Sinemanın ən populyar və ən çox sevilən filmlərindən biri də qorxu filmləridir. Gecənizə qorxu əlavə etmək və boş vaxtlarınızda təsirli bir film izləmək üçün bir qorxu filmi seçə bilərsiniz. Qorxu filmi sevənlər üçün yüksək IMDB reytinqli qorxu filmlərini bir araya gətirdik.

9. "Braid"


Rejissor: Mitzi Peyrone
Aktyorlar: Madelin Brever, İmogen Voternauz, Sarah Hey
IMDB: 5,3

Mitzi Peyronenin ilk uzun metrajlı filmi olan "Braid" rəngli, coşğulu və əslində əyləncəli filmdir. Uşaqlıq dostları olan 3 qızdan 2-si varlı olanın evini qarət etməyə qərar verirlər. Uşaqkən oynadıqları oyunu oynamaq bəhanəsiylə rəfiqələrinin evinə gedən qızlar heç də istədiklərini edə bilmirlər. Hallusinasiyalarla zəngin olaylar yaşanır.

8. "Climax"


Rejissor: Qaspar Noy
Aktyorlar: Sofiya Butella, Romein Gillermik, Suheyla Yakub
IMDB balı: 7,2

Filmin sujeti 90-cı illərdən bəhs edir. Fransadakı rəqs klubunun 20 rəqqası meşədəki məktəbdə bir araya gəlir. Təşkil edilən yığıncaqda işlər qarışır, qəribə hal alır. Film ilk dəfə 71-ci Kann festivalında nümayiş olunub.

7. "Hagazussa": Kafirin lənəti


Rejissor: Lukas Fiqelfeld
Aktyor: Heymon Mariya Battinger
IMDB balı: 5,9

"Hagazussa" uzun müddətdir izləyicilərini heyrətləndirir. Olbrun adlı qadından bəhs olunan filmdə Olbrun anasının ölümündən sonra yetim qalıb və çətin şəraitdə yaşayır. Dağ kəndində böyüyən Olbrun yerli ruhanilərin amansız təzyiqinə məruz qalır. Qadın ona zülm edənlərlə mübarizə aparır.

6. "Quyu" (The Hole in the Ground)


Rejissor: Li Kronin
Aktyorlar: Seana Kersleyk, Ceyms Kuin Marki, Keyti Outinen
IMDB balı: 5,7

Sarah yerin dərinliklərindən gəldiyinə inandığını bir qüvvənin oğlunu ələ keçirdiyini düşünür. Oğlü Krisi də götürüb kənddə məskunlaşır. Evin arxasındakı meşədə yürüşə çıxdıqları zaman Kris itir. Oğlunu axtararkən böyük bir quyu görən Sarah daha sonra oğlunu sağ-salamat tapır. Krid bir müddət sonra qəribə davranışlar sərgiləyir. Oğlunu qorumaq istəyən qadın qəribə olaylarla rastlaşır.

5. "I trapped the Devil"


Rejissor: Coş Lobo
Aktyorlar: Eycey Brovn, Syüzan Bürkə, Skott Doythris
IMDB balı: 4,7

Yeni ildə ailə toplaşır. Met və arvadı Keyrn Metin uzun müddətdir görüşmədiyi qardaşı Stivi ziyarət edirlər. Bu zaman onları əsl macəra gözləyir. Ərlə arvad Stivin bir şəxsi girov götürdüyünü görürlər. Stiv həmin adamın "şeytan" olduğuna inanır.

4. "Ürəkdəki bıçaq" (Knife Heart)


Rejissor: Yan Qonzalez
Aktyorlar: Vanessa Paradis, Keyt Moran, Nikolas Mauri
IMDB balı: 6,0

Yan Qonzalezin ikinci böyük filmi olan "Knife Heart"-da parisli porno film prodüserinin qaranlıq və qəribə həyatından bəhs olunur. Filmdəki musiqilər "M83" qrupuna aiddir.

3. "Level 16"


Rejissor: Danişka Esterhezi
Aktyorlar: Keti Duqlas, Selinz Martin, Sara Kanninq
IMDB balı: 5,8

Vestalis akademiyası həbsxananı xatırladan məktəbdir. 16 yaşlı Vivyen Rəfiqəsi Sofiya ilə birlikdə Vestalisdə qalma səbəblərini axtararkən qəribə hadisələr yaşanır.

2. "The Perfection"


Rejissor: Riçard Şepard
Aktyorlar: Alison Vilyams, Loqan Brovninq, Alayna Hofman
IMDB balı: 6,2

Musiqiçi olan Çarlotta xəstə anasına baxmaq üçün öz həyatını arxa plana qoyur. Sənətdən uzaqlaşır. Uzun illər sonra keçmiş həmkarlarıyla görüşür. Lizziylə tanış olur. Lizzi Çarlottanın olmaq istədiyi pillədədir. Onların dostluğu fərqli nəticələr yaradır.

1. "Us"


Rejissor: Cordan Pele
Aktyorlar: Lupita Nyonqo, Vinston Dyuk, Elizabet Moss
IMDB balı: 7,1

Filmdə bir ailə özlərinə çox bənzəyən dəvətsiz qonaqlarla ölüm-dirim mübarizəsi aparır. İkı uşaqlı Adeleyde və Geyb cütlüyü sahil kənarındakı evlərinə tətilə gedirlər. Adeleyde keçmişdə yaşadığı travma səbəbiylə paranoyak olur. Bu zaman evlərinə 4 şəxsin hücum etməsiylə şoka düşürlər. Hücum edənlər demək olar ki, onların eynisidir.