Martin Scorsese 1970-ci illərdən etibarən Amerika kinosunun ayrılmaz və uğurlu hissəsinə çevrilib. Onun filmləri bir çox ali mükafa layiq görülüb. Rejissor Oscar mükafatı laureatıdır.

1. The Irishman


Bioqrafiya filmləri janrını sevən oxucularımız üçün unudulmazlar arasına adını yazdırmış gözəl bir istehsaldır. Filmdə Frank Sheeran adlı snayperin həyatından bəhs edilir. İkinci Dünya Müharibəsindən sonra evə qayıdan Sheeran bu ağır şəraitdə sağ qalmaq üçün Bufalino cinayət təşkilatına qoşulur. Amerika tarixinə düşən hadisələrdən biri olan Jimmy Hoffanın yoxa çıxmasında həmkarlar ittifaqının üzvü olan Sheeranın da əli olduğu bildirilir.

Janr: Bioqrafiya, triller
IMDb: 7.8
Rejissor: Martin Scorsese
Aktyorlar: Robert de Niro, Al Pacino, Pacino Joe Pesci

[trailer]https://youtu.be/WHXxVmeGQUc[/trailer]

2. The Wolf of Wall Street


Real həyat hekayəsindən ilhamlanan film 24 yaşlı Jordan Belfort adlı gəncin milyonçu olmasından bəhs edir. Wall Street birjasında broker kimi işə başlayan Jordan, sistemdəki çatışmazlıqları fərq etdikdən sonra yeni sistem qurmağa qərar verir. Yeni qurduğu şirkəti sayəsində milyonlarla dollar qazanmağı bacaran Belfort, artıq həyatını narkotik, spirtli içki, əyləncə və dəbdəbə ilə keçirir. Saxtakarlığa əsaslanan bu sistemin çökməsi çox çəkmir.

Janr: Bioqrafiya, komediya
IMDb: 8.2
Rejissor: Martin Scorsese
Aktyorlar: Leonardo di Caprio, Jonah Hill, Margot Robbie

[trailer]https://youtu.be/iszwuX1AK6A[/trailer]

3. Shutter Island


Sirr və triller filmlərinin ən uğurlu nümunələrindən biri olan “Shutter Island” filmi iki polis məmurunun Shutter adası adlanan adada ruhi xəstəxanaya getməsi ilə başlayan hadisələrdən bəhs edir. Rachel Solando adlı xəstə xəstəxanadan qaçır. Polislər - Daniels və Chuck Aule işi araşdırmaq üçün Shutter adasına gedirlər. Tədricən sirli olaylar ortaya çıxır.

Janr: sirr, triller
IMDb: 8.2
Rejissor: Martin Scorsese
Aktyorlar: Leonardo di Caprio, Ben Kingsley, Mark Ruffalo

[trailer]https://youtu.be/v8yrZSkKxTA[/trailer]

4. The Departed


Film mafiya ilə polis arasındakı inanılmaz mübarizədən bəhs edir. Bir çox adamını polis təşkilatına yerləşdirməyi bacaran mafiya polislə mübarizəsində sanki bir addım öndədir. Ancaq bu tarazlığı polis olan və mafiyaya sızmağı bacaran köstəbək təmin edəcək.

Janr: Detektiv, dram
IMDb: 8.5
Rejissor: Martin Scorsese
Aktyorlar: Leonardo di Caprio, Ray Winstone, Matt Damon

[trailer]https://youtu.be/iojhqm0JTW4[/trailer]

5. The Aviator


Film 1940-50-ci illərin parlayan ulduzu Howard Hugheson həyatından bəhs edir. Müharibə zamanı istehsal etdiyi təyyarələri döyüş təyyarəsinə çevirən Hughes milyardlarla dollar qazanıb. İndi o, böyük iş adamıdır. Bütün bu yeniliklər Hughesin sevgi həyatına da təsir edəcək.

