Ən yaxşı elmi-fantastik janrda çəkilən filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

1. Tenet (2020) - IMDb: 7,6


Dünyanı xilas etmək üçün zamanın hüdudlarında döyüşən bir gəncdən bəhs olunur. Christopher Nolanın ən yaxşı filmlərindən biri hesab olunur.

Janr: elmi-fantastik

Rejissor: Christopher Nolan
Rollarda: John David Washington, Kenneth Branagh, Robert Pattinson.

[trailer]https://youtu.be/OBawdbFF7M8[/trailer]

2. Project Power (2020) - IMDb: 6


Ölkədə sürətlə yayılan və istifadəçilərə super güclər qazandıran sintetik həb şəhərləri xaosa sürükləyir. Keçmiş əsgər, polis və kiçik bir qız bu həblə mübarizəyə başlayırlar. Bu üçlük həbin istehsalının dayandırılması üçün əllərindən gələni edirlər.

Janr: cinayət, elmi-fantastik
Rejissor: Henry Joost
Rollarda: Jamie Foxx, Joseph Gordon Levitt.

[trailer]https://youtu.be/xw1vQgVaYNQ[/trailer]

3. Time To Hunt (2020) - IMDb: 6,3


Filmdə distopik dünyada yaşayan 3 gənc cənnət deyilən yerə gedə bilmək üçün soyğun planı hazırlayırlar. Ancaq qarşılarına çıxan silsilə qatilə görə bu plan alınmır.

Janr: dram, cinayət, elmi-fantastik
Rejissor: Sung hyun Yoon
Rollarda: Lee Jehoon, Jae Hong Ahn, Choi Woo Sik.

[trailer]https://youtu.be/1qFSdKY2wvk[/trailer]

4.The Invisible Man (2020) - IMDb: 7,1


Gənc qadın elm adamı olan keçmiş sevgilisinin şiddət və təzyiqindən qaçmağa çalışır. Bunlardan qurtulmaq üçün qardaş-bacılarının yanına gedən Cecilia, burada da rahatlıq tapmır. Keçmiş sevgilisi ondan əl çəkmir.

Janr: fantastik, qorxu
Rejissor: Leigh Whannell
Rollarda: Elisabeth Moss, Oliver Jackson-Cohen, Harriet Dyer.

[trailer]https://youtu.be/fNT_Hs_YWA0[/trailer]

5. The Platform (2019) - IMDb: 7


İnsanları təcrübələr üçün çoxqatlı həbsxanaya salırlar. Həbsxanada yeməklər yuxarıdan aşağıya doğru platforma ilə enir. Yuxarıdakılar istədiklərini yeyir, aşağıdakılar isə aclıqla mübarizə aparır. Gənc bir adam bu sistemi düzəltmək üçün çalışır.

Janr: psixoloji, elmi-fantastik
Rejissor: Galder Gazte
Rollarda: Ivan Massague, Zorion Eguilear.

[trailer]https://youtu.be/vVY-zUfFmo0[/trailer]

6. I am Mother (2019) - IMDb: 6,7



Robot tərəfindən böyüdülmüş gənc qızın anası ilə tanışlığından bəhs olunur. Dünyanı idarə edənlər insanları aldatmaqla gücü ələ alırlar və bu durum böyük müharibəyə yol açır. Bir ailə darmını da tamaşaçılara çatdıran filmi izləməyiniz tövsiyə olunur.

Janr: dram, elmi-fantastik
Rejissor: Grant Sputore
Rollarda: Clara Rugaard, Hilary Swank, Rose Byrne.

[trailer]https://youtu.be/sSHizboETjg[/trailer]

7. In the Shadow of the Mean (2019) - IMDb: 6,2


İnanılmaz cinayətlər törədən silsilə qatil və onu tutmaq üçün səy göstərən polisdən bəhs olunur. 9 ildən bir ortaya çıxan qatil bir çox cinayət törədib. Onu ələ keçirməyə çalışan polis bu cinayətlərdən az qala ağlını itirir.

Janr: triller
Rejissor: Jim Mickle
Rollarda: Michael C. Hall, Boyd Holbrook, Cleopatra Coleman.

[trailer]https://youtu.be/0LOkZVS6wa0[/trailer]

8. Code 8 (2019) - IMDb: 6,1


İnsanların super güclərə malik olduğu dünyada yaşayan gənc bir adam anasının xəstəliyinə çarə tapmaq üçün super gücündən istifadə edir. Ancaq bu, güman etdiyi qədər də asan deyil.

