Netflix-in ən yaxşı macəra filmləri | 2022

Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə təqdim edirik.

20. How It Ends (2018) – IMDb: 5.0

How It Ends

Film fəlakət nəticəsində yarıya bölünmüş bir şəhərdə hamilə nişanlısını tapmaq üçün qayınatası ilə döyüşməli olan bir adamın hekayəsindən bəhs edir. Gənc hüquqşünas Will Younger nişanlısı ilə xoşbəxt həyat sürür. Lakin onların həyatı bir fəlakət səbəbindən alt-üst olur. Bu fəlakət üzündən bütöv bir şəhər döyüş meydanına çevrilir. Daha sonra təhlükəsizlik qrupları şəhəri iki yerə bölür və Will Youngerin nişanlısı şəhərin o biri tərəfində qalır.

Rollarda: Theo James, Forest Whitaker, Kat Graham
Janr: Macəra, Triller,
Rejissor: David M. Rosenthal

Treyler

19. Rim of the World (2019) – IMDb: 5.2

Rim of the World

Film dünyanı xilas etməli olan dörd yeniyetmənin hekayəsindən bəhs edir. Onlar dünyanın yadplanetlilər tərəfindən işğal edildiyini və onu xilas etmək missiyasını öz üzərlərinə götürməli olduqlarını öyrənirlər. Bu gənclərə dünyanı xilas etmək üçün açar əmanət edilib.

Rollarda: Jack Gore, Miya Cech, Benjamin Flores Jr.
Janr: Macəra, Elmi-fantastika
Rejissor: McG

Treyler

18. Robin Hood (2018) – IMDb: 5.3

Üzüklərin Əfəndisi: Üzük Qardaşlığı

XIII əsr İngiltərəsində Robin Hud və tərəfdarları yaşadıqları yerdə korrupsiyaya son qoymaq və güc balansını əbədi dəyişmək üçün krala qarşı üsyana qalxmağa çalışırlar. Bəziləri Robini qəhrəman, bəziləri isə quldur hesab edir. O, Nottingemdə Ledi Marion adlı dul qadına aşiq olur. Lakin Ledi Morionun ona qarşı şübhələri var.

Rollarda: Russell Crowe, Cate Blanchett, Max von Sydow
Janr: Macəra, Aksiyon
Rejissor: Ridley Scott

Treyler

17. Hold the Dark (2018) – IMDb: 5.6

Hold the Dark

Film qurd sürüsü tərəfindən qaçırılan oğlanı tapmaq üçün təyin olunmuş bir ovçunun hekayəsindən bəhs edir. Bir gün çox sakit həyat sürən kənddən bir uşaq qaçırılır. Vəhşi heyvanlar tərəfindən qaçırılan uşağı tapmaq üçün bir ovçudan kömək istənilir. Ovçu üçün çətin və maraqlı bir macəra başlayır.

Rollarda: Jeffrey Wright, Alexander Skarsgård, Riley Keough

Janr: Macəra, Dram, Triller
Rejissor: Jeremy Saulnier

Treyler

16. Assassin's Creed (2016) – IMDb: 5.7

Netflix-in ən yaxşı macəra filmləri | 2022

Hadisələr XV əsrdə İspaniyada baş verir. Bir yeniyetmə gizli bir cəmiyyət olan Sui-qəsdçilər nəslindən olduğunu öyrənir. O, daha sonra yeni yiyələndiyi bacarıqları ilə güclü və zalım bir təşkilat olan Templerlə qarşılaşır. Callum bu təşkilatı çökdürmək üçün bütün bilik və təcrübəsindən istifadə edir.

Rollarda: Michael Fassbender, Marion Cotillard, Jeremy Irons
Janr: Macəra, Elmi-fantastik
Yönetmen: Justin Kurzel

Treyler

15. Suicide Squad: Real Bədxahlar (2016) – IMDb: 6.0

Suicide Squad: Real Bədxahlar

Film təhlükəsizlik qruplarının dünyanı məhv etmək istəyən qüvvələrə qarşı ən yaxşı adamları, cinayətkarları bir yerə toplamasından bəhs edir. Onlar ən güclü silahlarla silahlandırılır. Sonra isə bəzi dəhşətli həqiqətlə ortaya çıxır.

Rollarda: Margot Robbie, Will Smith, Jared Leto
Janr: Macəra, Fantastika
Rejissor: David Ayer

Treyler

14. San Andreas Fault (2015) – IMDb: 6.1

San Andreas Fault

Film bütün Qərb Sahilinə təsir edən çox güclü zəlzələdən sonra Kaliforniyada aparılan axtarış və xilasetmə prosesindən bəhs edir. San Andreas qırılmasından sonra 9 bal gücündə zəlzələ baş verir. Axtarış-xilasetmə pilotu Tom həyat yoldaşı ilə birlikdə qızlarını xilas etmək üçün Los-Ancelesdən San- Fransiskoya gedir. Onlar qorxulu anlarla üzləşirlər.

