Dahi insanların real həyat hekayələrindən bəhs edən IMDb balı yüksək olan ən yaxşı filmlər

Yenilənmə tarixi: 2021-12-22

Film dünyasına möhür vuran, dahi şəxsiyyətlərin həyatından bəhs edən ən yaxşı filmləri siyahıya almışıq. Onları mütləq izləməlisiniz

Senarisində dahi insanların real həyatları təsvir olunmuş filmlər

Dünyanın yönünü dəyişdirən, zəkaları ilə hamını heyrətləndirən, sənət və texnologiyanın inkişafına təkan verən dahilərdən bəhs edən filmləri sizlər üçün hazırlamışıq. Onlar aşağıdakılardır. Top 10 Dahi insanlara aid filmlər siyahımızda bəyənəcəyiniz filmləri tapacağınıza əminik.

1. Copying Beethoven (2006) - IMDb: 6,8

Copying Beethoven

Sənət dünyasının dahilərindən olan, fiziki problemlərinə baxmayaraq, möhtəşəm bəstələrə imza atan Ludwing Van Beethoven-in həyatı bu filmdə əks olunub. Dahi insanların çətinlik çəkdiyi ən böyük şeyin eyni uğuru təkrarlamaq olduğu söylənilir. Bethovenin də həyatında bu baş verib və o, həyatının son illərində yeni bəstələr yazmağa çətinlik çəkib. Anna Hoitz adlı qadının dəstəyilə son bəstəsini tamamlayan Bethovenin qeyri-adi həyatı filmdə öz əksini tapıb.

Bethoven fırtınalı həyatının yetkinlik mərhələsindədir. Qulaqları da eşitmə qabiliyyətini itirib, lakin hazırladığı 9-cu Simfoniya üzərində çox çalışır. Bu arada qeydləri təmizləmək və təkrar etmək üçün onun xahişi ilə köməkçi təyin olunur. Ancaq bu şəxs Anna Holtzdur və Bethoven başlanğıcda qadın olduğu üçün vəziyyəti o qədər də bəyənmir. Bu arada Anna Bethovenin sağ əli olur, lakin bu prosesdə o, sevgilisi və öz həyatı ilə vidalaşmalı olur. Sənətkarın ölüm yatağına qədər olan günlərin sonunda film sona çatır.

Treyler

2. Mr. Turner (2014) - IMDb: 6,8

Mr. Turner

XIX əsrdə yaşamış və dövrünün ən yaxşı rəssamlarından olan J.M.V Turnerin həyatından bəhs edən filmdə onun yaşadıqları detallarıyla təsvir olunub. Əsərlərində əsasən mənzərə və təbiət təsvirləri çəkən rəssam eyni zamanda romantizm və impressionizm cərəyanlarında da təsir edib. Möhtəşəm zəkaya sahib olan Turner əsərlərilə hər kəsi özünə heyran qoyub. Filmdə onun atası, xidmətçisi, arvadı, uşaqları və həyatına dair hər şey təsvir olunub.

Treyler

3. Pawn Sacrifice (2014) - IMDb: 7,0

Pawn Sacrifice

Böyük şahmat mübarizəsindən bəhs edən filmdə iki super zəka sahibinin həftələrlə davam edən idman oyunu əks olunub. Rusiyanın məğlubedilməz çempionu Boris Spassky ilə amerikalı gənc şahmatçı Bobby Fischer qarşılaşması dünyanın diqqətindədir. Dönəmin gərgin siyası ortamı səbəbindən tədirgin olan Fişer qələbə qazanmalı olduğunu anlayır. Filmdə baş rolları Liev SchreiberTobey Maguire ifa edib. Senarini isə Steven Knight yazmışdır.

Treyler

4. The Man Who Knew Infinity (2015) - IMDb: 7,2

The Man Who Knew Infinity

II Dünya müharibəsi zamanı riyaziyyatçı Srinivasa Ramanucan İyenqarın həyatından bəhs edən filmin rejissoru Mett Braundur. Filmdə möhtəşəm zəkaya sahib olan Iyengarın Hindistanda yoxsulluq içində keçirdiyi illərdən sonra Kembric Univerisitetinə gəlməsi və burada uğur qazanması əks olunub.

Treyler

5. The Professor and the Madman (2019) - IMDb: 7,3

The Professor and the Madman

Baş rollarda Mel GibsonSean Penn-in çəkildiyi filmdə Oksford lüğətinin necə meydana çıxdığı əks olunub. 10 min sözlük lüğət yaratmaq üçün gecə-gündüz çalışan professor James Murray gözləmədiyi yerdən - ruhi xəstəxanadan aldığı yardımla xəyalını reallaşdırır. Ona kömək edən isə dəli olduğu güman edilən Dr. W.C. Minordur. Dəli və dahi tərəfindən yaradılan bu lüğət uzun illər istifadə olunur.

“Professor və dəli” 1998-ci ildə “The Crowthorne of Crowthorne” (Birləşmiş Ştatlarda Professor kimi nəşr olunub) əsasında Safiniya və Todd Komarnickinin ssenarisindən rejissor Fərhad Safiniya (PB Şemran təxəllüsü ilə) tərəfindən çəkilmiş 2019-cu il bioqrafik dram filmidir. Baş rollarda Mel Gibson, Şon Penn, Natali Dormer, Eddi Marsan, Cennifer Ehle, Ceremi İrvine, David O'Hara, Ioan Gruffudd, Stephen Dillane və Stiv Kuqan çəkilib.

Treyler

6. The Theory of Everything (2014 - IMBd: 7,7

The Theory of Everything

XX əsrin yetişdirdiyi dahilərdən olan Stephen Hawking-in həyatından bəhs edən "Hər şeyin teoremi" filmində bu ali zəkalı insanın evliliyi və xəstəlik prosesi təvir olunub. Kembric Universitetində oxuduğu illərdə diqqətdə olan Hokinq texnologiyanın inkişafına zəmin yaradan bir çox iş görüb.

Treyler

7. Hidden Figures (2016) - IMDb: 7,6

Hidden Figures

NASA-da işləyən və xarüqələr yaran 3 qaradərili qadının həyatından bəhs edən filmin rejissoru Teodor Meifidir. Kosmosun sirrini çözmək üçün bir çox uğura imza atan bu 3 qadın dünyadan kənara çıxan amerikan astronavt Con Qiennin dünyanı həyəcanlandıran əməliyyatlarında hər addımı idarə edən, nəzarət edən şəxslərdir. Filmdə bu 3 qadının adları Katherine G. Johnson, Dorothy VaughanMary Jackson-dur.

Treyler

8. Enigma (2014) - IMDb: 8,0

Enigma 2014

Baş rollarda Benedict Cumberbatch ve Keira Knightleyin çəkildiyi filmdə II Dünya müharibəsi zamanı alman kəşfiyyatını məğlub etməyi bacaran Alan Turingin həyatı təsvir olunub. Almanların "Enigma" adlandırdığı şifrələmə sistemi qarşısında aciz qalan ingilislər Alan Turinqin başçılığıyla bir qrup qurub, şifrələri qırmağa çalışırlar. Məşhur riyaziyyatçı Turingin hazırlladığı maşın şifrələri qırmağı bacarır. Bununla da müharibənin gedişatı dəyişir. Turing həmçinin kompüterin ibtidai formasını da yaradıb.

Enigma 2014-cü ildə Morten Tyldumun rəhbərlik etdiyi Alan Turinq adlı riyaziyyatçı tərəfindən yaradılmışdır. Bu, İkinci Dünya Müharibəsi zamanı məxfi məlumatları gizlətmək üçün nasistlər tərəfindən hazırlanmış "Eniqma" kodunun deşifrə edilməsi və daha sonra müharibənin gedişatının dəyişdirilməsi haqqında müharibə/dram filmidir.

Treyler

9. A Beautiful Mind (2001) - IMDb: 8,2

A Beautiful Mind

Nobel mükafat almış riyaziyyatçı John Nash-in həyatından bəhs edən filmdə baş rolu Russell Crowe canlandırıb. Asosial xarakterə sahib olan Con Neş Prinseton Universitetində təhsil alır. Gördüyü işlərlə dövlətin diqqətini çəkən Con Neş Nobel mükafatı qazanır. Film iki nominasiyada Oskar mükafatı alıb.

Treyler

10. Amadeus (1984) - IMDb: 8,3

Amadeus

Dünya musiqi və sənət tarixinə istiqamət verən Amadeus Mozartın həyatından bəhs edən film 1984-cü ildə çəkilib. Filmdə həmçinin musiqi dünyasının önəmli şəxslərindən olan Antonia Sallerinin həyatı da əks olunub. Motsart gündəlik həyatda qayğılar yaşasa da, gözəl əsərlər bəstələyib. Motsarta görə daha düzgün xarakteri olan Salleri onunla tanış olanadək uğur qazanmır. Bu iki dahinin təsvir olunduğu film IMDb-də 8,3 bal alıb.

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
6305 dəfə oxundu
ilk.az-çılar nə deyir?