İnkişaf edən internet şəbəkəsi ilə insanların tələblərinə uyğun olaraq bir çox internet saytı meydana gəldi. Bu saytların bəziləri insanların vaxt keçirmələri üçündür. Həmin 15 əyləncə saytını təqdim edirik.

İnternet indi insanlar üçün əvəzolunmaz bir şeydir. Bu, fərdlərdə internet asılılığına səbəb olur, lakin internet aləmi yalnız sosial mediadan ibarət deyil.

İnsanların tələbləri üçün bir çox sayt mövcuddur. Bu saytlarda insanların vaxtlarını sərf etmələri üçün qurulmuş sistemlər mövcuddur.

Ən əyləncəli və maraqlı saytlar;

1. futureme.org


Bu saytda gələcəkdəki özünüzə mail göndərə bilərsiniz. Planlı bir e-poçt yarada biləcəyiniz sayt bu gün yazdığınız bir məktubu hətta 2070-ci ildə göndərə bilər. Son dərəcə əyləncəli sayt sayəsində gələcəkdə özünüzə bir mail göndərib, zaman ərzində düşüncələrinizin nə qədər dəyişdiyini və yetkinləşdiyinizi görə bilərsiniz.

2. ocearch.org


Okean canlılarına yerləşdirilən izləmə cihazları sayəsində onların inkişafını və qət etdikləri yolu canlı şəkildə izləyə biləcəyiniz saytdır. Eyni zamanda, istədiyiniz canlını sevimlilərinizin arasına ala, təqibini reallaşdıra bilərsiniz.

3. flightradar24.com


Dünyadakı bütün təyyarələrin gəlib-getdikləri yerləri, hazırda harada olduqlarını canlı xəritə vasitəsilə izləyə bilərsiniz.

4. geacron.com


E.ə. 3000-ci ildən bu günə qədə dəyişən dünyanın siyasi xəritəsini göstərən saytdır. Tarixlə maraqlanan şəxslərin dövlətləri izləməsi üçün gözəl bir platformadır.

5. thispersondoesnotexist.com


Bu qəribə sayt əslində mövcud olmayan üzləri sizə təqdim edir. Hər dəfə saytı yeniləyəndə fərqli bir üz görünür.

6. ihatemyroommate.net


Birlikdə yaşadığınız dostunuzun bəyənmədiyiniz hərəkətlərini anonim şikayət edə biləcəyiniz bir saytdır. Gülməli şikayətlərlə gülümsəyəcəyiniz bir platformadır. Saytın yeganə çatışmazlığı istifadə olunan dilin ingiliscə olmasıdır.

7. neave.com


8 fərqli əyləncə tətbiqi olan saytdır. Ən diqqət çəkəni isə göz illüziyalarının tətbiqidir. (Qeyd: fotosensitiv epilepsiya xəstələri saytdan istifadə etməməlidir)

8. thisissand.com


Qumun müxtəlif rəngləri ilə gözəl əsərlər yarada biləcəyiniz əyləncəli saytdır. Sayta qoşulmaq üçün brauzerinizdə flash pleyeri açmalısınız.

9. framesynthesis.com


“Google maps”-də 2D avtomobil sürə biləcəyiniz və dünyanın hər hansı bir küçəsini gəzə biləcəyiniz əyləncəli saytdır.

10. weavesilk.com


Maus kursoru ilə səhifədə neon şəklində əsərlər yarada biləcəyiniz saytdır. Şəkillərinizi kompüterinizə yükləyə bilərsiniz.

11. findtheinvisiblecow.com


İsti-soyuq oyununu internet vasitəsilə oynaya biləcəyiniz saytdır. Saytda inəyi isti-soyuq istiqamətləndirmələri ilə tapmağa çalışırsınız.

12. hackertyper.com


Saytda nə yazsanız bir koda girirmişsiniz kimi göstərir. Dostlarınızla haker kimi rəftar etmək istəyirsinizsə, bu platformaya üz tutun.

13. onread.com


İnternetdə pulsuz elektron kitablar tapa biləcəyiniz bir saytdır. Ancaq kitablar ingilis dilindədir.

14. apod.nasa.gov


Bu sayt kosmosu sevənlər üçündür. Sayt hər gün kosmosdan yeni HD şəkillər yayımlayır.

15. addictivetips.com


Texnoloji proqramlar haqqında sizə kiçik ipucları verən saytdır. Bununla yanaşı, kompüter tətbiqlərində sizə nəyi necə edəcəyinizi göstərir.

Bu məqalələr də sizə maraqlı olacaq: