Kitab oxumağı sevərlər üçün nə hədiyyə almaq olar? 6 hədiyyə seçimi

Yenilənmə tarixi: 2021-06-07

Kitabsevərlər: bayram hədiyyəsi seçmək ən asan olan insanlar… Düzdür? Bəlkə də yox. Xüsusilə, əgər daha kreativ nəsə etmək fikrin varsa, onlara kitab ver.

Kitabsevərlər üçün olan bu hədiyyə siyahısı öz sevimli kitabqurdun üçün möhtəşəm hədiyyə seçməyə kömək edəcək. Bunu asanlaşdırmaq üçün siyahını hansı tip kitabsevərə hədiyyə verəcəyindən asılı olaraq qruplara ayırdıq.

1. Kağız kitab aludəçiləri üçün: əlfəcinlər

əlfəcinlər

Bu qəbul olunmuş həqiqətdir ki, kağız kitab oxuyan oxucuların əlfəcinə ehtiyacı olacaq. İnadcıl kağız aludəçiləri həmişə öz səhifələrini nişanlamaq üçün vasitə axtarışındadırlar. Onların oxu vərdişlərini cırılmış kağız parçasından onları güldürəcək əyləncə əlfəcininə yüksəldin.

Ən çox seçilənlərə sevimli maqnit əlfəcinləri və kitab mizraqları (təkcə səhifəni deyil, həm də sətri işarələməyə imkan verən kiçik metal tutqac) daxildir. Bonus: əlfəcinlər kitaba çox yaxşı yoldaşlıq edir.

2. Audio kitab düşkünləri üçün: qulaqlıqlar

qulaqlıqlar

Audiokitablar sürətlə inkişaf edən trenddir və bu əhəmiyyət kəsb edir. Yolda olan oxucular audiokitabların sayəsində ən məşğul cədvəllə belə oxuya bilirlər. Amma qulaq asmağa bir üsul yoxdursa, audiokitab nəyə yarayır?

Audiokitab hərisinə gözəl qulaqlıqlar hədiyyə et və onlar ömür boyu səni sevəcəklər. Bu hədiyyə seçimindəki incə məqam odur ki, hədiyyə verəcəyin oxucu necə qulaqlığa üstünlük verir? Qulaq içi, qulaq üstü və ya naqilsiz. Bunu öyrənmək üçün elektoronika mağazasında məsləhətləşə bilərsiz.

3. Dəbli kitabqurdları üçün: ədəbi incəsənət çərçivələri

çərçivə

Əgər hədiyyə edəcəyin adam ev dekoruna önəm verirsə, ədəbiyyat mövzulu çərçivələr axtardığın şey ola bilər. Müxtəlif mövzulu yüzlərlə belə çərçivələr var. Kitablardan sitatlardan tutmuş müəllifin sitatlarına qədər seçimlər var. Öz üslubunun olmağını istəyirsənsə, onların sevdiyi kitabdan və ya müəllifdən sətirlər tapmağa çalış.

4. E-kitab sevənlər üçün: tablet və ya elektron oxucu

E-kitab

Rəqəmsal kitab sevənlərə mütaliə üçün hansısa cihaz hədiyyə etsən, yanılmazsan. Çox istifadəli tablet və ya idarə olunan elektron oxucu seçməklə onları saatlarla əyləndirmək olar.

5. Çoxsaylı kitab oxuyanlar üçün: kitab daşıyan

kitab çantası

Heç vaxt kitabsız olmayan və ya iki, üç kitab oxuyan üçün hədiyyə axtarırsan? Kağız xəzinələrini gəzdirmək üçün onlara möhkəm bir çanta verin. Bu hədiyyə eyni vaxtda birdən çox kitab oxuyanlar üçün ideal Yeni il hədiyyəsidir.

6. Ancaq təcrübə axtarışında olan oxucular üçün: rahat mütaliə yoldaşı

rahat mütaliə yoldaşı

Əgər sevimli kitabsevəriniz oxuduğu kitab qədər mütaliə vərdişini də sevirsə, onda növbəti mütaliəsini daha da yüksəldəcək hədiyyələr verə bilərsiz. Seçimlərə isti içkidən zövq ala biləcək fincan, isti corablar və ya bəzədilmiş ətirli şamlar daxildir.

Humay Hüseynli / kayzen

Kitab sevənlərə maraqlı olacaq digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
8592 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Yaxsidir
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 4 ay əvvəl
  • 1204
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 7 ay əvvəl
  • 1196
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 8 ay əvvəl
  • 1230
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 8 ay əvvəl
  • 2030
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 8 ay əvvəl
  • 1293
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 9 ay əvvəl
  • 1326