri də bunun ibranicə "Moşe" (yəhudi hakimi, qanun verən, qanun çıxaran, qanunverici) olduğunu yazırlar
Mübariz - Bəlli bir amil, iş uğrunda mübarizə aparan adam, vuruşan, döyüşən, iddialı
Müşfiq - Ürəyiyumşaq, şəfqətli, mehriban, mərhəmətli, incə qəlbli, nazik ürəkli

N hərfi ilə başlayan oğlan adları və mənaları

Nadir - Az tapılan, az ələ düşən; əcayib, qeyri-adi, qəribə
Nahid - 1) Zöhrə ulduzu, Venera; 2) Həddi-büluğa çatmış gənc (qız)
Namiq - Yazı ilə məşğul olan, yazan, katib, mühərrir, yazıçı, naxışlamaq, bəzəmək
Natiq - Gözəl danışıq qabiliyyəti olan, təmtəraqlı danışıq bacarığı, bəlağətlə danışan
Nəcməddin - Dinin ulduzu
Nəriman - Güclü, qüvvətli, qüdrətli
Nəsimi - Mehə, xəfif küləyə aid olan
Nəsrəddin - Dinin köməyi, dinin yardımı
Nicat - Qurtulma, qurtuluş, xilas olma, salamatlıq
Nihad - Xasiyyət, təbiət, yaradılış, səciyyə, xilqət
Niyaz - Xahiş, yalvarma, yalvarış; ehtiyac; dua eləmə, bəxşiş
Nizami - Nizamlı, müntəzəm; qayda-qanuna uyğun; dövlət və hökumət qanununa aid; hərbi intizam, hərbi qayda-qanun
Novruz - Hərfi mənası: yeni gün; bir sıra Şərq xalqlarının təqvimində təzə ilin ilk ayı olan martın 20-22-nə təsadüf edən bayramı, bahar bayramı.Adətən, bu ayda doğulan oğlan uşaqlarına qoyulan adlardandır. Bir sıra mürəkkəb adlar da meydana gətirir. Novruzağa, Novruzbala, Novruzxan, Novruzqulu, Novruzəli və s.
Nurlan - İşıq alan, işıqlanan, parlayan; işıqlı, parlaq, aydınlanan

O hərfi ilə başlayan oğlan adları və mənaları

Orxan - İstehkam xanı, ordugah xanı, şəhər xanı
Oruc - Əsli farca "ruzə"dəndir. Dini qaydalara görə yeyib-içməmə, bir ay gündüzlər yemək və içməkdən, tütün çəkməkdən imtina etmək qaydası. Əsasən orucluq zamanı anadan olan oğlan uşaqlarına bu ad verilir
Osman - Əslində "us" (ağıl, zəka; əxlaq, ədəb;həlim) və "man" komponentlərindən əmələ gəlmiş bir addır. Ağıllı adam, zəkalı insan; əxlaqlı , həlim təbiətli şəxs, həmçinin "ot"(od, atəş) və "man" sözlərinin birləşməsindən yarandığını da ehtimal edirlər: atəş və ya od kimi adam anlamında. Bu ada "qazdan böyük bir quşun balası(qrif)", "ağırtərpənən", "sakit" anlamlarını verənlər də vardır

Ö hərfi ilə başlayan oğlan adları və mənaları

Ömər - Ölməzlik, dirilik, canlılıq, ömür, həyat
Özcan - Doğmaca, əziz, sevimli can-ciyəri; sanki öz ruhu, öz canı olan; güclü ruh, təməli möhkəm qoyulmuş varlıq; sağlam

P hərfi ilə başlayan oğlan adları və mənaları

Pənah - Sığınma, himayə; sığınacaq yer, daldanacaq yer; himayəçi, arxa, köməkçi, istinadgah
Pərviz - Qalib gələn, qələbə çalan, qalib; cəsur, qorxmaz; qəşəng, gözəl
Polad - Karbonla qarışdırılaraq hazırlanmış çox möhkəm dəmir. Məs. çox qüvvətli, güclü, əyilməz
Pünhan - Gizli, xəlvət, xəbərsiz, heç kəsin bilmədiyi