Rollarda: Dwayne Johnson, Carla Gugino, Alexandra Daddario
Janr: Macəra, Triller
Rejissor: Brad Peyton

Treyler

13. Rampage: Büyük Yıkım (2018) – IMDb: 6.1

Netflix-in ən yaxşı macəra filmləri | 2022

Primatoloq Davis Okoye doğulduğu gündən qayğısına qaldığı ağıllı qorilla ilə möhkəm bağ qurur. Əslində çox mehriban olan bu qorilla bir təcrübə nəticəsində əsl vəhşiyə çevrilir. Məlum olur ki, digər bir çox heyvanda da bu vəziyyət baş verib. Davis vəziyyətin qlobal xaos yaratmasının qarşısını almaq və buheyvanları xilas etmək üçün bir genetik mühəndislə işə başlayır.

Rollarda: Dwayne Johnson, Naomie Harris, Malin Akerman
Janr: Macəra, Aksiyon
Rejissor: Brad Peyton

Treyler

12. Double World (2019) – IMDb: 6.1

Double World

Bu Çin filmi döyüşçü olmaq üçün yarışa girən gənc kəndlidən bəhs edir. Qonşu xalqın gücləndiyini görən bir sərkərdə öz içlərindəki döyüşçüləri üzə çıxarmaq üçün yarışma keçirməyi qərara alır. Bunu eşidən gənc kəndli də bu yarışmaya getməyə qərar verir.

Rollarda: Henry Lau, Mark Cheng, Peter Ho
Janr: Macəra, Triller
Rejissor: Teddy Chan

Treyler

11. Justice League (2017) – IMDb: 6.3

Justice League

Yeni müttəfiqi Wonder Woman ilə insanlıq uğrunda mübarizə aparan Batman qarşılaşdıqları böyük gücə görə komandasını yenidən qurmaq məcburiyyətində qalır. Bəs onların quracaqları super qəhrəman komandasının gücü dünyanı xilas etməyə yetəcəkmi?

Rollarda: Ben Affleck, Henry Cavill, Gal Gadot
Janr: Macəra, Elmi-fantastik
Rejissor: Zack Snyder

Treyler

10. Valerian və Min Planet imperiyası (2017) – IMDb: 6.5

Valerian və Min Planet imperiyası

28-ci əsrin təsvir olunduğu filmdə Valeiran və Laureline Müdafiə Nazirliyinin sifarişi ilə möhtəşəm Alpha şəhərinə yollanırlar. Alpha şəhəri kainatdakı bir çox müxtəlif növlərin əsrlər boyu öz biliklərini, təcrübələrini və mədəniyyətlərini bölüşmək üçün gəldiyi bir yerdir. Lakin bu şəhərin bir sirri var. Qaranlıq qüvvə şəhərdəki bu dinc və xoşbəxt mühiti dağıtmaq istəyir. Valerian və Laurelinin missiyası bu qaranlıq qüvvəni şəhəri ələ keçirməzdən əvvəl məhv etməkdir.

Rollarda: Dane DeHaan, Cara Delevingne, Clive Owen
Janr: Macəra, Elmi-fantastika
Rejissor: Luc Besson

Treyler

9. Fantastik heyvanlar: Grindelwaldın cinayətləri (2018) – IMDb: 6.6

Fantastik heyvanlar: Grindelwaldın cinayətləri

Newt Scamanderin köməyi ilə Amerika Birləşmiş Ştatlarının Sehr Konqresi tərəfindən ələ keçirilən sehrbaz Gellert Grindelwal qaçır. Qısa müddətdə müridlər toplamağa başlayan Grindelwald, onları dünyadakı bütün canlılara hakim olmaq üçün yetişdirir. Professor Albus Dumbledore dünya üçün çox təhlükəli olan bu planı dayandırmaq üçün keçmiş tələbəsi Newt Scamanderdan kömək istəyir.

Rollarda: Eddie Redmayne, Katherine Waterston, Dan Fogler
Janr: Macəra, Fantastika
Rejissor: David Yates

Treyler

8. Kong: Kəllə adası (2017) – IMDb: 6.6

Kong: Kəllə adası

Usta kəşfiyyatçılar və əsgərlər Sakit okeanda kəşf edilməmiş bir adaya səyahət edirlər. Qrupun getdiyi bu adada əfsanəvi Kong yaşayır. Amma nə komanda, nə də Kong onların canavarların ərazisinə daxil olduqlarını bilmir.

Rollarda: Tom Hiddleston, Samuel L. Jackson, Brie Larson
Janr: Macəra, Fantastika
Rejissor: Jordan Vogt-Roberts

Treyler

7. Kral Artur: Qılınc Əfsanəsi (2017) – IMDb: 6.7

Kral Artur: Qılınc Əfsanəsi

Arturun atası uşaq ikən öldürüləndə taxta əmisi Vortigern çıxır. Doğulduğu gündən taxt-taca oturmaq hüququ olan Arturun kim olduğu barədə heç bir fikri yoxdur. Artur çörəyini şəhərin arxa küçələrində daşdan çıxaran, ona sahib çıxanları qoruyan bir adamdır. Amma əfsanəvi qılıncı çıxarmaq növbəsi ona çatanda işlər dəyişir. Artıq əsl irsinə sahib çıxmaq vaxtıdır.

