II Dünya müharibəsi haqqında çəkilmiş ən yaxşı filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

1. Greyhound (2020) IMDb: 7



Filmdə II Dünya müharibəsi zamanı Almaniya sualtı qayıqlarından yayınıb Şimali Atlantikaya getməyə çalışan Greyhound-un başına bələnlər təsvir olunub. Gəminin heyəti həyatda qalmaq üçün gərgin mübarizə aparır.

Janr: dram, tarixi
Nümayiş tarixi: 2020
Rejissor: Aaron Schneider
Rollarda: Tom Hanks, Elisabeth Shue, Stephen Graham

[trailer]https://youtu.be/eyzxu26-Wqk[/trailer]

2. Midway



Filmdə ABŞ-Yaponiya gərginliyi və baş verən döyüşlər öz əksini tapıb. Sakit okean cəbhəsində amerikalıların necə üstünlük qazandığı diqqətə çatdırılıb.

Janr: tarixi, döyüş
Nümayiş tarixi: 2019
Rejissor: Roland Emmerich
Rollarda: Ed Skrein, Patrick Wilson, Woody Harrelson

[trailer]https://youtu.be/h7Z0yUYHgP8[/trailer]

3. Jojo Rabbit



Filmdə Hitlerin yaratdığı gənclik düşərgələrində yaşayan Jojo Betzler adlı uşağın macəralarından bəhs edilir. Anasının evdə yəhudi qızı gizlətdiyini öyrənən Jojo, nə edəcəyini bilmir.

Janr: dram, komediya
Nümayiş tarixi: 2019
Rejissor: Taika Waititi
Rollarda: Roman Griffin Davis, Thomasin McKenzie, Scarlett Johansson

[trailer]https://youtu.be/tL4McUzXfFI[/trailer]

4. Unbroken


Amerikalı atlet Louis Zamperinin müharibədə yaşadıği dramatik hadisələrdən bəhs edən filmdə onun əsirlikdə olduğu günlər öz əksini tapıb. Zamperini qəzaya düşən qayığın içində döyüş yoldaşları ilə həyatda qalmağa çalışır. Onları bir gəmi xilas etsə də, bu dəfə əsirliklə üzləşirlər.

Janr: dram, bioqrafiya
Nümayiş tarixi: 2014
Rejissor: Angelina Jolie
Rollarda: Jack O'Connell, Domhnail Gleeson, Garrett Hedlund

[trailer]https://youtu.be/5e9UuOFdN4k[/trailer]

5. The Painted Bird


Müharibə zamanı valideynləri tərəfindən tərk edilən uşağın başına gələnlər təsvir olunub. Kəndbəkənd gəzən uşaq hər yerdə insan vəhşiliklərinə şahidlik edir.

Janr: dram, müharibə
Nümayiş tarixi: 2019
Rejissor: Vaclav Marhoul
Rollarda: Stellan Skarsgard, Barry Pepper, Harvey Keitel

[trailer]https://youtu.be/Xz2g9nZBtoY[/traler]

6. Pearl Harbor


Film məşhur Pearl Harbor basqını əsnasında çəkilib. Baş rolları Ben Affleck və Josh Hartnett canlandırıb. Filmin rejissoru isə Michael Baydır.

Janr: darm, müharibə
Nümayiş tarixi: 2001
Rejissor: Michael Bay
Rollarda: Ben Affleck, Josh Hartnett, Kate Beckinsale

[trailer]https://youtu.be/6lIm06JOBtw[/trailer]

7. Valkyrie


Filmdə nasist general Claus Stauffenbergin Hitleri öldürmək planlarından bəhs olunur. Öz qeyri-adi səhnələri ilə diqqət çəkən filmi izləməyiniz tövsiyə olunur.

Janr: müharibə
Nümayiş tarixi: 2008
Rejissor: Bryan Singer
Rollarda: Tom Cruise, Carice van Houten, Bill Nighy

[trailer]https://youtu.be/3iojQ6Ao5WA[/trailer]

8. Defiance


Filmdə nasist işğalı altındakı Polşadan qaçan və həyatda qalmağa çalışan 3 yəhudi qardaşın hekayəsi əks olunub. Onlar yaşadıqları meşədə ruslarla birlikdə yeni yaşayış sahələri yaradırlar.

Janr: dram, tarixi
Nümayiş terixi: 2008
Rejissor: Edward Zwick
rollarda: Daniel Craig, Liev Schreiber, Jamie Beli

[trailer]https://youtu.be/n-9eUXSzZNk[/trailer]

9. Stalingrad



Filmdə döyüşdə uğur qazanmış almanların Stalinqradda çətin hava şərtləri və Qızıl Ordunun gücü qarşısında tədricən əldən düşməsi öz əksini tapıb. Öz təsirli səhnələriylə diqqət çəkən filmdə nasistlərin qanlı siyasətinə xidmət edən əsgərlərin içində insani keyfiyyətlərə malik olanların sayının heç də az olmadığı vurğulanıb.

