Netflix-də yer alan döyüş filmləri

Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix platformasında izləyə bilərsiniz. Burada yer alan ən yaxşı döyüş filmlərinin siyahısını təqdim edirik.

1. Yaşıl ilan

Yaşıl ilan filmi

Bacısını düşmənləri Fahainin pəncəsindən xilas etmək istəyən böyük bacı bir andaca özünü tanımadığı bir dünyada tapır. O, bacısını tapmaq üçün mübarizə apararkən keçmişini xatırlamayan bir kişi ilə qarşılaşır. Onların macəraları harada bitəcək?

Janr: döyüş, macəra, Çin
IMDb: 6.8
Nümayiş tarixi: 2021
Rejissor: Amp Wong
Rollarda: Tang Xiaoxi, Vivian Lu, Qiu Qiu

2. Kate

Kate

Tokioda işləyən amansız qatil son işi zamanı ölümcül şəkildə zəhərlənir. Ömrünün ortasında belə bir hadisə ilə qarşılaşdıqda böyük intiqam hissi ilə alışıb-yanır. Onu zəhərləyərək öldürmək istəyəni axtarır. Amma bilməli olduğu bir şey var ki, onun qisas almaq üçün cəmi 24 saatı var.

Janr: döyüş, macəra
IMDb: 6.2
Nümayiş tarixi: 2021
Rejissor: Cedric Nicolas
Rollarda: Mary E. Winstead, Jun Kunimura, Woody Harrelson

3. Yırtıcı quşlar

Yırtıcı quşlar

Jokerlə bütün əlaqələrini kəsən kimi hədəf olan Harley yaşadıqlarını unutmaq üçün hərəkətə keçir. O, cinayətkar dəstəylə mübarizə aparmaq üçün qadın superqəhrəmanlardan ibarət komandaya qatılır. Lakin işlər Harleyin istədiyi kimi getmir.

Janr: döyüş, macəra, komediya
IMDb: 6.0
Nümayiş tarixi: 2020
Rejissor: Cathy Yan
Rollarda: Margot Robbie, Rosie Perez, Mary Elizabeth

4. Çin səddi

Çin səddi

Avropalı tacirlər Sonq sülaləsi dövründə Çində barıt axtarmağa başlayırlar. Barıtın kəşfi ölkənin qəhrəmanları ilə qəddar zalımlar arasında aramsız müharibəyə səbəb olur. Bu müharibənin qalibi kim olacaq?

Janr: döyüş, macəra
IMDb: 5.9
Nümayiş tarixi: 2016
Rejissor: Yimou Zhang
Rollarda: Matt Damon, Pedro Pascal, Jing Tian

5. Donma nöqtəsi

Donma nöqtəsi

Bir polis məmuru düşünün. Onun rəhbərlik etdiyi məhbusların daşınması maşınına hücum edilib və polisin bütün planları pozulub. O, dondurucu soyuqda həm içəridəki, həm də çöldəki düşmənləri ilə ölüm-dirim savaşına girir.

Janr: döyüş, İspaniya, macəra
IMDb: 6.2
Nümayiş tarixi: 2021
Rejissor: Luis Quilez
Rollarda: Javier Gutierrez, Karra Elejalde, Luis Callejo

6. Hanna

Hanna

Hanna sosial cəhətdən təcrid olunmuş və sui-qəsdçi kimi böyümüş gənc bir qızdır. Qeyri-adi döyüş və müdafiə bacarığı olan gənc qız kim olduğunu bilmək istəyir. Gerçək dünyanın nə demək olduğunu bilmədiyi halda bu normal həyatı yaşamaq onun yeganə arzusudur. Arzularının ardınca qaçaraq CIA-nın hədəfinə çevrilir.

Janr: döyüş, macəra
IMDb: 6.8
Nümayiş tarixi: 2011
Rejissor: David Farr

Rollarda: Saoirse Ronan, Eric Bana, Cate Blanchett

7. Ədalət

Ədalət

Təqaüdə çıxan kəşfiyyat agenti Robert normal həyat sürmək və istirahət etmək üçün hər şeydən uzaqlaşmağa qərar verir. Gənc bir qadın rus mafiyasının diqqətini çəkir. Robert bu qadını mafiyadan qorumaq üçün köhnə işinə qayıdır.

