Qeyri-adi senarisi və şiddət səhnlələri ilə diqqət çəkən serial böyük populyarlıq qazanıb. Dünyada milyonlarla izləyicisi olan "Squid Game" ilə bağlı maraqlı faktları təqdim edirik.

1. Rejissor Hwang Dong-hyuk senarini ilk dəfə 2008-ci ildə qələmə almağa başlayıb və 2009-cu ildə tamamlayıb.


2. Serialdakı digər 456 yarışçı kimi borc içində olduğu üçün belə bir oyuna qatılmağı xəyal edib.


3. Serialın senarisi 2009-cu ildə tamamlansa da, aktyorlar və investorlar layihəyə ciddi yanaşmadığı üçün çəkilişlərin başlaması 2019-cu ilə qədər uzanıb.


4. Serialdakı yaşıl paltarlar bir baxtlar məktəblərdə idman formaları kimi istifadə olunub.


5. Maskalarda qarışqa simalarından ilhamlanaraq istifadə olunub.


6. Serialda yarışçıların əksəriyyəti növbəti oyunu əvvəlcədən öyrənə bilmək üçün dava-dalaş salıb və böyük olaylar yaşanıb. Halbuki, bu çətin oyunlar nəhəng yataqxananın divarına əvvəlcədən həkk edilib.


7. Pilləkənlərdə isə hollandiyalı rəssam M. C. Escherin "Relativity" əsərindən istifadə olunub.


8. Bəzi qələbəlik səhnələrdə kamera hiyllələri və ya xüsusi effektlər işlədilib.


9. Serialda çoxlu kontrastlar istifadə olunub. Ən qanlı səhnələrdə də rahatladan musiqilər çalınması, məsum uşaq oyunlarının yüzlərlə insanı öldürməyi, çəhrayı rəngin qəddar vəzifəlilərin geyim rəngi olması serialı daha da qeyri-adi edir.


10. Koreya dilində "Oh Il-nam" "Bir nömrəli adam" anlamına gəlir. Bu isə koreya dilini bilənlər üçün serialın sonuna dair xırda ipucudur.


11. İlk oyunun sonunda dedektorun özünü deşifrə etdiyini görürük.


12. Qırmızı işıq - yaşıl işıq oyunundakı böyük oyuncaq körpə isə realdır. Oyuncaq Incheon şəhərində yerləşən muzeydə saxlanılır və bir qolu yoxdur.


13. Böyük mükafat - 46 milyard von təxminən 39 milyon dollara bərabərdir.


14. Son bölümdə evsiz adamın donduğu otelin qarşısı, ilk bölümdə isə Gi-Hunun avtobusa alındığı yer.


15. Son bölümdə Gi-Hunun saçlarını qırmızı rəngə boyatması son yarışı qazandığı üçün özünə güvəndiyi, fərqli olduğunu sübut etdiyi anlamına gəlir.


16. Gi-Hunun nömrəsi olan 456 isə bəzi mədəniyyətlərdə doğruluği və bütövlüyü təmsil edir.