Gəncliklə bağlı senariləri ilə populyarlaşan serialları siyahıya almışıq. Netflix-də yer alan həmin gənclik serialları təqdim edirik.

Ən yaxşı film və serialların yer aldığı platformalardan olan Netflix-də yüzlərlə gəncliklə bağlı seriallar yer alır. Gənclər üçün baxılacaq ən gözəl diziləri sizə təqdim edirik.

1. The Society (2019) - IMDb: 7,0


2019-cu ildə Netflix-də yayımlanan serialda varlı bir qəsəbədə yaşayan gənclərin həyatda qalmağı öyrənmələri əks olunub. Gənclər sirli şəkildə yox olurlar. Az sayda gənc qalır. Onlar yaşamağa davam edə bilmək üçün bir araya gəlməlidirlər. Serial "Milçəklər Tanrısı" adlı roman əsasında çəkilib.

[trailer]https://youtu.be/lSj77j1Dnxg[/trailer]

2. Locke & Key (2020) - IMDb: 7,4


Atalarının ölümündən sonra Meyndəki evlərinə qayıdan 3 qardaş tapdıqları bir açar sayəsində fövqəladə güc qazanırlar. Onlar bu açarla yeni dünyada böyük macəraya atılırlar. Açarı əldə etmək istəyən şeytan var. Maraqlı senarisi olan serialın rejissorları Joe Hill və Carlton Cusedir.

[trailer]https://youtu.be/_EonRi0yQOE[/trailer]

3. Gossip Girl (2007-2012) - IMDb: 7,4


Cecily von Ziegesarın romanı əsasında senariləşdirilən serial son illərdə olduqca məşhurlaşıb. Nyu-Yorkun varlı məhəllələrində yaşayan, həyata bir addım öndə başlayan bir qrup tələbənin həyatı, sevgisi, ayrılığı, mübahisəsi və dedi-qodusu serialda öz əksini tapıb. Serial 6 sezon yayımlanıb. Serialda istifadə olunan geyim və aksesuarlar bir dönəm dəbdə olub.

[trailer]https://youtu.be/eCg1RN-dyQk[/trailer]

4. Sassy Go Go (2015) - IMDb: 7,5


Cənubi Koreya istehsalı olan serialda romantizm və komediya bir arada nümayiş olunur. Serialda bir qrup tələbənin sevgi hekayəsi və aralarındakı rəqabət təsvir olunub. Sərt təhsil sistemi bu rəqabətin alovunu körükləyir. "Sassy Go Go" serialı bir mövsüm yayımlanıb.

[trailer]https://youtu.be/txJd54kbJ-4[/trailer]

5. Ragnarok (2020) - IMDb: 7,5


Məşhur rejissor Adam Pricenin serialı bu ildən etibarən yayımlanır. Serialda Norveçin kiçik qəsəbəsində yaşanan fantastik olaylardan bəhs edilir. Qiyamətin yaxınlaşdığını hiss edən qəsəbəyə gələn Edda özündə yaranan fövqəladə güc sayəsində pisliyə meydan oxuyur. Serialı izləməyiniz tövsiyə olunur.

[trailer]https://youtu.be/7H9AaiBLHCo[/trailer]

6. Elite (2018) - IMDb: 7,6


Carlos Montero və Dario Madronanın rejissoru olduğu serialda ölkədəki ən məşhur məktəbə çətinliklə gedən 3 gəncin əhvalatı əks olunub. Əvvəlcə bunu böyük şans zənn edən gənclər qısa müddət sonra yanıldıqlarını anlayırlar. Sonra isə bu gənclərlə lüks həyat yaşayan digər tələbələr arasındakı rəqabətdən bəhs olunur.

[trailer]https://youtu.be/QNwhAdrdwp0[/trailer]

7. I am Not Okay With This (2020) - IMDb: 7,6


15 yaşlı Sydney telepatik güclərə sahib olduğunu fərq edir və onun üçün qarışıq günlər başlayır. Belə bir üstünlük faydalı görünsə də, onun başına bəla da aça bilər. İstedadını necə istifadə edəcəyini bilməyən Sydney universitet həyatının, atəşli münasibətlərinin və qızlarla dolu həyatının çətin səhifələrində bir çox macəra yaşayır. Serialın rejissoru Jonathan Entwistledir.

[trailer]https://youtu.be/M9vp9lhZiqU[/trailer]

8. Chilling Adventures of Sabrina (2018) - IMDb: 7,6


Gənc qız olan Sabrina lənətləndiyini anladıqdan sonra başı bəlalar çəkir. Onu öldürmək istəyən şeytani güclərlə döyüşən Sabrina ailəsinin zərər görməməyi üçün də mübarizə aparır. Rejissoru Roberto Aguirre-Sacasa olan serialın baş roluna Kiernan Shipka çəkilib.

[trailer]https://youtu.be/R2gbPxeNk2E[/trailer]

9. 13 Reasons Why (2017) - IMDb: 7,8


Clay məktəbdən qayıdarkən otağında tapdığı sirli kaseti dinləyir. Oradakı səs 2 həftə əvvən intihar edən sevgilisi Hannaha aiddir. Hannah intiharının 13 səbəbindən bəhs edir. Clay üçün həyatın yeni dönəmi başlayır. Serialın rejissoru Brian Yorkeydir.

[trailer]https://youtu.be/QkT-HIMSrRk[/trailer]

10. On My Block (2018) - IMDb: 8,1


Serialda universitetə yeni qəbul olan 4 dostun bir çox problemləri ilə müşaiyət olunan dostluğu əks edilib. Serialda Diego Tinoco, Sierra Capri və Jason Genao kimi aktyorlar rol alıb.

[trailer]https://youtu.be/us_AXwJKjjY[/trailer]

11. Skins (2007-2013) - IMDb: 8,2


Baş rollarda Kaya Scodelario, Hannah Murray və Jack O'Connel kimi aktyorların çəkildiyi serialda sevgi və dostluq arasında var-gəl edən tələbələrin həyatı təsvir olunub. Onlar əyləncəli olduğu qədər də çətin həyat yaşayırlar. Serial 7 sezon yayımlanıb.

[trailer]https://youtu.be/7FKPoVNtmK0[/trailer]

12. Sex Education (2019) - IMDb: 8,3


Serialda Otis və Maevenin başına gələnlərdən bəhs olunur. Özünə qapanan Otis məktəbin ən problemi qızı Maeve ilə tanışolduqdan sonra dəyişir. Serial 2 mövsüm yayımlanıb və hələ də davam edir.

[trailer]https://youtu.be/Hd2ldTR-WpI[/trailer]