Almaniya rejissorlarının çəkdiyi ən gözəl filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

20. Mein Führer - Die wirklich wahrste Wahrheit über Adolf Hitler (2007) – IMDb: 5.


Almaniya II Dünya müharibəsində məğlub olmaqdadır. Hitlerin generalları bu vəziyyətdən çıxış yolu axtarırlar. Ən yaxşı həll yolunu Hitlerin sağ qolu olan Təbliğat naziri Joseph Goebbels tapır. Adolf Hitler səhnə dərsləri alacaq və xalqa yaxşı bir mühazirə oxuyacaq. Hitlerə ən yaxşı şəkildə dərs verə bilən insan Aldol Grünbaum adlı bir yəhudidir. Onu bunu istəməsə də, sonda razılaşır. Dərslər qısa müddətdə Hitler üçün psixoanalizə çevrilir.

Rollarda: Ulrich Mühe, Lars Rudolph, Udo Kroschwald
Janr: Dram, Komediya, Müharibə
Rejissor: Dani Levy

[trailer]https://www.youtube.com/watch?v=dOrHmivPEhk[/trailer]

19. Collide (2016) – IMDb: 5.7


Uğursuz bir soyğunçuluqdan sonra Casey Stein özünü amansız bir mafiya lideri Hagendən qaçarkən tapır. Casey ümidsizliyə qapılaraq keçmiş patronu və narkotik alverçisi Geranı axtarır. Ondan uzun müddət birlikdə olduğu Juliettanı qorumağını xahiş edir. Casey özünü və sevgilisini Hagendən qoruya bilirmi?

Baş rollarda: Nicholas Hoult, Felicity Jones, Anthony Hopkins
Janr: Aksion, Triller
Rejissor: Eran Creevy

[trailer]https://www.youtube.com/watch?v=p7yt_t3nZKA[/trailer]

18. The Aftermath (2019) – IMDb: 6.3


Almaniya II Dünya Müharibəsindən sonra yaralarını sağaltmağa çalışır. Rachael Morgan adlı qadın soyuq bir qış günündə xarabalığı xatırladan Hamburq şəhərinə gəlir. Rachaelin Lewis adlı ingilis əri var. Cütlük yeni həyatına köklənməyə çalışarkən, Lewis həlledici bir qərar verir. Yaşadıqları yeri evin əvvəlki sahibləri ilə bölüşürlər. Bəs bu dörd fərqli insan müharibə kölgəsində necə birgə yaşayacaq?

Baş rollarda: Keira Knightley, Jason Clarke, Alexander Skarsgård
Janr: Dram, Romantik
Rejissor: James Kent

[trailer]https://www.youtube.com/watch?v=FPv3e2FZOgo[/trailer]

17. Isi & Ossi (2020) – IMDb: 6.4


Isi və Ossi, fərqli həyat tərzinə sahib iki gəncdir. Isi varlı bir ailənin qızıdır və aşpaz olmağa can atır. Ossi isə boksçu olmaq istəyir. Bir gün onların yolu kəsişir. Bir-birlərinin fərqlərindən istifadə edə biləcəklərini düşünən gənclər sevgililər kimi davranmağa qərar verirlər. Ancaq bu saxta sevgi get-gedə həqiqi sevgiyə çevrilir.

Baş rollarda: Lisa Vicari, Dennis Mojen, Langston Uibel
Janr: Komediya, Romantik
Rejissor: Oliver Kienle

[trailer]https://www.youtube.com/watch?v=7WUv_c3aSb4[/trailer]

16. Unknown (2011) – IMDb: 6.8


Dr. Martin Harris konfrans üçün Berlinə gəlir. Ancaq Dr. Martin burada yol qəzası keçirir. Martin qəzadan sonra şəhərə gəldiyi arvadının onu tanımadığına şahid olur. Ən əsası onun yerini başqası alıb. Harris təqib olunduğunu hiss edir və heç tanımadığı xarici ölkəyə qaçır. Harris bu vəziyyəti bir an əvvəl həll etməlidir.