Janr: döyüş, macəra
IMDb: 7.2
Nümayiş tarixi: 2014
Rejissor: Antoine Fuqua
Rollarda: Denzel Washington, Marton Csokas

8. Xtremo

Xtremo

Təqaüdçü qatil ölümlərin hər birində əli olan ögey qardaşını tapmaq üçün hərəkətə keçməlidir. O, bacısını və problemli bir yeniyetməni yanına alaraq ögey qardaşından qisas almaq üçün yola çıxır.

Janr: döyüş, İspaniya
IMDb: 5.8
Nümayiş tarixi: 2021
Rejissor: Daniel Benmayor
Rollarda: Teo Garcia, Oscar Jeanada, Oscar Casas

9. Red Notice

Red Notice

2021-ci ildə ekranlara çıxan bu film iki məşhur oğru və FTB agentinin macəralarından bəhs edir. Sənət oğrularından birini tutmaq üçün digər oğru ilə sövdələşən bu agent macəradan-macəraya atılaraq üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.

Janr: döyüş, macəra, detektiv
IMDb: 6.4
Nümayiş tarixi: 2021
Rejissor: Rawson Marshall
Rollarda: Dwayne Johnson, Ryan Reynolds, Gal Gadot

10. Wrath of Man (Qisas vaxtı)

Wrath of Man (Qisas vaxtı)

Filmdə öldürülən oğlunun qisasını almağa çalışan bir insanın hekayəsini izləyirik. Bank maşınını qarət edən quldurlar hadisə zamanı orada olan uşağı öldürürlər. Uşağın atası bu qətlin səbəbkarlarını tapıb bir- bir cəzalandıracaq.

Janr: döyüş, triller
IMDb: 7.1
Nümayiş tarixi: 2021
Rejissor: Guy Ritchie
Rollarda: Jason Statham, Holt McCallany, Josh Hartnett

11. Army of Thieves (Oğrular ordusu)

Army of Thieves (Oğrular ordusu)

Filmdə sadə bank işçisi olan Ludwig Dieterin böyük bir seyf oğrusuna çevrilməsini izləyirik. Seyflərə marağı olan və dünyanın ən böyük seyflərini açmağı xəyal edən Dieter aldığı təkliflə heç kimin aça bilmədiyi seyfi açma fürsəti qazanır.

Janr: döyüş, komediya
IMDb: 6.4
Nümayiş tarixi: 2021
Rejissor: Rawson Marshall
Rollarda: Matthias Schweighöfer, Nathalie Emmanuel, Ruby O. Fee

12. The Old Guard (Ölümsüzlük)

The Old Guard (Ölümsüzlük)

Muzdlu əsgərlər ölümsüz bir varlığı kəşf edirlər. Bu ölməz insan dənizçilərə xidmət edən qaradərili bir qadındır. Ölümsüzlər anlayır ki, həyatda ölümdən də pis şeylər mövcuddur.

Janr: döyüş, elmi-fantastik
IMDb: 6.6
Nümayiş tarixi: 2020
Rejissor: Gina Prince -Bythewood
Rollarda: Charlize Theron, KiKi Layne, Matthias Schoenaerts

13. Kapitan Amerika: Vətəndaş Müharibəsi

Kapitan Amerika: Vətəndaş Müharibəsi

Superqəhrəmanların döyüşdüyü bu filmdə Avengers komandasının fikir ayrılığına düşərək ayrılması öz əksini tapıb. Kapitan Amerika və Iron Man-in komandasının döyüşdüyü filmdə qalib kim olacaq?

Janr: döyüş, fantastik
IMDb: 7.8
Nümayiş tarixi: 2016
Rejissor: Anthony Russo
Rollarda: Chris Evans, Robert Downey Jr., Scarlett Johansson

14. Upgrade

Upgrade

Həyat yoldaşı ilə birlikdə xoşbəxt yaşayan Grey Trace hücuma məruz qalır. Həyat yoldaşını itirməyin acısı ilə yaşayan Grey beldən aşağı iflic olur. Bir gün milyarder bir şəxs Greyin bədənini sağaldacaq eksperimental müalicə təklif edir. Greyin bədəninə STEM adlı süni intellekt implantatı yerləşdirilir. Grey fövqəlbəşər bacarıqlar qazanaraq arvadını öldürən və həyatını məhv edən insanlardan qisas almağa başlayır.