Janr: dram, müharibə
Nümayiş tarixi: 1993
Rejissor: Joseph Vilsmaier
Rollarda: Dominique Horwitz, Thomas Kretschmann, Jochen Nickel

[trailer]https://youtu.be/fRbOx5OITP0[/trailer]

10. Fury


II Dünya müharibəsindən bəhs edən filmdə bir tank batareyasının hekayəsi nümayiş olunub. 5 nəfərdən ibarət dəstə zirehli tanklarla son tapşırıqları üçün yola çıxır. II Dünya müharibəsi ilə bağlı çəkilmiş ən yaxşı filmlərdən biridir.

Janr: dram, müharibə
Nümayiş tarixi: 2014
Rejissor: David Ayer
Rollarda: Brad Pitt, Shia LaBeouf, Logan Lerman

[trailer]https://youtu.be/DNHuK1rteF4[/trailer]

11. Enemy at the Gates


Stalinqrad döyüşlərində böyük şucaətlər göstərən Vasili Zaytsevi öldürmək üçün alman snayperə xüsusi tapşırıq verilir. Bu iki döyüşçü Stalinqrad küçələrində ölüm-qalım mübarizəsi aparırlar.

Janr: dram, triller, müharibə
Nümayiş tarixi: 2001
Rejissor: Jean Jacques Annaud
Rollarda: Jude Law, Rachel Weisz, Joseph Fiennes

[trailer]https://youtu.be/4O-sMh_DO6I[/trailer]

12. The Thin Red Line


Bu filmdə müharibənin təkcə silahlar və qandan ibarət olmadığı, əsgərlərin böyük əziyyət çəkdiyi nümayiş olunub. Ölümlə üz-üzə dayanan əsgərlərin yaşadığı həyəcan, stress, gərginlik tamaşaçıya çatdırılır.

Janr: dram, tarixi, müharibə
Nümayiş tarixi: 1998
Rejissor: Terrence Malick
Rollarda: Sean Penn, Jim Caviezel, Nick Nolte

[trailer]https://youtu.be/mKl5_OxKBn8[/trailer]

13. The Book Thief



Film 9 yaşında müharibənin sərt üzüylə qarşılaşan uşağın həyatından bəhs edir. Mənəvi atasıyla birlikdə yaşayan Meminger nasistlərdən qaçan Max sayəsində oxuyub-yazmağı öyrənir. O, kitab oğurlayaraq həm özünü, həm də xilaskarını pis dünyadan uzaq tutmağa çalışır.

Janr: dram, tarixi, müharibə
Nümayiş tarixi: 2013
Rejissor: Brian Percival
Rollarda: Geoffrey Rush, Emily Watson, Sophie Nelisse

[trailer]https://youtu.be/jlhnI67QFFU[/trailer]

14. Dunkirk


Film müharibənin taleyində mühüm rol oynayan hadisədən bəhs edir. Kiçik bir sahil şəhərində quruya çıxan ingilis və müttəfiq əsgərlər hücuma məruz qalır. Ön tərəfdə düşmən, arxada isə ucsuz-bucaqsız dəniz var. Onlar bu çətin vəziyyətdən çıxmağa çalışırlar.

Janr: dram, müharibə
Nümayiş tarixi: 2017
Rejissor: Christopher Nolan
Rollarda: Fionn Whitehead, Mark Rylance, Tom Hardr

[trailer]https://youtu.be/F-eMt3SrfFU[/trailet]

15. The Imitation Game


Nasistlərin "Engima" adlandırdığı şifrələmə cihazı böyük uğurla fəaliyyət göstərir. İngilislər bu cihaza giriş imkanları ilə müharibəni qazanacaqlarını düşünürlər və bu məqsədlə ən yaxşı riyaziyyatçıları bir yerə toplayırlar. Güclü zəkaya malik Alan Turing müharibənin taleyini dəyişdirən şəxslərdən biri olur.

Janr: dram, bioqrafik
Nümayiş tarixi: 2014
Rejissor: Morten Tyldum
Rollarda: Benedict Cumber-batch, Keira Knightley, Matthew Goodse

[trailer]https://youtu.be/nuPZUUED5uk[/trailer]

16. Hacksaw Ridge


II Dünya müharibəsində "Şərəf" ordeni alan azsaylı insanlardan biri olan Medic Desmond bu uğuru heç bir yara almadan əldə edir. Okinava döyüşündə iştirak edən Medic Desmond insan öldürməkdən imtina edir və tibb işçisi kimi fəaliyyətə başlayır. O, 75 insanın həyatını xilas edir.

Janr: dram, bioqrafiya
Nümayiş tarixi: 2016
Rejissor: Mel Gibson
Rollarda: Andrew Garfield, Vince Vaughn, Teresa Palmer

[trailer]https://youtu.be/s2-1hz1juBI[/trailer]

17. The Bridge on the Ruver Kwai


Müharibədə Yaponiya əsir düşərgəsində olan Colonel Nicholson və əsgərlərinin sağ olduqları öyrənilib. Yaponiya bölmələrinin komandanı Saito, Kvai çayı üzərində bir körpü inşa etdirmək istəyir. Körpünün tikintisi Colonel Nicholson və adamlarına tapşırılır.

Janr: dram, macəra
Nümayiş tarixi: 1957
Rejissor: David Lean
Rollarda: Alec Guinness, William Holden, Jack Hawkins

[trailer]https://youtu.be/SFMmJMNRv-Q[/trailer]

18. The Downfall



Adolf Hitlerin Berlindəki sığınacağındakı son günlərindən və Berlinin çökməsindən bəhs olunur. Hitlerin ətrafında böyük hərc-mərclik yaranır. Almaniya təslim olur və Hitler intihar edir.

Janr: müharibə
Nümayiş tarixi: 2004
Rejissor: Oliver Hirsch-biegel
Rollarda: Bruno Ganz, Alexandra Maria, Rolf Kanies

[trailer]https://youtu.be/28WgGCvicZc[/trailer]

19. Das Boot


Film müharibədə U-96 adlı Almaniya gəmisinin heyətindən bəhs edir. Alman dənizçilərin müharibədə çəkdikləri əziyyət göz önünə sərilir.

Janr: dram, macəra, müharibə
Nümayiş tarixi: 1981
Rejissor: Wolfgang Petersen
Rollarda: Jürgen Prochnow, Erwin Leder, Herbert Grönemeyer

[trailer]https://youtu.be/7pzKyeIex2Y[/trailer]

20. Come and See


Film1985-ci ildə keçmiş SSRİ-də çəkilib. Alman işğalı altındakı Belarusla Rusiyanın sərhədində bir gəncin partizanlara qoşulması təsvir olunub.

Janr: dram, müharibə
Nümayiş tarixi: 1985
Rejissor: Elem Klimov
Rollarda: Olga Mironova, Vladas Bagdonas, Juris Lumiste

[trailer]https://youtu.be/BcCbX1fqFKA[/trailer]

21. Inglouriorus Basterds


Filmin senarisi bir xeyli fərqlidir. Gözləri önündə ailə üzvləri qətlə yetirilən Shosanna öz həyatını qura bilmək üçün Parisə gedir. O, burada nasistlərlə mübarizə aparan komandir Raine ilə tanış olur. Bu tanışlıq Shosannaya ailəsinin intiqamını almağa kömək edir.

Janr: dram, aksiyon
Nümayiş tarixi: 2009
Rejissor: Quentin Tarantino
Rollarda: Brad Pitt, Melanie Laurent, Christoph Waltz

[trailer]https://youtu.be/KnrRy6kSFF0[/trailer]

22. The Pianist


Ən yaxşı müharibə filmlərindən biri hesab edilir. Szpilman yəhudi bir pianoçudur və Almaniyanın Polşanı işğal etiyi zaman əsir düşərgəsindən canını güclə qurtarır. O, küçələrdə səfil-sərkərdan həyat yaşayır. Yəhudilərin böyük soyqırıma məruz qaldığı filmdə öz əksini tapıb.

Janr: dram, bioqrafiya
Nümayiş tarixi: 2002
Rejissor: Roman Polanski
Rollarda: Adrien Brody, Thomas Kretschmann, Emilia Fox

[trailer]https://youtu.be/BFwGqLa_oAo[/trailer]

23. Life is Beautiful


Filmdə II Dünya müharibəsi zamanı oğlu ilə birlikdə yəhudi düşərgələrinə aparılan atanın dramatik hekayəsindən bəhs edir. Qeyri-adi və təsirli səhnələri olan filmi izləməyinizi tövsiyə edirik.

Janr:dram, bioqrafiya
Nümayiş tarixi: 1997
Rejissor: Roberto Benigni
Rollarda: Roberto Benigni, Horst Buchholz, Marisa Paredes

[trailer]https://youtu.be/Cq2IQvTjH0g[/trailer]

24. Saving Private Ryan


Müharibədə 3 oğlunu itirən ananın dördüncü oğlunu xilas etmək üçün səfərbər olan ABŞ ordusunun yeganə məqsədi əsgər Ryanı xilas etməkdir. Onlar bunun üçün böyük çətinlərlə üzləşməli olurlar.

Janr: dram, müharibə
Nümayiş tarixi: 1998
Rejissor: Steven Spielberg
Rollarda: Ryan Hurst, Tom Hanks, Tom Sizemore

[trailer]https://youtu.be/9CiW_DgxCnQ[/trailer]

25. Schindler's List


Oscar Schindler adlı alman iş adamının II Dünya muharibəsi zamanı 1100-ə yaxın yəhudini işə götürməsi filmdə əks olunub. Film olduqca məşhurdur.

Janr: dram, müharibə
Nümayiş tarixi: 1993
Rejissor: Steven Spielberg
Rollarda: Liam Neeson, Ben Kingsley, Ralph Fiennes

[trailer]https://youtu.be/gG22XNhtnoY[/trailer]