Janr: Bioqrafiya, tarixi, dram
IMDb: 7.5
Rejissor: Martin Scorsese
Aktyorlar: Leonardo di Caprio, Cate Blanchett, John C. Reilly

[trailer]https://youtu.be/FebPJlmgldE[/trailer]

6. Gangs of New York

Bu filmdə 1800-cü illərdə Nyu-Yorka nəzarəti ələ keçirmək istəyən iki dəstənin çəkişməsindən bəhs olunur. Şəhərin yerliləri olduqlarını söyləyən amansız Bill the Butcherin qarşısında katolik irlandların başçısı Dead Rabbits var. Qanlı qarşıdurma nəticəsində Dead Rabbits öldürülür. Rabbitsin kiçik oğlu Amsterdam isə hər şeyi öz gözləri ilə görür. Hadisə yerindən qaçmağı bacaran Amsterdam böyüyəndə
atasının intiqamını almaqistəyir.

Janr: Tarixi, dram
IMDb: 7.5
Rejissor: Martin Scorsese
Aktyorlar: Leonardo di Caprio, Daniel Day-Lewis, Cameron Diaz

[trailer]https://youtu.be/qHVUPri5tjA[/trailer]

7. Casino


Filmdə Ace Rothsteinin yaxın dostu Nicky ilə iş gördükdən sonra başına gələn fəlakətlər öz əksini tapıb. Las-Veqasda kazino işlədən Ace rəqibləri ilə yaxşı münasibət qurub və heç bir problem olmadan həyatına davam edir. Nicky ilə ortaqlığı isə onun başına bəla açır.

Janr: Dram
IMDb: 8.2
Rejissor: Martin Scorsese
Aktyorlar: Robert De Niro, Sharon Stone, Joe Pesci

[trailer]https://youtu.be/EJXDMwGWhoA[/trailer]

8. Goodfellas


İndiyə qədər çəkilmiş ən yaxşı filmlərin arasında yer alır. Film Henry Hill adlı qanqsterin iki yaxın dostu Jimmy və Tommy ilə birlikdə soyğuna cəhd etməsindən bəhs edilir. Dostlar xüsusi planla hərəkətə keçirlər, lakin acgöz Jimmy və Tommy digər qrup üzvlərini öldürdükdən sonra işlər yolundan çıxır.

Janr: Dram, triller
IMDb: 8.7
Rejissor: Martin Scorsese
Aktyorlar: Robert De Niro, Ray Liotta, Ray Liotta

[trailer]https://youtu.be/qo5jJpHtI1Y[/trailer]

9. Raging Bull


Orta çəkili boksçunun karyerasının zirvəsinə inamla yüksəldiyindən bəhs edilir. Bu idman növündə ən yaxşı olmaq üçün mübarizə aparan Ceyk karyerasını öz əli ilə məhv edir. Filmdə gənc boksçunun boks aləmində sürətlə yüksəlişini və enişini izləyirik.

Janr: Bioqrafiya, dram
IMDb: 8.2
Rejissor: Martin Scorsese
Aktyorlar: Robert De Niro, Cathy Moriarty, Joe Pesci

[trailer]https://youtu.be/yUp6d79WRVI[/trailer]

10. Taxi Driver


Baş rolda Robert De Nironun oynadığı filmdə Vyetnam müharibəsinin izləri ilə mübarizə apararkən gecələr taksi sürücüsü kimi çalışan gəncin gördüyü bu çirkli dünyadan bezməsi öz əksini tapıb. Haqsızlığı qəbul edə bilməyən taksi sürücüsü əlinə silah alaraq küçələrdəki çirkləri təmizləməyə çalışır.

Janr: Dram, detektiv
IMDb: 8.2
Rejissor: Martin Scorsese
Aktyorlar: Robert De Niro, Jodie Foster, Harvey Keitel

[trailer]https://youtu.be/UUxD4-dEzn0[/trailer]