Dostluq haqqında ən yaxşı 20 film

Dostlarımız yaxşı və pis günlərdə yanımızda olan və həmişə bizə dəstək olan insanlardır. Bu məqaləmizdə dostluğa həsr olunmuş ən gözəl filmləri, dostluq haqqında ən çox izlənən filmləri bir yerə toplamışıq. Onları sizə təqdim edirik.

20. Dude (2018) – IMDb: 5.1

Dude

Liseyi bitirmələrinə az qalmış sevdiklərini itirən 4 yeniyetmə bu faciələrin öhdəsindən gəlməyə çalışır. Bu dörd ən yaxşı dost, ən qısa müddətdə həyatlarını qaydaya salmaq üçün əllərindən gələni etməyə hazırdır. Dramatik səhnələri ilə hamımızı heyran qoyan filmə baxmağınızı tövsiyə edirik.
Baş rollarda: Lucy Hale, Austin Butler, Alexandra Shipp
Janr: Komediya, Dram
Rejissor: Olivia Milch

Treyler

19. Tall Girl (2019) – IMDb: 5.2

Tall Girl

Məktəbdə hamıdan ucaboy olan Jodi buna görə təzyiqlərə məruz qalır. Bir gün məktəbdə ondan daha uzun birini görür. Jodi onunla ünsiyyət qurmaq istəyir. Stig adlı bu oğlan digər qızların da diqqətini çəkdiyi üçün Jodi ilə maraqlanmır. Jodi rəfiqəsinin köməyilə tamam dəyişir.
Baş rollarda: Ava Michelle, Griffin Gluck, Luke Eisner
Janr: Komediya, Romantik
Rejissor: Nzingha Stewart

Treyler

18. Rim of the World (2019) – IMDb: 5.2

Rim of the World

Fərqli xarakterlərə sahib dörd gənc əylənmək üçün gözəl bir yay tətili təşkil edir. Bir müddətdən sonra Yer kürəsinin yadplanetlilər tərəfindən işğal olunduğunu öyrənən gənclər özlərini və dünyanı qorumaq üçün onlara verilən bir açarın sirrini açmağa çalışırlar. Onlar təhlükə ilə üz-üzə qalırlar.
Baş rollarda: Jack Gore, Miya Cech, Benjamin Flores Jr.
Janr: Aksion, Macəra, Komediya
Rejissor: Mcg

Treyler

17. Xoşagəlməz tətil (2019) - IMDb: 5.4

Xoşagəlməz tətil

Amy yaxın dostu Rebeccanın ad gününü qeyd etmək üçün köhnə dostlarını çağırır. Onlar bir yerə yığışırlar. Tətil əvvəlcə gözəl gedir. Ancaq içki içəndən sonra yaşadıqları pis hadisələr yenidən gün üzünə çıxır. Çox yaxşı keçən tətil bu xoşagəlməz hadisələrə görə dəyişir.
Baş rollarda: Amy Poehler, Maya Erskine, Maya Rudolph
Janr: Komediya
Rejissor: Amy Poehler

Treyler

16. Someone Great (2019) – IMDb: 6.2

Someone Great

Musiqi müxbiri olmaq istəyən gənc qadın imtina edə bilməyəcəyi bir təklif alır. Bu təklifi reallaşdırmaq üçün San-Fransiskoya köçməli olan qadın sevgilisi ilə ayrılmağa məcbur olur. O, burada vaxtını dostları ilə keçirir. Ən yaxşı Netflix filmlərindən biridir.
Baş rollarda: Gina Rodriguez, Lakeith Stanfield, DeWanda Wise
Janr: Romantik, Komediya
Rejissor: Jennifer Kaytin Robinson

Treyler

15. Veronica (2017) – IMDb: 6.2

Veronica

Gənc qız atasını itirəndən sonra evdə qardaşlarının qayğısına qalmalıdır. Atasının ölümü onu çox kədərləndirib. O, dostları ilə birlikdə məktəbdə atasının ruhunu çağırmağa çalışır. Ruh çağırıldıqdan sonra evə qayıdan qız binaya naməlum varlığın daxil olduğundan şübhələnir.
Baş rollarda: Sandra Escacena, Bruna González, Claudia Placer
Janr: Qorxu
Rejissor: Paco Plaza

