Qorxu filmi sevənlər belə bu filmləri böyük həyəcanla izləyirlər. Sizin üçün qısa araşdırma etdim.

Diqqət! Ürəyi zəif olanlara və qorxu filmi izləməyi sevməyənlərə məsləhətim məqalənin davamını oxumadan səhifədən çıxın.

1. "Martyrs" (2008)


"Martyrs" qorxu filmidir. Şiddət ifadə edən kadrlarla zəngindir. İki gənc qızın uşaqkən yaşadıqları təcavüzün intiqamını almaq istəmələrindən bəhs edir. 2015-ci ildə yenidən çəkilib.

"Martyrs" 2008-ci ildə Paskal Laugier tərəfindən yazılan və rejissorluq etdiyi Fransız-Kanada psixoloji qorxu filmidir. Fransa və Kanadanın beynəlxalq müştərək istehsalı olan film, müvafiq olaraq Mylène Jampanoï və Morjana Alaoui tərəfindən canlandırılan Lucie və Annadan bəhs edir.

[trailer]https://youtu.be/Icd9sddDMHY[/trailer]

2. "Bir sırp filmi" (2010)


Adından göründüyü kimi Serbiya istehsalıdır. Bir porno ulduzunun yaşadığı maliyyə problemləriylə başlayır. Ailəsinə dəstək olmaq üçün iyrənc işlərə girişir. Bu isə nekrofiliya, təcavüz və uşaq istismarıdır. Film bəzi ölkələrdə qadağan olunub.

[trailer]https://youtu.be/WmrEhR-zOsA[/trailer]

3. "Nekromantik" (1987)


Alman istehsalı olan film nekrofiliya, heyvan istismarı və qarışıq erotizmdən bəhs edir. Filmdə bir cütlük ölmüş insanların bədənləriylə cinsi əlaqəyə girir və növbəti səhnələrdə daha qarışıq vəziyyət yaranır.

Nekromantik 1987-ci ildə Nekrofiliya mövzusunda Qərbi Alman filmidir. Tərkibindəki narahatedici vizual elementlərə görə bəzi ölkələrdə nümayişi qadağandır. Qadağalara və tənqidlərə baxmayaraq, film bir kulta çevrildi və rejissoru Jörg Buttgereit-ə şöhrət gətirdi. Rejissor daha sonra verdiyi müsahibədə filmi alman reytinq sisteminə qarşı üsyan kimi çəkdiyini və məqsədinin insanları şoka salmaq olduğunu bildirib.

[trailer]https://youtu.be/JlQMhAka5BU[/trailer]

4. "Atroz" (2015)


"Atroz" ən qorxulu filmlərdən sayılır. Filmin mövzusu yol qəzasından sonra tutulan iki gənclə bağlıdır. Polisdə maşında qəribə video ilə rastlaşırlar. Videoda xəstə beyinə sahib qatillərin ürküdücü cinayətləri təsvir olunub.

[trailer]https://youtu.be/JTeWTn-DSj0[/trailer]

5. "Excision" (2012)


Filmin əsas obrazı fikirləri qarışmış məktəblidir. Anasının onunla qürur duymasını istədiyi üçün çox oxuyur. Gəncin seksə və əməliyyata xüsusi marağı var. Çox qorxulu sonluqla bitir.

[trailer]https://youtu.be/_fDtoU7ruDE[/trailer]

6. "The Human Centipede" 1, 2 və 3 (2009, 2011 və 2015)


Filmin orijinal versiyasında alman doktor 3 turisti qaçırır və onları əməliyyatla bir-birinə tikir. Məqsədi insanlardan qırxayaq yaratmaqdır.

İkinci filmdə ilk filmi izləyib çox bəyənən bir şəxs 10 nəfərdən qırxayaq düzəltmək istəyir. Üçüncü filmdə isə həbsxanada 500 məhbusun bir-birinə bağlanılması əks olunub.

