Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri

Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir. Həmin filmləri təqdim edirik.

1. Kiki Lanet-i Cin

Kiki Lanet-i Cin

Türkiyə istehsalı olan bu qorxu filmində Müzəffər adlı gənc və kiçik qızı Elif haqqında maraqlı hadisələrdən bəhs olunur. Şenay adlı qadınla razılaşmalı şəkildə evlənən Müzəffər bu evlilikdən iki övlad sahibi olsa da, özünü xoşbəxt hiss etmir. Sonda ailəsini tərk edən Müzəffər Satı adlı bir qadınla ailə qurur və tezliklə qızı Elif dünyaya gəlir. Ruhi xəstə olan Elifi sağaltmağa çalışan Müzəffər, həkim və ekstrasenslərdən kömək istəyir.

Janr: dram, qorxu
IMDb: 5.4
Nümayiş tarixi: 2020
Rejissor: Mustafa Miraç Kaya
Rollarda: Mustafa Miraç Kaya, Elif Çapkın, Türkan Kılıç

Treyler

2. Kulyas: Lanetin Bedeli

Kulyas: Lanetin Bedeli

Qorxunc səhnələri ilə diqqət çəkən bu film 4 gənc fotoqrafın başına gələn müəmmalı hadisələri əks etdirir. Qədim bir cin qəbiləsi olan Kulyas uzun illərdən sonra yenidən peyda olub və hər il insanlardan bir qurban almaq şərti ilə onları təqib etmirlər. Cinlərin başçısı Mureh hər il aldığı qurbanlardan doymur
və kəndlərinə gələn 4 gənci təqib edir.

Janr: qorxu
IMDb: 6.7
Nümayiş tarixi: 2019
Rejissor: Yunus Sevik
Rollarda: Halil Kumova, Kübra Karen, Nurdan Patrasoy

Treyler

3. Güzelliğin Portresi

Güzelliğin Portresi

Bu filmdə keçmişi ilə üz-üzə gəlməli olan Nisandan bəhs edilir. Gənc yaşında atası ilə anlaşa bilmədiyi üçün yaşadığı evdən ayrılan Nisan illər sonra aldığı xəbərə görə qızı və həyat yoldaşıyla keçmiş evinə qayıdır. Burada yaşadığı bəzi müəmmalı hadisələrə görə narahat olan Nisan ailəsini və özünü qorumaq üçün evdəki sirri açmağa çalışır.

Janr: triller
IMDb: 6.4
Nümayiş tarixi: 2019
Rejissor: Umur Turağay
Rollarda: Burçin Terzioğlu, Birkan Sokullu, Serkan Keskin

Treyler

4. Baskın

Baskın

Filmdə polis dəstəsinin aldıqları bir zəngdən sonra getdikləri binada yaşadığı müəmmalı hadisələr nümayiş olunur. Qeyri-adi görüntüləri və musiqisi ilə fərqli atmosfer yaradan filmi IMDB balından asılı olmayaraq izləməyinizi tövsiyə edirik.

Janr: qorxu
IMDb: 5.7
Nümayiş tarixi: 2015
Rejissor: Can Evrenol
Rollarda: Görkem Kasal, Ergun Kuyucu, Muharrem Bayrak

Treyler

5. Magi

Magi

Film amerikalı jurnalist Olivia Watkins-in Türkiyədə yaşayan bacısının onu yanına çağırmasından sonra baş verən müəmmalı hadisələrdən bəhs edir. Türkiyədə ən çox baxılan türk qorxu filmləri arasındadır.

Janr: qorxu
IMDb: 5.9
Nümayiş tarixi: 2016
Rejissor: Hasan Karacadağ
Rollarda: Michael Madsen, Brianne Davis, Lucie Pohl

Treyler

6. 666 Cin Musallatı

666 Cin Musallatı

Qorxu və triller ssenariləri yazaraq dolanışığını təmin edən Gürkan bir gün sosial şəbəkədə diqqətini çəkən bir hadisə ilə qarşılaşır. Hadisənin təfərrüatlarını öyrənmək və ondan ssenari hazırlamaq üçün ilk fürsətdəcə Fethiye - Karaköyə gedir. Evdə sağ qalan iki bacıdan biri olan Nihal, özünü psixoloq kimi təqdim edən və onlara kömək etməyə gəldiyini bildirən Gürkanın evdə qalmasına icazə verir. Gürkan evdə baş verən qeyri-adi hadisələri araşdırmağa başlayır.

Janr: qorxu
IMDb: 6.0
Nümayiş tarixi: 2017
Rejissor: Fuat Yılmaz
Rollarda: Ekrem İspir, Elif Yaz, Teena Tabbarah

Treyler

7. Kafir

Kafir

Filmdə gözəl bir eşq yaşayan xoşbəxt cütlüyə edilən sehrdən sonra yaşananlardan bəhs edilir. Bacısı Ayşe ilə eyni evdə yaşayan Yasemin nişanlısı ilə gözəl bir gələcək planlaşdırır. Lakin bacısının gördüyü kabuslar bu planlara kölgə salır.

