2020 Türk filmləri - 2020-ci ildə vizyona girən ən yaxşı türk filmləri

Yenilənmə tarixi: 2020-08-04

2020 ən yaxşı türk filmlərinin siyahısını hazırlamışıq. IMDb-də yüksək bal alan həmin filmləri təqdim edirik.

Siyahıda 8 Türk filmi yer alıb. 2020 Ən Yaxşı Türk Filmləri siyahısı ilə qarşınızdayıq! Budur IMDb-də ən yüksək xal almış 2020 Türk filmləri..

Qeyd: Yeni filmlər çəkildikcə siyahı dəyişə bilər.

2020 Türk filmləri;

8. Eltilerin savaşı (2020)

Eltilerin savaşı

Senarisini Gupe Özayın yazdığı filmdə iki eltinin bir-birilə yaşadığı problemlər əks olunub. Sosial mediaya olduqca maraq göstərən Gizem və Sultan ailə həyatını burada paylaşır və maraqlı məqamlar çıxır ortaya. Filmdə Merve Dizdar, Ferit Aktuğ və Uraz Kargılaroğlu da çekilib.

Janr: Komediya

Treyler

7. Bayi toplantısı (2020)

2020 Türk filmləri - Bayi toplantısı

"Yol arkadaşım" və "Küçük esnaf" filmləriylə tanınan İbrahim Büyükakın yeni filmidir. Filmdə Anadoludan İstanbula bayi toplantısı üçün gələn 3 əşyaçının gülmləli əhvalatları öz əksini tapıb. Namık, Sadık və Adem toplantıda bir araya gəlirlər və yeni macəralar başlayır. Bir-birilərinə inanmaları və etibar etmələri vacibdir.

Janr: Komediya

Treyler

6. Zengo (2020

2020-ci ildə vizyona girən türk filmi Zengo

Filmin senarisini Yasemin Sakallıoğlu yazıb, rejissoru isə Şahan Gökbakardır. Filmdə Zerrinin yaşadığı məhəllə şəhərə çevrilmə ərəfəsindədir. Zerrin də bundan faydalanır. Tikdiyi geyimləri bütün məhəllə sakinləri geyinir. Heç sevmədiyi Menkıbenin onun modellərini oğurladığını gördükdə özündən çıxır. Özünə komanda qurub həyatını dəyişir.

Janr: Komediya

Treyler

5. Sıfır Bir (2020)

Sıfır Bir türk filmi

Bu ilin ən yaddaqalan türk filmlərindəndir. 2020 Türk filmləri arasında ən çox maraqla gözlənilən filmdə Adanada yaşananları geridə buraxan və İzmirə gedən Şavaş, Cihat və Azaddan bəhs olunur. 3 dost pis işlərdən uzaqlaşıb İzmirdə avtomobil yuma məntəqədi açır. Ancaq elə hadisə baş verir ki, onlar buna cavab verməli olurlar.

Janr: Komediya, Dram

Treyler

4. Karakomik filmler 2: Deli - Emanet (2020)

Karakomik filmler 2: Deli - Emanet

Cem Yılmazın filmidir. Filmdə Həmçinin Özkan Uğur, Cem Davran, Büşra Develi, Özge Özpirinçci, Emin Gürsoy, Çağlar Çorumlu kimi aktyorlar rol alıb. 2020-ci ilin ilk aylarında ən çox baxılan türk filmləri arasındadır.

Janr: Komediya, dram

Treyler

3. Türkler geliyor: Adaletin kılıcı (2020)

Türkler geliyor: Adaletin kılıcı

Filmin rejissoru Mehmet Bozdağdır. Filmdə Fatih Sultan Mehmetin Avropa səfərləri, Akıncılar birliyinin hekayəsi təsvir olunub. Emre Kıvılcım, Levent Özdilek, Serdar Gökhan, Ece Çeşmioğlu və Ebru Özkan kimi aktyorlar filmdə çəkilib. 2020 Türk filmləri arasında marağınızı cəlb edəcək "Türkler geliyor: Adaletin kılıcı" izləməyinizi tövsiyə edirik.

Janr: Tarixi, dram

Treyler

2. Biz böyleyiz (2020)

2020 türk filmi Biz böyleyiz

Hümeyra, Berrak Tüzünaraç, Özgə Özpirinçci, Şebnem Bozoklu və Meriç Aral kimi aktyorların çəkildiyi film bu ilin uğurlu ekran işlərindən sayılır, 2020-nin ən yaxşı filmi olmağa iddialıdır. Filmdə bir qrup köhnə dost Neziha xala xəstələndikdə bir araya gəlir. Onlar illər sonra ilk dəfə görüşürlər.bununla da komik olaylar baş verir.

Janr: Romantik, komediya, dram

Treyler

1. Gamonya: Hayeller Ülkesi (2020)

Gamonya: Hayeller Ülkesi

Bir çox uşaq aktyorun rol aldığı filmdə Umut və babası Ahmetin yaşadıqları təsvir olunub. Umut xəyal qurmağın nə olduğunu unudub. Babasının düşdüyü qəzaUmutun yeni bir dünya ilə tanışlığına səbəb olur. Fantastik dünya olan Gamonyada buranın uşaqlara xəyal verdiyini öyrənir. 2020-ci ilin ən çox baxılan Türk filmi olmağa iddialıdır.

Janr: Macəra, fantastik

Treyler

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
1
emotion
2
emotion
2
emotion
2
emotion
2
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
7868 dəfə oxundu
ilk.az-çılar nə deyir?