Dostluqla bağlı Netflix-də yer alan ən yaxşı 20 film

Netflix-də yer alan dostluq mövzulu filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

20. Dude (2018) IMDb: 5,1

Dude 2018

Liseyi bitirmələrinə iki həftə qalmış sevdiklərinin ölümü ilə sarsılan 4 gənc yaşadıqları tragediyalarla mübarizə aparırlar. Onlar həyatlarını qaydaya salmaq üçün çalışırlar.

Rollarda: Lucy Hale, Austin Butler, Alexandra Shipp
Janr: komediya, dram
Rejissor: Olivia Milch

Treyler

19. Tall Girl (2019) IMDb: 5,2

Tall Girl 2019

Məktəbdə hamıdan ucaboy olan Jodi buna görə digər məktəblilərin tənəsinə məruz qalır. O, bir gün məktəbdə özündən uzun birini görür. Jodi onunla ünsiyyət qurmaq istəyir. Stig adlı bu oğlana digər qızlar da maraq göstərdiyindən, Jodinin işi asan olmur. O, rəfiqəsinin köməyi ilə tamam dəyişir.

Rollarda: Ava Michelle, Griffin Gluck, Luke Eisner
Janr: komediya, romantik
Rejissor: Nzingha Stewari

Treyler

18. Rim of the World (2019) IMDb: 5,2

Rim of the World 2019

Bir-birindən fərqli xarakterlərə sahib olan dörd gənc əylənmək üçün tətil planı qururlar. Dünyanın yadplanetlilər tərəfindən istila edildiyini öyrənən gənclər dünyanı qorumaq üçün onlara verilən bir açarın sirrini çözməyə çalışırlar. Çətin sınaqlar onları gözləyir.

Rollarda: Jack Gore, Miya Cech, Benjamin Flores Jr.
Janr: macəra, komediya
Rejissor: Mcg

Treyler

17. Wine country (2019) IMDb: 5,4

Wine country 2019

Amy rəfiqəsi Rebeccanın doğum gününü qeyd etmək üçün köhnə dostlarını çağırır. Qrup gözəl bir tətildə Rebeccanın doğum gününü qeyd edir. Onlar içki qəbul edir və yaşadıqları pis anları xatırlayır. Bu səbəbdən tətil pis ab-hava alır.

Rollarda: Amy Poehler, Maya Erskine, Maya Rudolph
Janr: komediya
Rejissor: Amy Poehler

Treyler

16. Someone Great (2019) IMDb: 6,2

Someone Great 2019

Musiqi müxbiri olmaq istəyən gənc qadına gözəl bir təklif gəlir. Bunu dəyərləndirmək üçün San-Fransiskoya köçməli olan qadının sevgilisi onun getməyini istəmir. Janny ondan ayrılmağa məcbur olur. Film maraqlı səhnələri ilə diqqət çəkir.

Rollarda: Gina Rodriguez, Lakeith Stanfield, DeWanda Wise
Janr: romantik, komediya
Rejissor: Jennifer Kaytin Robinson

Treyler

15. Veronica (2017) IMDb: 6,2

Veronica 2017

Atasını itirən gənc qız evdə bacı-qardaşlarına baxmağa məcbur olur. Atasının ölümü onu çox üzür. O, məktəbdə dostları ilə birlikdə atasının ruhunu çağırmağa cəhd edir. Qız evə qayıdanda yaşadığı binaya pis bir varlığın girdiyindən şübhələnir.

Rollarda: Sandra Escacena, Bruna Gonzalez, Claudia Placer
Janr: qorxu
Rejissor: Paco Plaza

Treyler

14. The Ritual (2017) IMDb: 6,3

The Ritual 2017

Yaxın dostlarını itirən dörd köhnə dost yenidən bir araya gəlib İsveçin vəhşi təbiətində yürüşə çıxırlar. Onlar qayıdanda meşədə azırlar və sirli bölgəyə gəlib çıxırlar. Onları naməlum varlıq təqib edir.

Rollarda: Rafe Spall, Rob James Collier, Arsher Ali
Janr: qorxu, triller, sirr
Rejissor: David Bruckner

Treyler

13. Hustlers (2019) IMDb: 6,3

Hustlers 2019

Çətin durumda olan striptizçi və onun müəllimi iqtisadi böhran zamanı Wall Street-də işləyən varlı müştərilərdən faydalanmaq üçün onları şantaj etməyə qərar verir. Onlar bunun üçün hər yola əl atırlar.

Rollarda: Constance Wu, Jennifer Lopez, Julia Stiles
Janr: komediya, dram
Rejissor: Lorena Scafaria

Treyler

12. A Walk in the Woods (2015) IMDb: 6,3

A Walk in the Woods

Uzun müddətdir səfərə çıxmayan Bill bunu sona çatdırmaq istəyir. O, 5 aylıq bir səfər planlaşdırır. Özünə yol yoldaşı axtarır. Axtardığı şəxs Billin təklifini qəbul etmir. Keçmiş dostu Billə zəng edir və onunla səfərə çıxacağını deyir.

Rollarda: Robert Redford, Nick Nolte, Emma Thompson
Janr: dram, komediya, macəra
Rejissor: Ken Kwapis

Treyler

11. All Together Now (2020) IMDb: 6,4

All Together Now 2020

Amber anasının sevgilisi tərəfindən evdən qovulur. O, anası və itləri ilə birlikdə avtobusda yaşamağa başlayır. Amber çətin günlərdən qurtulmaq üçün məktəbdə uğurlu olmağı hədəfləyir.