R hərfi ilə başlayan oğlan adları və mənaları

250 ən çox qoyulan oğlan adları və mənaları 2022

Rafiq - Əsli "rəfiq" dir. Yoldaş, köməkçi; şərik, ortaq
Rahib - Keşiş; xristan din xadimi; monastırda yaşayan-tərkidünya xristian və ya buddist, ibadətlə məşğul olan mömin
Ramil - "Rəml" dəndir. Rəmmal, falçı; qum; fal; qum ilə fal açan
Ramin - Əsli ərəbcə "rəmə"dəndir. Atıcı, mərmi atan anlamını verir. Bu adın ibranicə " Günəş oğlu, günəş övladı" anlamını verdiyi də ehtimal olunur
Ramiz - Sözün əsli "rəmz"dir, işarə edən, işarə ilə bir fikir və ya ifadəni anladan; simvolla, rəmzlə söyləyən
Rasim - Rəssam, rəsm çəkən; adət-ənənə
Rauf - Əslində "rəuf"dur. Mehriban, mərhəmətli, acıyan, ürəyiyumşaq, rəhmi gələn
Rəhman - Mərhəmətli, ürəyiyumşaq, rəhmli. Allahın 99 adından biri
Rəsul - Elçi, səfir, peyğəmbər, nəbi
Rəşad - Düzgün hərəkət eləmə, doğru yolda olma; haqqın tərəfdarı olma; ağıllı hərəkət etmə, düşüncəlilik
Rövşən - Əsli "rouşən" dir. İşıqlı, aydın, nurlu; açıq, aşkar
Ruslan - Əslində "arslan" sözünün rus və başqa dillərdə dəyişikliyə uğramış biçimidir.
Rüfət - Yüksəklik, ucalıq; böyük vəzifə və rütbə
Rüstəm - İri bədənli, cüssəli, güclü, yekəpər
Rza - Razılıq, xoşhallıq, məmnunluq; razılıq vermə, izin vermə, icazə vermə; qane olma; istək, iradə

S hərfi ilə başlayan oğlan adları və mənaları

Sabir - Səbr edən, təmkinli, səbirli, tələsməyən; dözümlü, zəhmətə qatlaşan, çətinliyə dözən
Sabit - Tərpənməyən, yerində dayanan, hərəkət eləməyən; dəyişməz, möhkəm; gerçəkləşmiş; isbat olunmuş
Sahib - Bir şeyə malik olan, yiyə; hər hansı bir şeyi əldə eləyən,təsis edən; qoruyan,arxa duran, sahib çıxan
Sahil - Kənar, sədd, qıraq
Sakit - Hərəkətsiz, durğun, susan, səssiz, fəaliyyətsiz
Saleh - Yararlı,yaxşı, yaraşan; səlahiyyətli olan, ixtiyarı çatan, haqlı
Samir - Həmsöhbət, yoldaş; müğənni.
Sədi - Xoşbəxtliklə, bəxtəvərliklə əlaqəli olan; uğurlu ulduza mənsub olan
Səxavət - Əliaçıq, ürəyigenişlik
Səid - Bəxtəvar, bəxtiyar, ağgünlü, xoşbəxt, səadətli, uğurlu.
Səlim - Sağlam, sağ, sağlamat, əsən; eyibsiz, nöqsansız, doğru-dürüst
Səməd - Əbədi, daimi, sonsuz; bərk, möhkəm; möhtac olmayan, müstəqil; əbədi mövcud olan. Allaha aid edilən adlardan biridir
Səməndər - 1) Əsatirə görə odda, atəşdə, yaşayan bir quş; 2) bunun farsca " səmən" (ölkə, sərhəd, qapı) və "dər" (ev, yaşayış yeri, kənd) sözlərindən "uzaq istehkam, qala" anlamında olduğunu da yazırlar; 3) su kərtənkələsi
Sənan - Bu adın Səna dağı və Səna şəhəri ilə əlaqələndirirlər. Ancaq həmin dağ və şəhər adları ərəb sərkərdəsi Tariq İbn Sənanın adından meydana gəlmişdir. İki cür mənalandırılır: 1) təriflənən, mədh edilən, öyülən; 2) kəskin, sivri; süngünün sivri ucu. Adın yazılış biçimi də fərqlidir.Bunun Sinan biçimi də vardır
Səyyad - Ovçu
Sübhan - Öymə, tərif, mədh, alqış; eşq olsun! Afərin!

Ş hərfi ilə başlayan oğlan adları və mənaları

Şaban - Əslində "şəban"dır. (doymuş, qarnı tox olan, tox) . Ərəb qəməri təqviminin səkkizinci ayının adı. Əsasən bu ayda doğulan oğlan uşaqlarına qoyulur. Bu adın "çoban"dan olduğunu da ehtimal eləyirlər.
Şahin - Qısa və çəngəl kimi əyri dimdikli yırtıcı quş, əhəlləşdirilərək ovda istifadə olunur
Şahlar - "Şah" sözünün türkcə cəm şəkli: hökmdarlar
Şahmar - İri zəhərli ilan
Şaiq - Şövqlü, həvəsli istəyi olan
Şair - Şer yazan, bədii söz quraşdıran, şerləri olan, ozan
Şakir - Şükr edən, razılıq bildirən, təşəkkür edən
Şamil - Əhatə edən, aid olan, ümumi
Şəhriyar - Hökmdar, şah, padşah
Şirin - Dadlı, ləzzətli, şəkərli; sevimli, əziz. Bir sıra adlarla birləşib mürəkkəb adlar meydana gətirir: Şirinağa, Şirinbaba, Şirinbala, Şirinbacı, Şirinbəyim, Şirinəli, Şiringül, Şirinxan, Şirinxanım və b.
Şöhrət - Ad, san, məşhurluq
Şükür - Razılıq, minnətdarlıq, təşəkkürünü bildirmə