Baş rollarda: Liam Neeson, Diane Kruger, January Jones
Janr: Aksion, Triller
Rejissor: Jaume Collet-Serra

[trailer]https://www.youtube.com/watch?v=vSXUgkCjdBM[/trailer]

15. Hanna (2011) - IMDb: 6.8


16 yaşlı Hanna çox ağıllıdır. Atası Erikə çox sadiq olan Hanna, Finlandiyanın şimalındakı cəngəlliklərdə sui-qəsdçi kimi böyüdülüb. Erik keçmiş CIA agentidir və Hannanı özü yetişdirib. Hanna bu səbəbdən yaşıdlarından çox fərqlənir. Bir gün Hanna ilk sui-qəsdi üçün Avropaya göndərilir. Ancaq burada hər şey başqa cür olur. Erik qızının geri dönməz bir nöqtədə olduğunu başa düşür.

Baş rollarda: Saoirse Ronan, Eric Bana, Vicky Krieps
Janr: Dram, Triller
Rejissor: Joe Wright

[trailer]https://www.youtube.com/watch?v=u73CLdHpbNk[/trailer]

14. A Most Wanted Man (2014) – IMDb: 6.8


Yarı çeçen və yarı rus olan bir adam qanunsuz olaraq Hamburqa gəlir. Bu adam bir şeydən qaçarkən özünü şəhərin müsəlman məhəllələrindən birində qaçqın kimi tapır. Tür ailə onu qonaq qəbul edir. Qısa müddətdən sonra evə çağırılmamış qonaqlar gəlir və hər şey daha da pisləşir. Bu vəziyyət ailəni narahat etməyə başlayır. Alman gizli xidmətinin lideri bütün bu hadisələri izləyir və nələrin baş verdiyini anlamağa çalışır.

Baş rollarda: Philip Seymour Hoffman, Rachel McAdams, Grigoriy Dobrygin
Janr: Triller, Detektiv
Rejissor: Anton Corbijn

[trailer]https://www.youtube.com/watch?v=OUyYBrlF_W8[/trailer]

13. In the Fade (2017) – IMDb: 7.1


Katja partlayış zamanı əri Nuri və 6 yaşlı oğlunu itirir. Əsas məqsədi bu hadisənin günahkarını tapmaqdır. Bunun üçün məhkəməyə müraciət edən Katja, hadisənin arxasındakı dəlillərin Neo-Nasistləri göstərdiyini öyrənir. Ancaq məhkəmə dəlil çatışmazlığı səbəbiylə şübhəliləri cəzalandırmır. Katja ədaləti öz bildiyi tərzdə bərqərar etmək üçün mübarizəyə başlayır.

Baş rollarda: Diane Kruger, Denis Moschitto, Numan Acar
Janr: Dram, Triller
Rejissor: Fatih Akın

[trailer]https://www.youtube.com/watch?v=EQwcl9f21iU[/trailer]

12. Bridge of Spies (2015) – IMDb: 7.6


Film bir vəkilin özünü iki böyük güc arasında tapmasından bəhs edir. Hadisələr soyuq müharibə dövrünün ən şiddətli vaxtlarında baş verir. Amerikalı U-2 pilotu SSRİ tərəfindən əsir götürülür. CIA bu əsir pilotu xilas etmək üçün vəkil tutur. Vəkilə verilən bu vəzifə çox təhlükəli və çətindir.

Baş rollarda: Tom Hanks, Mark Rylance, Scott Shepherd
Janr: Triller, Dram, Tarixi
Rejissor: Steven Spielberg

[trailer]https://www.youtube.com/watch?v=mBBuzHrZBro[/trailer]

11. Victoria (2015) – IMDb: 7.6


Victoria Berlinə yeni köçmüş və buradakı həyata alışmağa çalışan gənc qızdır. Bir gün Victoria gecə klubunda dostları ilə əylənən Sonne ilə tanış olur. İkisi arasında güclü bir cazibə yaranır, amma ödənilməmiş borc səbəbiylə işlər tamamilə fərqli bir nöqtəyə sürüklənir. ictoria Sonne və dostlarına kömək etmək istəyir.