Rollarda: Auli'i Cravalho, Carol Burnett, Justina Machado
Janr: komediya, dram
Rejissor: Brett Haley

Treyler

10. The BFG (2016) IMDb: 6,4

The BFG

Bir div insanları yeməkdən imtina etdiyi üçün digər divlər tərəfindən qovulur. Yetimxanada bir qızla tanış olur və onu digər divlərdən qorumağa çalışır. Div qızı böyütməyə və təhsilə yönləndirməyə səy göstərir.

Rollarda: Mark Rylance, Ruby Barnhill, Penelope Wilton
Janr: fantastik, macəra, ailə
Rejissor: Steven Spielberg

Treyler

9. Nerve (2016) IMDb: 6,5

Nerve 2016

İnternetdə olan "doğruluq, cəsarət" oyununa qatılan Vee cəsarəti seçir. O, zaman keçdikcə atdığı addımların oyun tərəfindən izlənildiyini anlayır. Bundan xilas olmaq üçün oyunda qələbə qazanmalıdır.

Rollarda: Emma Roberts, Dave Franco, Emily Meade
Janr: triller
Rejissor: Ariel Schulman, Henry Joosi

Treyler

8. Gəlinlər (2011) IMDb: 6,8

Gəlinlər 2011

Annie yaxın dostu Lillianın nişanlandığını öyrənir. Lillian ondan kömək istəyir. Annie onu məyus etməmək üçün əlindən gələni edir. Film maraqlı səhnələri ilə diqqət çəkir.

Rollarda: Kristen Wilg, Rose Byrne, Maya Rudolph
Janr: komediya, romantik
Rejissor: Paul Feig

Treyler

7. Love, Rosie (2014) IMDb: 7,2

Love, Rosie

Uşaqlıq dostları olan Rosie və Alex heç zaman bir-birinə sevgili olmaq gözü ilə baxmırlar. Onlar bir müddət ayrı-ayrı yerlərdə yaşamağa məcbur qalırlar. Uzaq olasalar da, yaşadıqlarını unutmurlar.

Rollarda: Lily Collins, Sam Claflin, Christian Cooke
Janr: romantik, Cooke
Rejissor: Christian Ditter

Treyler

6. Trash (2014) IMDb: 7,2

Trash 2014

Raphael və iki dostu Rionun kənar məhəllələrində zibil yığmaqla məşğuldurlar. Onlar bir gün bir pulqabı tapırlar. Polis pulqabını qaytarmaq müqabilində dostlara pul mükafatı vəd edir. Onlar pulqabının daha dəyərli olduğunu anlayırlar.

Rollarda: Rooney Mara, Martin Sheen, Wagner Moura
Janr: komediya, dram, macəra
Rejissor: Stephen Daldry

[trailer]https://youtu.be/VN08JrXZ9eM[trailer]

5. Okja (2017) IMDb: 7,3

Okja 2017

Okja adlı sevimli heyvanla Mija adlı qız birlikdə gözəl vaxt keçirirlər. Bir beynəlxalq şirkət üzərində təcrübə aparmaq məqsədilə Okjanı qaçırır. Mija onu xilas etmək istəyir. Film olduqca maraqlı səhnələrə malikdir.

Rollarda: Seo-Hyun Ahn, Tilda Swinton, Jake Gyllenhaal
Janr: elmi-fantastik, macəra, dram
Rejissor: Bong Joon Ho

Treyler

4. It (2017) IMDb: 7,3

Dostluqla bağli Netflix filmləri

Problemləri ilə əlləşən 7 gənc qəsəbədəki uşaqların oğurlandığını öyrənir. Onları bir klon təqib edir. Gənclər bu klonla mübarizə aparmalı olurlar.

Rollarda: Bill Skarsgard, Jarden Martell, Finn Wolfhard
Janr: qorxu, triller
Rejissor: Andy Muschietti

Treyler

3. The Edge of Seventeen (2016) IMD8: 7,3

The Edge of Seventeen

Nadine problemləri ilə mübarizə aparan gənc qızdır. O, bir gün rəfiqəsi Kristanın qardaşı Darianla sevgili olduğunu öyrənir. Bundan sonra Nadine özünü daha tənha hiss edir. Dostu Erwin onun yanında olmağa çalışır. Nadine yenidən normal həyata qayıdır və əslində yalnız olmadığını başa düşür.

Rollarda: Hailee Steinfeld, Haley Lu Richardson, Blake Jenner
Janr: dram, komediya
Rejissor: Kelly Fremon Craig

Treyler

2. Can dostum (2011) IMDb: 8,5

Can dostum 2011

Vaxtilə varlı iş adamı olan Phillippe paraşütlə qəza keçirir və iflic olur. Boynundan aşağı hissəsi işləməyən kişi həbsxanadan yeni çıxmış Drissi özünə qulluq etmək üçün işə alır. Onlar bundan sonra birlikdə vaxt keçirirlər.

Rollarda: François Cluzet, Omar Sy, Anne Le Ny
Janr: dram, komediya
Rejissor: Eric Toledano, Olivier Nakache

Treyler

1. Əsarətin bədəli (1994) IMDb: 9,3

Əsarətin bədəl 1994

Uğurlu bankçı olan Andy arvadı və sevgilisini öldürməkdə təqsirli bilinərək həbs olunur. Shawsank həbsxanasına gətirilən Andy burada da ümidini itirmir. O, gənc məhkumla dostlaşır. Onun həyata bu qədər bağlı olması ətrafındakı insanlara da təsir edir.

Rollarda: Rim Robbins, Morgan Freeman, Bon Gunton
Janr: dram
Rejissor: Frank Darabont

Treyler

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2812 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 961
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5694
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1745
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2369
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6852
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2522