T hərfi ilə başlayan oğlan adları və mənaları

Tahir - Təmiz. Saf, pak
Taleh - "Tale"nin dəyişilmiş biçimi
Tamerlan - Ulu Xaqan Əmir Teymurun "Teymurləng" kimi tanınan adının Avropa dillərindəki biçimi. Axsaq Teymur, Çolaq Teymur, Topal Teymur.
Tanrıverdi - Allahın bəxş etdiyi, Tanrının verdiyi (adam)
Tarkan - Dağılma, dağınıq; pərişan; səpələnmə, saçma. Əslində "tarqan"dır. Vaxtilə titul olubdur.
Teymur - Qədim adlardandır. Qədim türk dilində bunun "temir" , "temür" və b. biçimləri də işlənibdir. Bax: Dəmir. Bir sıra mürəkkəb adlar da meydana gətirməkdədir: Teymurağa, Teymurbəy, Teymurxan, Teymurçin, Teymurşah və s.
Təbriz - Türk musiqisində vaxtilə bir ahəngin, muğamın adı olubdur. Eyni zamanda Xəzər soyunun adıdıdr. "Soy, soyad, qohum, əqrəba" anlamlarını verən çuvaş dilindəki "Tavris, tauris" sözlərindən olduğunu da yazırlar. Farsca isə "qızdırmanı kəsən", "xəstəlik qaçıran" deməkdir
Tərlan - Yırtıcı ov quşu, qızılquş
Tofiq - Uyğunlaşdırma, uyğun hala salma; yardım, kömək; uğur; istəyə yetmə, arzuya çatma. Vaxtilə ərəblərdə olduğu kimi Tovfiq şəklində də işlənibdir
Toğrul - Qədim adlardandır. İri və kəskin caynaqları olan, tutduğunu buraxmayan yırtıcı ov quşu. Bunu "doğruçu, düz danışan, həqiqət tərəfdarı", düzəlmək; özünü düzəltmək, yaxşılaşmaq, qıvraqlaşmaq və iri qanadlı miflik quş hesab edənlər də vardır
Tural - Heç dəyişməyən, eyni vəziyyətdə, dəyişməz halda qalan; yaşayan; sakit.
Turan - Qədim iranlıların İranın tərsinə olaraq türklərin yaşadıqları yerə verdikləri addır. Türklər yaşayan yer, türklərin məskən saldıqları torpaqlar
Turqut - 1) Yaşayış yeri, məskən; şəhər, ölkə, vilayət; 2) durquzmaq, qaldırmaq

U hərfi ilə başlayan oğlan adları və mənaları

Uğur - Müvəffəqiyyət; yaxşılıq; bəxt, tale; səadət, xəşbəxtlik; bərəkət, xeyir. Bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir. Uğuralp,Uğurata, Uğurşah, Uğurbay, Uğurbəy, Uğurdəmir, Uğurəl, Uğurər, Uğursan, Uğursay, Uğursoy, Uğurtay, Uğursal, Uğural və s.
Uran - 1) Ciddi çağırış, nida, hay; 2) parol;3) ölçü, boy; 4) sənət; 5) sənaye; 6) təmkin

Ü hərfi ilə başlayan oğlan adları və mənaları

Ülvi - Yüksək, uca , ali; mənəviyyatlı, göylə bağlı olan; İlahi
Ümid - Umma, gözləmə,ümid etmə, göz dikmə
Üzeyir - Ərəbcə "üzr" sözünün kiçildilmiş biçimidir. Üzr istəmək, üzürlü hesab etmək, bağışlamaq