The Human Centipede 2010-cu ildə Tom Six tərəfindən yazılan və rejissorluq etdiyi qorxu filmidir. Bu alman həkimin oğurlanmış üç turistin ağızlarını anusdan cərrahi yolla birləşdirərək "insan qırxayağı" yaratmasından bəhs edir. Antaqonist Dr. Filmdə Heiter rolunda Dieter Laser, həkimin qurbanı olan Ashley C. Williams, Ashlynn Yennie və Akihiro Kitamura rol alır.

[trailer]https://youtu.be/glfBurdSUS8[/trailer]

7. "Qəbrinə tüpürəcəyəm (Mezarına Tüküreceğim)" (1978)


Yeni romanını yazmaq üçün meşədəki evə köçür. Bir müddət sonra onu zorlamaq istəyən gənclərlə qarşılaşır. Onlarla amansız mübarizə aparır.

[trailer]https://youtu.be/NxxHVHEBPtc[/trailer]

8. "İçəridə (İçerde)" (2007)


Hamilə və dul qadın evinə soxulub körpəsini almaq istəyən qadının qurbanı olur. Film yeni tərzdə çəkilib. Fransanın qorxu filmi A l'intérieur Avropa səmalarından dünya qorxu filmləri bazarına alternativ variant təklif edir. Hamiləliyi dövründə həyat yoldaşını yol qəzasında itirən Sara ərinin ağrısını hələ də unutmayıb. Doğulmasına bir gün qalmış qapısında qəfildən özünü tanıyan sirli qadın peyda olur.

[trailer]https://youtu.be/cF298zb0m3k[/trailer]

9. "Grotesque" (2009)


Bu yapon filmində iki işyoldaşı romantik görüşə çıxırlar, bu zaman bir nəfər onları qaçırır. Bu adam onlara işkəncə verir. Qəribə məqamsa manyakın cütlüyün yaxşılaşması üçün əməllərinə ara verməsidir.

[trailer]https://youtu.be/NLdSq63iX28[/trailer]

10. "Meqan itkindir (Megan Kayıp)" (2011)


Filmdə Meqan adlı gənc qız internetdə tanış olduğu həmyaşıdı ilə görüşdükdən sonra qeyb olur. Sonra olaylar həllini tapır. Gənclərin nə qədər təhlükəli ola biləcəyi göstərilir. Film bəzi ölkələrdə qadağan edilib.

[trailer]https://youtu.be/H3VjC3CcdcY[/trailer]

11. "Yaşayan ölü" (1992)


Ən yaxşı qorxu filmlərindən hesab olunur. Komik səhnələrlə boldur. Ancaq bu sizi aldatmasın, qanla, şiddətlə zəngindir. Bir uşaq anasını heyvan dişlədikdən sonra o, zombiyə çevrilir. Qadın xəstəliyini insanların arasında yayır, ara qarışır.

[trailer]https://youtu.be/VHkZ6Nx1fQo[/trailer]

12. "Guinea Pig" (1980-1990)


Film real qatildən bəhs edir. Çarli Şin filmi izlədikdən sonra qorxaraq polisə zəng vurub.

[trailer]https://youtu.be/Nq9V92RHrHI[/trailer]

13. "Naked Blood" (1996)


Film elm adamı olan və anasıyla yaşayan bir qadının ağrını zövqə çevirən dərman icad etməsindən bəhs edir. Vəziyyət dəyişir. Qadın insanları vəhşicəsinə öldürür. Hətta özünü yemək istəyir.

[trailer]https://youtu.be/aLIdh5YE5xE[/trailer]

14. "Yamyam işkəncəsi" (1980)


İtalyan filmi Amazon meşələrində yamyamların həyatından bəhs edir. Bir qrup insan meşədə yamyamların həyatını lentə almaq istəyir, lakin itkin düşürlər. Onları axtarmaq üçün həmin meşəyə antropoloq göndərilir. O, meşədə baş verən hər şeyin çəkildiyi görüntüləri tapır.

[trailer]https://youtu.be/-TmNEdbanTE[/trailer]

15. "August Underground" (2001, 2003 və 2007)


Film bir çox ölkədə qadağan olunub. Yalnız evdə çəkilib. Törətdikləri cinayətləri və işkəncələri çəkən üç gənc və onların eşqindən bəhs edir.

[trailer]https://youtu.be/T5AvSPKzK-A[/trailer]