Janr: döyüş, triller
IMDb: 7.5
Nümayiş tarixi: 2018
Rejissor: Leigh Whannell
Rollarda: Logan Marshall-Green, Betty Gabriel, Harrison Gilbertson

15. BumbleBee

BumbleBee

1980-ci illərdə tək qalan maşın Bumblebee gənc bir oğlandır. Daim qaçmaq məcburiyyətində qalan Bee düşmənlərdən gizlənmək üçün təhlükəsiz bir limanda gizlənir. 18 yaşına çatmaq üzrə olan gənc qız Charlie BumbleBee-ni xarab vəziyyətdə tapır. BumbleBee-ni emalatxanasına aparır və onu təmir etmməyə başlayır.

Janr: döyüş, elmi-fantastik
IMDb: 6.8
Nümayiş tarixi: 2018
Rejissor: Travis Knight
Rollarda: Hailee Steinfeld, John Cena, Jorge Lendeborg Jr.

16. Spider-Man: Homecoming (Hörümçək Adam: Evə qayıdış)

Spider-Man: Homecoming

Avengers komandası ilə macəraya atılan Peter özünü sübut etmək arzusu ilə dolu bir gəncdir. Xalası May ilə yaşayan Peter Dəmir Adamla dostluğunu daha da möhkəmləndirir. Onun yalnız bir məqsədi var: cinayətlə mübarizə aparmaq və dünyanı daha təhlükəsiz yerə çevirmək.

Janr: döyüş, macəra
IMDb: 7.4
Nümayiş tarixi: 2017
Rejissor: Jon Watts
Rollarda: Tom Holland, Michael Keaton, Robert Downey Jr.

17. I Am Legend (Mən Əfsanəyəm)

I Am Legend

Dünyada dəhşətli bir virusdan sonra çox az adam sağ qalmağı bacarıb və zombilər hər yerə yayılıb. Bu virusun müalicəsini tapmaq üçün hər gün yeni təcrübələr aparan Robert Neville bütün təcrübəsinə və biliyinə baxmayaraq müsbət nəticə əldə edə bilmir. Yavaş-yavaş tək qaldığını düşünən Robert hər gün limandakı radiostansiyaya gedib sağ olduğunu xəbər verir. Sevimli itini zombilər öldürdükdən sonra onun həyatı dəyişir.

Janr: elmi-fantastika
IMDb: 7.2
Nümayiş tarixi: 2007
Rejissor: Francis Lawrence
Rollarda: Will Smith, Alice Braga, Charlie Tahan

18. Extraction

Extraction

Marvel filmləri pərəstişkarları tərəfindən THOR kimi tanınan ulduz aktyor Chris Hemswortun baş rolda oynadığı “Extraction” filmi böyük tamaşaçı rəğbəti qazanıb. Film itirəcək heç nəyi olmayan, qorxmaz muzdlu əsgər Tylerin son missiyasından bəhs edir.

Janr: döyüş
IMDb: 7.0
Nümayiş tarixi: 2020
Rejissor: Sam Hargrave
Rollarda: Chris Hemsworth, Rudhraksh Jaiswal, Randeep Hooda

19. Polar

Polar

Duncan Vizla kənardan normal bir insan kimi görünsə də, reallıq çox fərqlidir. Duncan dünyanın ən yaxşı qatili olan Black Kaiserdir. Silah, münaqişə, triller, qisas və döyüş filmlərini sevən oxucularımız üçün “Polar” əla seçim olacaq.

Janr: döyüş, detektiv
IMDb: 6.3
Nümayiş tarixi: 2019
Rejissor: Jonas Åkerlund
Rollarda: Mads Mikkelsen, Vanessa Hudgens, Katheryn Winnick

20. Bright

Bright

Film gələcək zamanda insanların, orkların, elflərin və pərilərin, bir sözlə, bütün fantastik irqlərin bir yerdə yaşadığı öz əksini tapıb. Ward və ork Jakoby birlikdə gecə patrulunda olan iki zabitdir. Bir gün unudulmuş zənn edilən bir əmanəti qorumaq üçün birlikdə hərəkət etməli olurlar.

Janr: döyüş, fantastik, triller
IMDb: 6.4
Nümayiş tarixi: 2017
Rejissor: David Ayer
Rollarda: Will Smith, Joel Edgerton, Lucy Fry

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2343 dəfə oxundu
ilk.az-çılar nə deyir?