Baş rollarda: Laia Costa, Frederick Lau, Franz Rogowski
Janr: Triller, Dram
Rejissor: Sebastian Schipper

[trailer]https://www.youtube.com/watch?v=aD5wHiqMduE[/trailer]

10. Sophie Scholl (2005) – IMDb: 7.6



Bu film Almaniyanın ən məşhur anti-nasist qadın qəhrəmanından bəhs edir. Sophie Scholl, Ağ Gül adlı bir tələbə müqavimət qrupunun qorxmaz fəallarından biridir. Filmdə Sophienin məktəbdəki son altı günü təsvir olunur. Sophie, Gestapo tərəfindən sorğuya alınır, ancaq bu sorğuiradə müharibəsinə çevrilir.

Baş rollarda: Julia Jentsch, Fabian Hinrichs, Johanna Gastdorf
Janr: Dram, Tarixi, Bioqrafik
Rejissor: Marc Rothemund

[trailer]https://www.youtube.com/watch?v=XM5A4ETW_Io[/trailer]

9. Die Welle (2008) - IMDb: 7.6


Rainer Wegner enerjili və xarizmatik müəllimdir. Ancaq Rainerin tələbələri çox maraqsızdırlar. Rainer bunu öyrənmək üçün bir sınaq keçirməyə qərar verir. Rainer şagirdlərdən onu lider kimi görmələrini xahiş edir. O, "İntizamla güc" şüarını seçərək bir loqo yaradır. "The Wave" adı verilən qrup üzvləri birliyin gücündən istifadə etməyə başlayırlar.

Baş rollarda: Jürgen Vogel, Frederick Lau, Max Riemelt Janr: Dram, Detektiv Rejissor: Dennis Gansel

Baş rollarda: Jürgen Vogel, Frederick Lau, Max Riemelt
Janr: Dram, Detektiv
Rejissor: Dennis Gansel

[trailer]https://www.youtube.com/watch?v=qkztDM5ukbw[/trailer]

8. Christiane F. - Wir Kinder vom Bahnhof Zoo (1981) – IMDb: 7.6


Filmdə Alman Stern jurnalının 1974-cü ildə narkotik istifadəçisi olan 14 yaşlı bir qızla müsahibəsi öz əksini tapıb. Film 70-ci illərdə Berlində uşaqların narkotikdən təsirlənmiş həyatından bəhs edir.

Baş rollarda: Natja Brunckhorst, Eberhard Auriga, Peggy Bussieck
Janr: Bioqrafik, Dram
Rejissor: Uli Edel

[trailer]https://www.youtube.com/watch?v=kgAfjw3Op5Q[/trailer]

7. Das Experiment (2001) – IMDb: 7.7

Alimlər insanların instinktlərini ölçmək üçün bir təcrübə aparmağa qərar verirlər. Bu təcrübəyə görə, insanlar 8 gözətçi və 12 məhbus kimi saxta bir həbsxanaya aparılır. Əvvəlcə hər şey oyun kimi başlayır. Ancaq sonra işlər ciddiləşir və pul üçün ora gedən 20 nəfər rollarına özlərini inandırırlar. Alimlər bu lazımsız təcrübəyə nəzarəti itirirlər.

Baş rollarda: Moritz Bleibtreu, Christian Berkel, Oliver Stokowski
Janr: Triller
Rejissor: Oliver Hirschbiegel

[trailer]https://www.youtube.com/watch?v=uaOO8QuL9DI[/trailer]

6. Good Bye, Lenin! (2003) – IMDb: 7.7


Şərqi Almaniyada yaşayan Alexin anası 1989-cu ildə komaya düşür. 8 ay komada qalan Christiane xarici dünyadan bixəbərdir. O ayıldıqd artıq Berlin divarları dağıdılıb və kapitalizm Şərqi Almaniyaya yayılıb. Alex anasının sağlamlıq vəziyyətinə görə bu hadisələri gizlətməyə qərar verir.

Baş rollarda: Daniel Brühl, Katrin Sass, Chulpan Khamatova
Janr: Dram, Komediya
Rejissor: Wolfgang Becker

[trailer]https://www.youtube.com/watch?v=mIjSaHUKD5I[/trailer]

5. The White Ribbon (2009) – IMDb: 7.8


Birinci Dünya Müharibəsindən əvvəl Şimali Almaniyanın Protestant kəndində baş verən hadisələr lentə alınıb. Bu kəndin məktəbinin şagirdlərinə fövqəladə cəzalar verilir. Film din, ənənə, təhsil və məsumiyyətin kəndin sosial tarazlığına təsirlərindən bəhs edir. Bundan əlavə, filmdə faşizmdə təhsilin yeri ayrıca araşdırılıb.