Treyler

14. The Ritual (2017) – IMDb: 6.3

The Ritual

Yaxın dostlarını itirən dörd köhnə dost bir araya gəlir və İsveç çölündə gəzintiyə çıxır. Səfərdən sonra geri dönməyə çalışan bu qrup səhv yoldan çıxaraq meşənin qaranlıq hissəsində azırlar. Onları bir məxluq izləyir.
Baş rollarda: Rafe Spall, Rob James-Collier, Arsher Ali
Janr: Qorxu, Triller,
Rejissor: David Bruckner

Treyler

13. Hustlers (2019) – IMDb: 6.3

Hustlers

Çətin bir vəziyyətdə olan striptizçi və müəllimi iqtisadi böhran zamanı zəngin Wall Street müştərilərindən faydalanmaq üçün onları şantaj etmək qərarına gəlirlər. Bunu reallaşdırmaq üçün çox çalışan iki striptizçi bu səylərinin bəhrəsini görəcəklər.
Baş rollarda: Constance Wu, Jennifer Lopez, Julia Stiles
Janr: Komediya, Dram
Rejissor: Lorene Scafaria

Treyler

12. A Walk in the Woods (2015) – IMDb: 6.3

A Walk in the Woods

Uzun müddətdir səyahətə çıxmayan Bill bunun bitməsini istəyir. O, 5 aylıq səfərə çıxır. Bütün bunları təkbaşına getməyə cürət etmədikdə, yoldaş axtarmağa başlayır. Təklif etdiyi hər kəs Billin təklifini rədd edir. Lakin köhnə bir dostu onunla getmək istədiyini deyir. Filmi izləməyiniz tövsiyə olunur.
Baş rollarda: Robert Redford, Nick Nolte, Emma Thompson
Janr: Dram, Komediya, Macəra
Rejissor: Ken Kwapis

Treyler

11. All Together Now (2020) – IMDb: 6.4

All Together Now

Amberi anasının sevgilisi evdən qovur. Bundan sonra Amber anası və itləri ilə bir avtobusda yaşamağa başlayır. Amber bu çətin günlərdən xilas olmaq üçün məktəb həyatında uğurlu olmağı hədəfləyir. 2020-ci ilin ən uğurlu filmlərindən biri sayılır.
Baş rollarda: Auli'i Cravalho, Carol Burnett, Justina Machado
Janr: Komediya, Dram
Rejissor: Brett Haley

Treyler

10. The BFG (2016) – IMDb: 6.4

The BFG

Div insanları yeməyəcəyini dedikdən sonra ətarfı tərəfindən qovulur. Uşaq evindəki kiçik bir qızla tanış olduqdan sonra onu yemək istəyən digər divlərdən qoruyur. Sahiblənmək duyğusunun əks olunduğu film olduqca maraqlıdır.
Baş rollarda: Mark Rylance, Ruby Barnhill, Penelope Wilton
Janr: Fantaziya, Macəra, Ailə
Rejissor: Steven Spielberg

Treyler

9. Nerve (2016) – IMDb: 6.5

Nerve

İnternetdə gedən "doğruluq, yoxsa cəsarət" oyununa qatılan məktəbli Vee cəsarəti seçir. Bu virtual reallıq oyununda zaman keçdikcə Vee öz addımlarının başqaları tərəfindən idarə olunduğunu başa düşür. Bu vəziyyətdən çıxmağın yeganə yolu oyunu qazanmaqdır.
Baş rollarda: Emma Roberts, Dave Franco, Emily Meade
Janr: Triller
Rejissor: Ariel Schulman, Henry Joost

Treyler

8. Nedimeler (2011) – IMDb: 6.8

Nedimeler

Annie bir gün rəfiqəsi Lillianın nişanlandığını öyrənir. Lillian ondan nədimə olmağını xahiş edir. Annie bu təklifi qəbul etsə də, məqsədi olur. O, toyun məhv olmaması üçün əlindən gələni edir.
Baş rollarda: Kristen Wiig, Rose Byrne, Maya Rudolph
Janr: Komediya, Romantik
Rejissor: Paul Feig

Treyler

7. Love, Rosie (2014) – IMDb: 7.2

Love, Rosie

Rosie və Alex çox səmimi dostlardır. Onlar heç vaxt bir-birinə aşiq olmağı düşünməyiblər. 18 yaşında etdikləri seçim nəticəsində uzaq düşürlər. Ancaq bir-birini unutmurlar. Ən yaxşı Netflix dostluq filmlərindən biridir.
Baş rollarda: Lily Collins, Sam Claflin, Christian Cooke
Janr: Romantik, Komediya
Rejissor: Christian Ditter