Janr: qorxu
IMDb: 6.0
Nümayiş tarixi: 2018
Rejissor: Hasan Gökalp
Rollarda: Beyza Metin, Gamze Kırlı, Selim Aygün

Treyler

8. Dabbe 6

Dabbe 6

Mukadder gecə qəflətən ölür. Araşdırmalar nəticəsində ölümün səbəbi beyin qanaması göstərilir. Qızı isə anasının ölümünün səbəbini naməlum dildə danışan qara üzlü və sürətlə hərəkət edən varlıqlarla əlaqələndirir. Aylanın dediyi bu varlıqlar zamanla onu da öz təsirləri altına alırlar.

Janr: qorxu
IMDb: 6.1
Nümayiş tarixi: 2015
Rejissor: Hasan Karacadağ
Rollarda: Volkan Ünal, Ömer Duran, Sema Şimşek

Treyler

9. Musallat

Musallat

2007-ci ildə ekranlara çıxan “Musallat” adlı filmdə bir-birlərinə könül vermiş Suat və Nurcanın hekayəsindən bəhs edilir. Cütlük kəndlərində gözəl və xoşbəxt həyat sürərkən üzərlərinə qara buludlar çökür. Onlara cadu edildiyini anlayan Nurcan bunu aradan qaldırmaq üçün mübarizə aparmağa başlayır.

Janr: detektiv, qorxu
IMDb: 6.1
Nümayiş tarixi: 2007
Rejissor: Alper Mestçi
Rollarda: Burak Özçivit, Kurtuluş Şakirağaoğlu

Treyler

10. Dabbe: Bir Cin Vakası

Dabbe: Bir Cin Vakası

Qorxu filmlərinin ssenari müəllifi və rejissoru Hasan Karacadağ bu filmlə “Dabbe” seriyasını davam etdirir. Bu filmə baxmağınızı tövsiyə edirik.

Janr: triller, qorxu
IMDb: 6.3
Nümayiş tarixi: 2012
Rejissor: Hasan Karacadağ
Rollarda: Nihan Aypolat, Koray Kadirağa, Pervin Bağdat

Treyler

11. Küçük Kıyamet

Küçük Kıyamet

Filmdə İstanbulda baş verən zəlzələdə anasını itirən Bilgənin yaşadığı psixoloji pozğunluqlar və travmalar nəql edilir. Kiçik bir qiyamət olaraq xarakterizə etdiyi zəlzələdən həyat yoldaşı və uşağı ilə birlikdə xilas olan Bilgə, yerləşdiyi ərazidə sirli hadisələrlə qarşılaşır.

Janr: triller, qorxu
IMDb: 6.3
Nümayiş tarixi: 2006
Rejissor: Durul Taylan, Yağmur Taylan
Rollarda: Cansel Elçin, Başak Köklükaya, Binnur Kaya

Treyler

12. Siccin 2

Siccin 2

Adnan və Hicranın xoşbəxt evliliyi uşaqlarının qəza nəticəsində ölməsi ilə alt-üst olur. Hicranın psixologiyası günü-gündən pisləşərkən, Adnan bu vəziyyəti həll etməyə çalışır.

Janr: triller, qorxuu
IMDb: 6.5
Nümayiş tarixi: 2015
Rejissor: Alper Mestçi
Rollarda: Şeyda Terzioğlu, Bulut Akkale, Ece Baykal

Treyler

13. Cin-i ayet

Cin-i ayet

Filmdə həyatını cinlərlə mübarizəyə həsr edən Salehin başına gələn olaylar təsvir olunub. Son illərin ən çox izlənilən qorxu filmlərindən biridir.

Janr: qorxu
IMDb: 6.7
Nümayiş tarixi: 2018
Rejissor: Uğur Akünlü
Rollarda: Kemal Uçar, Fulden Akyürek, Arda Esen

Treyler

14. Kapıdaki Sır

Kapıdaki Sır

Film 200 il əvvəl bir qadının ərinin gizli bir təriqətlə sövdələşməsindən və təriqətin qaydalarına tabe olmadıqdan sonra yaşayacağı paranormal hadisələrdən bəhs edir.

Janr: triller, qorxu
IMDb: 6.7
Nümayiş tarixi: 2018
Rejissor: Mehmet Ali Zaim
Rollarda: Şiar Zaim, Natali Kayova, Melek Orhanoğlu

Treyler

15. Siccin 5

Siccin 5

12 yaşlı Hale və ailəsinin başına gələn qorxulu hadisələrini tamaşaçılara çatdırır. Hale körpə ikən onun atası yoxa çıxır. Bir müddətdən sonra Hale kabuslar görməyə başlayır.

Janr: qorxu
IMDb: 6.8
Nümayiş tarixi: 2018
Rejissor: Alper Mestçi
Rollarda: Rüya Önal, Merve Ateş, Özgür Hacıer

Treyler

Məqaləyə emosiya bildir:
6 ay əvvəl
967 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5698
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1749
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2375
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6858
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2527
Ən yaxşı türk filmləri - 2022
Türkiyə kino tarixində iz qoymuş bütün zamanların ən yaxşı filmlərini bir araya...
  • 1 il əvvəl
  • 3511