Bu siyahıda 2021-ci ilin ən yaxşı filmləri yer alır. Müxtəlif mövzularda çəkilmiş həmin filmləri təqdim edirik.

12. Zack Snyder's Justice League (2021) IMDb: 8.7


Rejissor Zack Snyder tərəfindən yeni versiyada çəkilib. 4 saat davam edən filmdə komandanın lideri Supermenin fədakarlığının boşa getmədiyini anlayan Batman (Bruce Wayne) Diana Prince ilə güclərini birləşdirir və dünyaya yaxınlaşmaqda olan fəlakətə qarşı yeni bir komanda qurur.

Janr: Fantastik, Macəra
Rejissor: Zack Snyder
Rollarda: Ben Affleck, Henry Cavill, Gal Gadot

[trailer]https://www.youtube.com/watch?v=vM-Bja2Gy04[/trailer]

11. The Mauritanian (2021) IMDb: 7.4


Real həyat hekayəsi əsasında çəkilib. Film Mohamedou Ould Slahinin terrorçu olduğu iddiası ilə başlayır. Slahi hər fürsətdə günahsız olduğunu dilə gətirsə də, heç kim ona inanmır. Uzun illər işgəncə görməsi onun ümidlərini öldürür. Təcrübəli bir vəkillə görüşən Slahi yenidən ümidlənir.

Janr: Bioqrafik, Dram, Triller
Rejissor: Kevin Macdonald
Rollarda: Jodie Foster, Tahar Rahim, Shailene Woodley

[trailer]https://www.youtube.com/watch?v=sRSGg54yvjQ[/trailer]

10. Cherry (2021) IMDb: 6.6


Filmdə baş rolda Tom Holland çəkilib. Rejissoru isə Avengers: Endgame, Infinity War və Captain America kimi ekran işləri ilə məşhurlaşan Joe Russo və Anthony Russo qardaşlarıdır. Filmdə İraqdakı müharibədən qayıdan keçmiş əsgər və ordu həkiminin yaşadığı stress öz əksini tapıb. Onun psixologiyası heç cür düzəlmir.

Janr: Bioqrafik, Dram, Triller
Rejissor: Joe Russo, Anthony Russo
Rollarda: Tom Holland, Ciara Bravo, Jack Reynor

[trailer]https://www.youtube.com/watch?v=H5bH6O0bErk[/trailer]

9. Raya and the Last Dragon (2021) IMDb: 7.5


Film fantastika və macəra janrındadır. Filmdə təsvir olunan dövrdə Sisu adlı əjdaha yaşayır. Gənc döyüşçü Lumandra bu əjdahanı tapmaq üçün böyük çətinlik çəkir.

Janr: Animasiya, Fantastika, Macəra
Rejissor: Don Hall, Carlos Lopez Estrada, Paul Briggs
Rollarda: Kelly Marie Tran, Awkwafina, Gemma Chan

[trailer]https://www.youtube.com/watch?v=3UFWsEY8Hdc[/trailer]

8. Moxie (2021) IMDb: 6.7


Liseydə seksist qaydalara etiraz edən gənc qızdan bəhs olunur. 16 yaşlı Carter liseydə oğlanların özlərini hegemon kimi aparmalarını qəbul etmək istəmir. Gənc qız anasının dəstəyi ilə işə başlayır və böyük bir komanda qurur.

Janr: Komediya, Dram
Rejissor: Amy Poehler
Rollarda: Hadley Robinson, Lauren Tsai, Nico Hiraga

[trailer]https://www.youtube.com/watch?v=Sf34qI1hjKU[/trailer]

7. The Dig (2021) IMDb: 7.2


Filmdə İkinci Dünya müharibəsindən əvvəlki dönəm təsvir olunub. Edith Pretty kənddəki kurqanları qazmaq üçün arxeoloq Basil Brown ilə razılığa gəlir. Basil qazıntı işləri apararkən qısa müddətdə tarixin gedişatını dəyişdirəcək bəzi tapıntılar tapır. Keçmişlə bağlı tapıntılar müharibədən əvvəl qarışıqlıq içindəmolan İngiltərədə böyük əks-səda doğurur.

