İnsan köhnə ildə baş vermiş pis anların yeni ildə təkrarlanmamasını arzulayır. Yeni ildən xoşbəxtlik gözləyir. Bəlkə də elə buna görə yeni illə bağlı filmlərdə mövzular keçmişin bağlarından qopmaq, gələcəyə ümidlə baxmaq şəklindədir. Yeni ilə aid 10 ən yaxşı filmi təqdim edirik.

1. Möhtəşəm həyat / It,s a Wonderful Life (1946)



Bu film kino tarixinin ən yaxşı filmlərindən biridir. James Stewart və Donna Reedin baş rollarda çəkildiyi filmdə ard-arda baş verən olaylar səbəbiylə pessimist duyğulara qapılan və ölümü düşünən iş adamının bir qadının köməyi ilə həyata yenidən bağlanması öz əksini tapıb.

2. Nəşəli Həyat (2009)


Yılmaz Erdoğanın filmində ailəsini dolandırmaq üçün ticarət mərkəzində Santa Klaus obrazına girməyə məcbur qalan Rzanın hekayəsi təsvir olunub. O, Türkiyə film tarixinin ən yaddaqalan obrazlarından biridir.

3. Dr. Seuss' how the Grinch stole Christmas (2000)


Filmdə hadisələr Whoville adlı kiçik qəsəbədə baş verir. Qəsəbə sakinlərinin əsas dərdi insanlara gözəl hədiyyələr almaqdır. Bu qəsəbəni Crumpit dağının zirvəsindən izləyən Grinch Santa Klausa nifrət edir və əsas istəyi insanları Santa Klausu gözlədiklərinə görə pərişan etməkdir. Grinch obrazını Jim Carrey canlandırıb.

4. Qütb ekspresi / The Polar Express (2004)


Robert Zameckisin həm uşaqlar, həm də böyüklər üçün çəkdiyi filmdir. Keçmişdə yaşadıği pis xatirələrdən dolayı Santa Klausa inamı qalmayan kiçik oğlan qeyri-adi qatara minərək görmədiyi yerlərə gedir. Bu qatar Santa Klausun iqamətgahının yerləşdiyi Şimal qütbünə doğru yol alır.

5. Gremlins (1984)


Yeni illə bağlı gözəl bir film izləmək istəyirsinizsə, "Gremlins"ə mütləq baxmalısınız. Uğursuz ixtiraçı Red Peltzerin evə gətirdiyi kiçik məxluq Gizmo sürətlə böyüyür və bəlaya çevrilir.

6. Bir Milad nağılı / Un conte de Noel (2008)


Yeni il həm də ailə deməkdir. Bəzən ailə bir araya gələndə işlər yolunda getməyə bilər. Fransız rejissor Arnaud Desplechinin filmi Vuillard ailəsinin yeni il axşamı bir araya gəlməsindən bəhs edir. Təsirli səhnələri olan filmi izləməyiniz tövsiyə olunur.

7. Atəşkəs / Joyeux Noel (2006)


Film real hadisələr əsasında çəkilib. I Dünya müharibəsində almanlar fransızlarla və şotlandlarla döyüşürlər. Yeni il günü hər iki tərəf bir gecəlik atəşkəs elan edir və görüşüb bayramı birlikdə qeyd edirlər. Onlar ailələrinin, uşaqlarının şəkillərini bir-birilərinə göstərirlər.

8. Evdə tək / Home Alone (1990)


Yəqin ki, bu filmi hamı izləyib. Kevinin ailəsi yeni il tətili üçün Fransaya gedərkən onu unudurlar. Kevinin başına maraqlı və qeyri-adi hadisələr gəlir.

9. Die Hard (1988)


Detektiv John McClanenin başına qəribə olaylar gəlir. Onun arvadı ilə də münasibəti yaxşı deyil. Filmdə baş rolu Bruce Willis canlandırıb.

10. Bad Santa (2003)


Oğurluq etmək üçün Santa Klaus cildinə girən iki nəfərin hekayəsindən bəhs olunur. Filmin rejissoru Terry Zwigoffdur.