V hərfi ilə başlayan oğlan adları və mənaları

Vahid - Bir, tək, yeganə, yalqız; eyni cinsli, eyni ölçüdə olan
Vaqif - Bir işdən xəbəri olan, məlumatlı
Valeh - Heyran olmuş, məftun edilmiş, vurulmuş; qismət, tale
Vasif - Bir şəxsdə və şeydə olan hal, xüsusiyyət, öymə, tərifləmə, vəsf və mədh etmə
Veysəl - Əslində "Veysələddin" adının ixtisar edilmiş biçimidir, dinə möhtac olan deməkdir
Vəfadar - Verdiyi sözün üstündə duran; sədaqətli, vəfalı
Vəkil - Başqasını işini görməyə təyin olunan şəxs, əvəz eləyən; məhkəmələrdə tərəflərin əvəzində iş aparan adam; nazir; deputat
Vəli - Qəyyum, himayəçi, hami; yaxın olan, dost; yiyə, sahib, ağa; yetkin. Bir sıra adlarla birləşərək mürəkkəb adlar da yaradır: Vəliağa, Vəlibaba, Vəlibəy, Vəliqulu, Vəliməmməd, Vəlixan, Vəlidədə, Vəlidədəoğlu və s.
Vəzir - Hökmdarın vəkili olub dövlət işlərinə baxan şəxs, hökümətin üzvlərindən biri; nazir
Vidadi - Məhəbbətə aid olan, sevgiyə məxsus olan; dostcasına
Vüqar - Ağırlıq, ciddiyyət, təmkin; ləyaqətini, mənliyini yüksək tutma, heysiyyətini saxlama, uca tutma
Vüsal - Görüşmə, istəyinə çatma, qovuşma, nail olma

Y hərfi ilə başlayan oğlan adları və mənaları

Yadigar - Xatirə, hədiyyə olaraq verilən və yaxud qalan şey; məs. örnək, nümunə, abidə
Yalçın - Çox sərt və çılpaq qaya; dümdüz, dik, sivri
Yasin - Qurandakı 36-cı surənin adıdır. Yas, mətam, məyusluq və kədər bildirən bu sözü Quranın bir sıra şərhlərində " Ey insan, ya insan" kimi açıqlayırlar.
Yaşar - Yaşayan, çox yaşayan, sağ və salamat qalan, həyatını davam etdirən, ölməz. Adətən doğulan uşağın ölməməsi, yaşaması istəyi ilə qoyulan adlardanır. Vaxtilə bunun göyərən, yaşıllaşan anlamları olmuşdur.
Yunus - Əsli "yone"dir , "göyərçin" deməkdir.Əfsanəvi peyğəmbərlərdən birinin adıdır. Dini əfsanəyə görə bu peyğəmbər dənizə atılmış, onu böyük bir balıq udmuş, ancaq sonra o, yenə də sağ-salamat qalmışdır. Həmin balığa bu peyğəmbərin adı verilmişdir (delfin kimi tanıdığımız dəniz heyvanına müsəlman ölkələrində "Yunus"da deyilir.)
Yusif - Əsli "yosef"dir. Əlavə ediləcək, artırılacaq və yaxud Allah artıracaq, Tanrı əlavə edəcək. Beynəlxalq adlardandır. Jozef, Cozef, Cüzeppe, İosif, Osip və s. biçimlərdə müxtəlif xalqlar tərəfindən işlədilir. Öz gözəlliyi ilə seçilən Yusif dini rəvayətə görə peyğəmbər olmuşdur. Yaqub peyğəmbərin oğludur. Klassik ədəbiyyatda gözəl kişi, sadə adam, utancaq sifətləri ilə işlənmişdir

Z hərfi ilə başlayan oğlan adları və mənaları

Zahid - Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını dini ibadət etməklə keçirən adam,asket, ibadətlə məşğul olan; pəhrizkar, tərki-dünya; məs. cəmiyyətdən, insanlardan uzaq qaçan, qapalı həyat sürən
Zamin - Zəmanət verən adam, zamin duran, boynuna çəkən, boyun olan, təminat verən
Zaur - Əsli "zair"dir. Qonaq, başçəkən, ziyarət edən
Zəki - Zəkalı, düşüncəli, ağıllı, fərasətli, kəskin zəkası olan, istedadlı; anlayışlı
Ziya - İşıq, nur, aydınlıq
Zülfüqar - İki ağızlı qılınc.Dini rəvayətə göra guya göydən yerə enmiş bu qılıncı Məhəmməd peyğəmbər imam Əliyə bağışlamışdır. Əlinin qılıncına verilən addır. Sözün hərfi anlamı "qabırğa", "onurğa" ilə bağlıdır

Adlar mövzusunda olan digər məqaləmiz:

Məqaləyə emosiya bildir:
emotion
221
emotion
78
emotion
42
emotion
26
emotion
84
emotion
41
emotion
43
Dostlarınla paylaş:
3 il əvvəl
274986 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (16)
BANK IŞÇISI (6 ay əvvəl)
))
ayxan (6 ay əvvəl)
menim adim yoxdur
Umud (8 ay əvvəl)
Körpe
Muzaffarovh (8 ay əvvəl)
Xaçmazdan hamıya salam
Nəzimə (10 ay əvvəl)
İsgəndər adın mənası
Renat (1 il əvvəl)
Adının Mənası
Mesim (1 il əvvəl)
Manası nedir adimin
yəhya (1 il əvvəl)
102 isləmək coxlu pulum olsun
Rövşən (1 il əvvəl)
Maraqlı
Eynal (1 il əvvəl)
Mənası