Treyler

6. Zibillik (2014) - IMDb: 7.2

Zibillik

Rafael və iki dostu həyatlarını Rionun gecəqondularında zibil toplamaqla keçirirlər. Bir gün zibillikdə bir cüzdan tapırlar. Rionun yerli polisi uşaqlara bu cüzdanı geri qaytarmaq üçün böyük bir mükafat təklif edir. Rafael və dostları cüzdanın daha qiymətli olduğunu başa düşürlər. Ürəkağrıdan səhnələri olan bu film təsirli hekayəsi sayəsində hər kəs tərəfindən sevilib.
Baş rollarda: Rooney Mara, Martin Sheen, Wagner Moura
Janr: Komediya, Dram, Macəra
Rejissor: Stephen Daldry

Treyler

5. Okja (2017) – IMDb: 7.3

Okja

Okja adlı donuzla Mija adlı bir qız birlikdə çox gözəl 10 il keçirirlər. Okjanın izinə düşən şirkət təcrübə məqsədilə onu qaçırır. Mija onu xilas etmək üçün hərəkətə keçir. Bu yolda qızın qarşısına pi fikirli insanlar çıxır. Mija baş verənləri bu insanlara izah edir. Bu kapitalist qrup Okja'nı öz xeyirləri üçün xilas etməyə çalışacaq. Buna görə Mijanı xilasetmə missiyası daha da çətinləşir.
Baş rollarda: Seo-Hyun Ahn, Tilda Swinton, Jake Gyllenhaal
Janr: Elmi-fantastik, Macəra, Dram
Rejissor: Bong Joon Ho

Treyler

4. IT (2017) – IMDb: 7.3

IT

7 yeniyetmə həyatındakı problemlərin öhdəsindən gəlməyə çalışarkən, şəhərdəki uşaqların qaçırılmasını eşidirlər. Bu gəncləri qorxulu kloun təqib edir. Onlarla kloun arasında mübarizə başlayır.
Baş rollarda: Bill Skarsgård, Jaeden Martell, Finn Wolfhard
Janr: Qorxu, Triller
Rejissor: Andy Muschietti

Treyler

3. The Edge of Seventeen (2016) – IMDb: 7.3

The Edge of Seventeen

Nadine sıxıntılarla yaşayan gənc qızdır. Bir gün Nadine rəfiqəsi Kristanın Darian ilə sevgili olduğunu öyrənir. Bunu eşidən Nadine özünü daha da tənha hiss edir. Bu çətin anında sevgilisi Erwin onu tək qoymur. Bunun sayəsində yenidən normallaşan qız həyatda tək olmadığını başa düşür.
Baş rollarda: Hailee Steinfeld, Haley Lu Richardson, Blake Jenner
Janr: Dram, Komediya
Rejissor: Kelly Fremon Craig

Treyler

2. Can Dostum (2011) – IMDb: 8.5

Can Dostum

Vaxtilə varlı iş adamı olan Phillippe paraşüt qəzası nəticəsində iflic olur. Həbsxanadan yenicə çıxmış Drissi özünə qulluq etmək üçün işə götürür. Onlar bundan sonra birlikdə yaşayırlar.
Baş rollarda: François Cluzet, Omar Sy, Anne Le Ny
Janr: Dram, Komediya
Rejissor: Eric Toledano, Olivier Nakache

Treyler

1. Shawshank Redemption (1994) - IMDb: 9.3

Shawshank Redemption

Uğurlu bir bankir olan Andy, arvadını və sevgilisini öldürməktə ittiham edilərək ömürlük həbs cəzası alır. Shawsank həbsxanasına gələn Andy, ətrafdakı pisliklərə baxmayaraq nikbin və ümidlidir. Həbsxanada özünə dost tapır. Onun bu qədər həyata bağlı olması digər məhbuslara da təsir edir. Film olduqca maraqlıdır və izləməyiniz tövsiyə olunur.
Baş rollarda: Tim Robbins, Morgan Freeman, Bob Gunton
Janr: Dram
Rejissor: Frank Darabont

Treyler

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
5275 dəfə oxundu
ilk.az-çılar nə deyir?