Baş rollarda: Christian Friedel, Ernst Jacobi, Leonie Benesch
Janr: Dram
Rejissor: Michael Haneke

[trailer]https://www.youtube.com/watch?v=5PRyub_W1_0[/trailer]

4. Gegen die Wand (2004) – IMDb: 7.9


40 yaşlı Cahit psixoloji cəhətdən çətin vəziyyətdədir və intihara cəhd edib. Həm içki, həm də narkotik aludəçisi olan Cahit, psixiatrından həyatda tuta biləcəyi bir dünyagörüşü qazanıb. Cahit yeni bir həyata başlamaq istəyir. Sibel isə ailə təzyiqlərinə görə intihara cəhd edən gənc və gözəl bir qadındır. Sibel Cahitlə evlənmək istəyir. Onlar ikinci şanslarından yaxşı şəkildə yararlanmağa çalışırlar.

Baş rollarda: Birol Ünel, Sibel Kekilli, Catrin Striebeck
Janr: Dram, Romantik
Rejissor: Fatih Akın

[trailer]https://www.youtube.com/watch?v=OoEskub6VdY[/trailer]

3. Der Himmel Über Berlin (1987) – IMDb: 8.0


Hadisələr film müharibədən sonrakı vəziyyətlə modernizmin qarışıq olduğu Berlində baş verir. Damiel və Cassies adlı iki mələk bütün tənha və depressiyalı ruhlara kömək əlini uzadır. Bu mələklər şəhərin yaşadığı böyük dağıntıların şahidi olublar və və insanlara hər sahədə kömək edirlər.Onları gözlə görmək olmasa da, bəzi uşaqların gözünə görünürlər. Bir gün Damiel Mariona aşiq olur və onun kimi insan olmaq istəyir.

Baş rollarda: Bruno Ganz, Solveig Dommartin, Otto Sander
Janr: Dram, Fantaziya, Romantika
Rejissor: Wim Wenders

[trailer]https://www.youtube.com/watch?v=_Zih4o6NLCc[/trailer]

2. Der Untergang (2004) - IMDb: 8.2


Filmə Hitlerin xüsusi katibi Traudl Jungenin pəncərəsindən baxacağıq. Bu film Adolf Hitlerin son günlərindən bəhs edir. Almaniya II Dünya Müharibəsində məğlub olub və Berlin indi işğal edilmiş bir şəhərdir. Lakin Hitler şəhəri tərk etməkdən imtina edir. Fürer məğlubiyyəti qəbul etmir və düşmənə təslim olmur. Hitler Eva Brown ilə evlənir və onunla birlikdə intihar edir. Faşist Goebels başçıya sadiqliyini göstərmək üçün əvvəlcə uşaqlarını, sonra isə özünü öldürür.

Baş rollarda: Bruno Ganz, Alexandra Maria Lara, Rolf Kanies
Janr: Dram, Tarixi, Bioqrafik
Rejissor: Oliver Hirschbiegel

[trailer]https://www.youtube.com/watch?v=U7AGbgzfXis[/trailer]

1. Das Leben der Anderen (2006) - IMDb: 8.4


Film bir hökumətin suverenliyini qorumaq üçün ölkənin hər yerində qurduğu kəşfiyyat xidməti və burada çalışan bir insanın başına gələn olaylardan bəhs edir. Kapitan Gerd Wiesler bu xidmətdə mühüm yer tutur və ona bir sənətçini izləmək tapşırığı verilir. Kapitan Wiesler izlədiyi bu adamın iqtidara qarşı olmadığını və burada məqsədin fərqli olduğunu başa düşür. Onlar get-gedə dostlaşırlar.

Baş rollarda: Ulrich Mühe, Sebastian Koch, Martina Gedeck
Janr: Dram, Triller
Rejissor: Florian Henckel von Donnersmarck

[trailer]https://www.youtube.com/watch?v=n3_iLOp6IhM[/trailer]