Ən yaxşı komediya filmləri

Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim edirik.

1. The Unbearable Weight of Massive Talent

The Unbearable Weight of Massive Talent

2022-ci ilin ən diqqətçəkən filmlərindən biri olan bu ekran işində məşhur aktyor Nicolas Cage-nin macərasını izləyirik. Bir pərəstişkarının ad gününü qeyd etmək üçün Meksikaya pul qarşılığında gedən Nicolas Cage sonradan anlayır ki, həmin insan narkobarondur. Üstəlik, bu narkobaron Meksika prezidentliyinə namizədin qızını qaçırdıqda iş Nicolas üçün daha ciddi rəng alır. CIA tərəfindən ziyarət edilən Nicolas-ı komedik hadisələr gözləyir.

Janr: komediya
IMDb: 7.6
Nümayiş tarixi: 2022
Rejissor: Tom Gormican
Rollarda: Nicolas Cage, Pedro Pascal, Tiffany Haddish

Treyler

2. Free Guy

Free Guy

Elmi fantastika və komediyanı birləşdirən bu unikal filmdə bank işçisi Guy-un açıq dünya oyunu olan “Free City”nin içində olduğunu anlamasından bəhs olunur. Hər şeyin sadəcə bir oyun olduğunu öyrənən Guy rəngsiz həyatını hərəkətə gətirərək öz hekayəsini yazmaq qərarına gəlir.

Janr: macəra, komediya
IMDb: 7.2
Nümayiş tarixi: 2021
Rejissor: Shawn Levy
Rollarda: Ryan Reynolds, Jodie Comer Lil, Rel Howery

Treyler

3. The Boss Baby: Family Busines

The Boss Baby: Family Busines

Animasiya janrında olan bu filmdə super zəkalı körpə Tina gördüyü işlərlə hər kəsi təəccübləndirir. Ailənin ağıllı qızı Tabitha-nın oxuduğu məktəbdə qəribə hadisələrin baş verdiyini anlayan Tina həqiqəti üzə çıxarmaq üçün macəraya atılır.

Janr: animasiya, komediya, ailə
IMDb: 5.9
Nümayiş tarixi: 2021
Rejissor: Tom McGrath
Rollarda: Alec Baldwin, James Marsden, Amy Sedaris

Treyler

4. Yes Day

Yes Day

“Yes Day” filmində iki uşaq anası Allison Torres adlı sərt qaydaları olan qadının və ailəsinin macəralarını izləyirik. Ailəsi üçün darıxdırıcı bir xarakter olan Allison bu vəziyyəti dəyişmək istəyir və ilin bir gününü "Hər şeyə bəli" günü elan edir. Hər kəs bu oyuna razı oolduqda ortaya komedik olaylar çıxır.

Janr: ailə, komediya
IMDb: 5.7
Nümayiş tarixi: 2021
Rejissor: Miguel Arteta
Rollarda: Jennifer Garner, Édgar Ramírez, Jenna Ortega

Treyler

5. Dolittle

Dolittle

Filmdə Dr. John yaşadığı ağır illərdən sonra qabığından çıxaraq ölkənin gənc kraliçasını sağaltmağa çalışır. Bu prosesdə onların ən böyük köməkçiləri qorilla, ördək dəvəquşu, qütb ayısı və ağıllı tutuquşu olacaq.

Janr: ailə, komediya
IMDb: 5.6
Nümayiş tarixi: 2020
Rejissor: Stephen Gaghan
Rollarda: Robert Downey Jr., Antonio Banderas, Jessie Buckley

Treyler

6. Love Wedding Repeat

Love Wedding Repeat

Evlilik və sevgi haqqında ən yaxşı komediya filmlərindən biri olan “Love Wedding Repeat”da bacısının toyunda itirdiyi keçmiş sevgilisini geri qaytarmaq istəyən kişinin hekayəsini izləyirik. Onun kiçik bir səhvi toyun taleyini dəyişir.

Janr: romantika, komediya
IMDb: 5.5
Nümayiş tarixi: 2020
Rejissor: Dean Craig

Rollarda: Sam Claflin, Olivia Munn, Freida Pinto

Treyler

7. Wrong Missy

Wrong Missy

Netflix-in 2020-ci ildə tamaşaçılara təqdim etdiyi bu filmdə maraqlı və əyləncəli hadisələr öz əksini tapıb. Yenicə tanış olduğu Missy adlı iki qadını bir-biriylə səhv salan Tim Morris şirkət tətilinə gözəl Missy ilə getmək istəsə də, hər şey tərsinə olur.

Janr: romantika, komediya
IMDb: 5.7
Nümayiş tarixi: 2020
Rejissor: Tyler Spindel
Rollarda: David Spade, Lauren Lapkus, Nick Swardson

Treyler

8. Booksmart

Booksmart

Filmdə məktəb illərini çətinlik içində keçirən iki yaxın dost indi əylənmək vaxtının gəldiyini düşünərək 4 illik əyləncəni bir gecədə yaşamağa hazırlaşırlar.

Janr: komediya
IMDb: 7.2
Nümayiş tarixi: 2019
Rejissor: Olivia Wilde
Rollarda: Kaitlyn Dever, Beanie Feldstein, Skyler Gisondo

Treyler

9. Once Upon A Time Hollywood

Once Upon A Time Hollywood

Bir vaxtlar Qərb seriallarında çəkilmiş Rick Dalton və onun dublyoru Cliff Booth-un Hollivud filmlərinə girmək cəhdlərindən bəhs edən filmdə əyləncəli səhnələr sizi gözləyir. Yaşlanan ikili Hollivudun xəyal dünyasına düşsələr də, o qapıdan keçmək üçün çox çalışmalı olurlar.

Janr: dram, komediya
IMDb: 7.6
Nümayiş tarixi: 2019
Rejissor: Quentin Tarantino
Rollarda: Leonardo Di Caprio, Brad Pitt, Margot Robbie

Treyler

10. I am not an Easy Man

I am not an Easy Man

Film qadınlara qarşı amansız olan Damien adlı kişinin macəralarından bəhs edir. Ömrünü qadınları aldatmaqla keçirən Damien bir anda qadın hegemonluğunun hökm sürdüyü bir dünyada oyanır. Bu oyanış komedik hadisələrə və Demienin qadınları dəyərləndirməsinə səbəb olacaq.

Janr: romantika, komediya
IMDb: 6.4
Nümayiş tarixi: 2019
Rejissor: Eléonore Pourriat
Rollarda: Vincent Elbaz, Marie –Sophie Ferdane, Pierre Bénézit

Treyler

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
2
emotion
1
emotion
0
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
10 ay əvvəl
5655 dəfə oxundu
ilk.az-çılar nə deyir?