Janr: cinayət, elmi-fantastik
Rejissor: Jeff Chan
Rollarda: Robbie Amell, Stephen Amell, Sung Kang.

[trailer]https://youtu.be/hfQ10VJ-vxw[/trailer]

9. Shutter Island (2010) - IMDb: 8.2


Dungeon Island, Martin Scorsese'nin bir çox filmi kimi, hələ də bir şedevrdir. Filmdə Teddy Daniels və Chuck Aule adlı iki polis məmuru Rachel Solando adlı ruhi xəstənin yoxa çıxmasından sonra təhlükəli ruhi xəstələrin müalicə olunduğu Shutter Island adlanan ərazidə yerləşən Ashecliffe Xəstəxanasına gedərək araşdırma aparır və sonrakı sirli hadisələr.

Rejissor: Martin Scorsese
Yazıçılar: Laeta Kalogridis (ssenari) Dennis Lehane (roman)
Rollarda: Leonardo DiCaprio, Emily Mortimer, Mark Ruffalo

[trailer]https://youtu.be/KjVMuQXJNd0[/trailer]

10. Ad Astra (2019) - IMDb: 6,5



Astronavt Roy McBride illər əvvəl kosmosda itirdiyi atasını qalaktikada tapmaq üçün kosmosa səyahət edir. Bu zaman dünya üçün böyük fəlakət başlayacağını öyrənir. Film maraqlı səhnələri ilə diqqət çəkir.

Janr: dram, elmi-fantastik
Rejissor: James Gray
Rollarda: Brad Pitt, Tommy Lee Jones, Ruth Negga.

[trailer]https://youtu.be/P6AaSMfXHbA[/trailer]

11. The Martian (2015) - IMDb: 8


Marsa xüsusi tapşırıq üçün göndərilən və baş verən fırtına nəticəsində öldüyü zənn edilən Mark Watneyin başına gələnləri əks etdirir. Watney ağlı və dayanıqlığı ilə həyatda qala bilir və dünyaya davamlı olaraq siqnal göndərməyə çalışır. NASA-dakı dostları onu xilas etmək üçün hərəkətə keçirlər.

Janr: elmi-fantastik
Rejissor: Ridley Scott
Rollarda: Matt Damon, Jessica Chastain, Kristen Wiig.

[trailer]https://youtu.be/XxxA8HUY6fg[/trailer]

12. Rise of the Planet of the Apes (2011) - IMDb: 7,6



Genetika mühəndislərinin çalışmaları nəticəsində meymunlarının beyinlərinin inkişaf etdirilməsi və meymunların insanlar üzərində üstünlük qurmaları üçün apardıqları mübarizədən bəhs olunur.

Janr: macəra, elmi-fantastik
Rejissor: Matt Reeves
Rollarda: Andy Serkis, Woody Harrelson, Steve Zahn.

[trailer]https://youtu.be/T3tidwW1gGM[/trailer]

13. Promethous (2012) - IMDb: 7



İnsanlığın kökünün haraya getdiyini araşdıran komandadan bəhs olunur. Komanda üzvləri bu araşdırma zamanı dünyanın sonuna səbəb ola biləcək bir şey tapır. Onlar insan irqini bu təhlükədən qorumağa çalışırlar.

Janr: qorxu, elmi-fantastik
Rejissor: Ridley Scott
Rollarda: Noomi Rapace, Michael Fassbender, Charlize Theron.

[trailer]https://youtu.be/9PjFUAs6Vis/trailer]

14. Snowpiercer (2014) - IMDb: 7,1


Filmdə insanlığı məhv edə biləcək qlobal istiləşmənin qarşısına almaq üçün uğursuz sınaqdan sonra buz dövrünə keçmək təsvir olunub. Sağ qalanlar Snowpiercer adlı qatarda yaşayırlar.

Janr: dram, elmi-fantastik
Rejissor: Bong Joon Ho
Rollarda: Chris Evans, Jamie Bell, Tilda Swinton.

[trailer]https://youtu.be/nX5PwfEMBM0[/trailer]

15. I am Legend (2007) IMDb: 7,2



Ən yaxşı elmi-fantastik filmlərindəndir. Hamı zombiyə çevrilib, Robert Neville isə bu virusa yoluxmayan yeganə insandır. O digər insanların sağ olub-olmadığını öyrənməyə çalışır. Filmi izləməyinizi tövsiyə edirik.

Janr: elmi-fantastik
Rejissor: Francis Lawrence
Rollarda: Will Smith, Alice Braga, Charlie Tahan.

[trailer]https://youtu.be/S4yq-ezorBI[/trailer]