Rollarda: Charlie Hunnam, Astrid Bergès-Frisbey, Jude Law
Janr: Macəra, Fantastika
Rejissor: Guy Ritchie

Treyler

6. Aquaman (2018) – IMDb: 6.9

Aquaman

Filmdə böyük bir həqiqəti kəşf edən Arthur Curry adlı bir insanın hekayəsindən bəhs olunur. Arthurun hiyləgər ögey qardaşı Orm Atlantida taxtını istəyir. Arthur isə öz irsinə sahib çıxmalı və xalqına rəhbərlik etməlidir. Əks halda, onu və ətrafını təhlükələr gözləyir.

Rollarda: Jason Momoa, Amber Heard, Willem Dafoe
Janr: Macəra, Fantastika
Rejissor: James Wan

Treyler

5. Milad Gündəlikləri (2018) – IMDb: 7.1

Milad Gündəlikləri

Film gizlicə Santanın kirşəsinə minən iki qardaşın qeyri-adi səyahətindən bəhs edir. Kate ə onun böyük qardaşı Teddynin ən böyük arzusu Santa Klausu görməkdir. Onlar gizlicə Santanın kirşəsinə minirlər. Bu səyahət bir çox problemlərə səbəb olur.

Rollarda: Kurt Russell, Judah Lewis, Darby Camp
Janr: Macəra, Ailə, Komediya
Rejissor: Clay Kaytis

Treyler

4. Hörümçək Adam: Evə Dönüş (2017) – IMDb: 7.4

Hörümçək Adam: Evə Dönüş

Peter bibisi May ilə yaşayır. Onu qoruyan Dəmir Adamla dostluğunu möhkəmləndirən Peter məktəb adi bir yeniyetmə kimi yaşamağa çalışır. Lakin o, cinayətlə mübarizə aparmaq və dünyanı daha yaxşı bir yerə çevirmək fikrindədir. Vulture məmləkətinə yeni düşmən göndərəndə Peterin özünü sübut etmək imkanı yaranır.

Rollarda: Tom Holland, Michael Keaton, Robert Downey Jr.
Janr: Macəra, Aksiyon
Rejissor: Jon Watts

Treyler

3. Üzüklərin Əfəndisi: Üzük Qardaşlığı (2001) – IMDb: 8.8

Üzüklərin Əfəndisi: Üzük Qardaşlığı

Əmisi Frodoya bir üzük hədiyyə edir. Bu üzüyün nələr edə biləcəyini bilməyən Frodo, sehrbaz Gandalfın söylədiklərindən dəhşətə gəlir. Dəhşətlərin qarşısını almaq üçün bu üzüyü məhv etmək lazımdır. Üzüyü yalnız Mordorda məhv etmək olar. Bunun üçn həyatlarını riskə atan bir komanda qurulur.

Rollarda: Elijah Wood, Sean Astin, Ian McKellen
Janr: Macəra, Fantastika
Rejissor: Peter Jackson

Treyler

2. Qladiator (2000) – IMDb: 8.5

Rim of the World

Roma taxtının varisi Commodus general Maximus və ailəsini öldürmək əmri verir. Ölümdən çətinliklə xilas olan Maximus qladiator kimi təlim keçmək üçün arenaya göndərilir. Onu ancaq bi şey düşündürür – intiqam almaq.

Rollarda: Russell Crowe, Joaquin Phoenix, Connie Nielsen
Janr: Macəra, Epik
Rejissor: Ridley Scott

Treyler

1. Üzüklərin Əfəndisi: Kralın Qayıdışı (2003) – IMDb: 8.9

Üzüklərin Əfəndisi: Kralın Qayıdışı

Frodo və onun ən yaxşı dostu Sem qorxulu Mordora çatmaq üçün səyahətə çıxırlar. Tək Üzük məhv edilməli və bundan ötrü nə lazımdırsa edilməlidir. Bu səbəbdən insan, elf və cırtdan orduları bir yumruq kimi birləşərək qaranlıq qüvvələrə qarşı çıxırlar. Amma onların hamısı kiçik bir Hobbitin əlinə baxır.

Rollarda: Sean Astin, Elijah Wood, Viggo Mortensen
Janr: Macəra, Fantastika
Rejissor: Peter Jackson

Treyler

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2519 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 959
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5690
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1743
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6850
Ən yaxşı türk filmləri - 2022
Türkiyə kino tarixində iz qoymuş bütün zamanların ən yaxşı filmlərini bir araya...
  • 1 il əvvəl
  • 3505