Janr: Dram, Tarixi
Rejissor: Simon Stone
Rollarda: Ralph Fiennes, Carey Mulligan, Lily James

[trailer]https://www.youtube.com/watch?v=JZQz0rkNajo[/trailer]

6. Drishyam 2 (2021) IMDb: 8.8


Ən yaxşı hind filmlərindəndir. "Amazon Prime"-da böyük auditoriya qazanıb. Filmdə bir ailənin istintaqa cəlb olunması və təhdid edilməsi təsvir olunub.

Janr: Dram, Qorxu
Rejissor: Jeethu Joseph
Rollarda: Mohanlal, Meena, Ansiba

[trailer]https://www.youtube.com/watch?v=0f-nd1uGsjQ[/trailer]

5. Judas and the Black Messiah (2021) IMDb: 7.8


Filmdə Black Panther Party-nin lideri olan Fred Hamptonun həyatı nümayiş olunub. Gənc fəal Fred qaradərililərin öldürülməsinin qarşısını almaq və həyatlarını daha yaxşı şəraitdə təmin etmək üçün partiya qurur. FTB onun komandasını dayandırmaq üçün hərəkətə keçir. Fred Hamptonu
zərərsizləşdirmək üçün plan hazırlanır.

Janr: Bioqrafik, Dram
Rejissoru Shaka King
Rollarda: Daniel Kaluuya, Lakeith Stanfield, Martin Sheen

[trailer]https://www.youtube.com/watch?v=sSjtGqRXQ9Y[/trailer]

4. Palmer (2021) IMDb: 7.3


Eddi qətldə ittiham olunur və 10 il həbs cəzası alır. Həbsdən çıxandan sonra yeni həyata başlamaq üçün nənəsinin evinə qayıdır. Keçmişi ondan əl çəkmir və münaqişələrlə keçən günlər başlayır.

Janr: Dram
Rejissor: Fisher Stevens
Rollarda: Justin Timberlake, Juno Temple, June Squibb

[trailer]https://www.youtube.com/watch?v=OABSI3eYOk0[/trailer]

3. The White Tiger (2021) IMDb: 7.2


Balram Halwai ağıllı və iddialı bir kənd uşağıdır. O, zəngin insanların həyatına daxil olmağa çalışır və bunun üçün hər yola əl atır. Buna bacarmadıqda isə haqsızlığa qarşı üsyan qaldırmaq üçün təhlükəli və tamamilə fərqli bir yol seçir.

Janr: Dram, Detektiv
Rejissor: Ramin Bahrani
Rollarda: Priyanka Chopra Jonas, Adarsh Gourav, Rajkummar Rao

[trailer]https://www.youtube.com/watch?v=35jJNyFuYKQ[/trailer]

2. The SpongeBob Movie: Sponge on the Run (2021) IMDb: 6.0


Gary, Posedion tərəfindən qaçırılıb və Anlantik Citynin itkin şəhərinə keçirilib. SpongeBob Garyini xilas etmək üçün komandasını toplayır və hərəkətə keçir.

Janr: Animasiya, Komediya
Rejissor Tim Hill
Rollarda: Tom Kenny, Bill Fagerbakke, Clancy Brown

[trailer]https://www.youtube.com/watch?v=a2cowVH03Xo[/trailer]

1. Nomadland (2021) IMDb: 7.6

1960-cı illərin ABŞ-nın əks olunduğu filmdə Nevadada yaşayan 60 yaşlı Fernin həyatı diqqətə çatdırılır. O dövrün böyük iqtisadi çöküşündən təsirlənən qadın, bütün əşyalarını və əmanətlərini itirir. O, köçəri həyat yaşamağa başlayır.

Janr: Dram
Rejissor: Chloé Zhao
Rollarda: Frances McDormand, David Strathairn, Linda May

[trailer]https://www.youtube.com/watch?v=6sxCFZ8_d84[/trailer]