Ən çox gəlir qazanan 10 film

Yenilənmə tarixi: 2021-08-22

Hər il fərqli mövzu və məzmunlu minlərlə film buraxılır. Bəziləri uğurlu aktyor heyəti ilə, bəziləri isə gözəl hekayəsi ilə böyük təsir bağışlayır. Bəzi filmlər yüksək gəlirləri ilə heyrətləndirir. Dünyada yayımlanan və rezonans doğuran ən yaxşı filmlər, ümumiyyətlə, böyük müvəffəqiyyəti olan filmlər kimi tanınır. Bütün zamanların ən çox gəlir gətirən 10 filmi burada! Uğurlu heyəti və müdhiş mövzuları ilə yaddaşlarda qalan ən yaxşı filmləri izləməlisiniz. Bu məqalədə ən çox gəlir əldə edən 10 filmi təqdim edirik.

Hər il müxtəli mövzularda yüzlərlə film çəkilir. Onlardan uğurluları çoxdur. Bəzi filmlər isə əldə etdikləri gəlirə görə fərqlənirlər. Həmin filmlərin siyahısını təqdim edirik:

10. Harry Potter and the Deathly Hallows - 1,341 milyard dollar

Harry Potter and the Deathly Hallows

J.K.Rowling tərəfindən yazılan fantastik roman seriyası Harry Potter, 2001 -ci ildə "Fəlsəfə Daşı" filmi ilə film sektorunda yoluna başladı və son filmi "Ölüm Yadigarları" ilə ən yüksək gəlir əldə etdi. Ümumilikdə 2 bölümdən ibarət olan "Harry Potter və Ölüm Yadigarları", 2011 -ci ildə çıxan ikinci bölümü ilə 1.341 milyard dollar qazandı.

Treyler

9. Avengers: Age of Ultron - 1,405 milyard dollar

Avengers: Age of Ultron

Marvel komiksindən hazırlanan "Avengers: Age of Ultron" 2012-ci ildə ilk seriyanın ikinci filmi kimi təqdim olundu. Marvel super qəhrəmanlarından ibarət film 279 milyon dollar büdcəsi ilə seriyanın ən bahalı filmi oldu. Film yayımlandıqdan qısa müddət sonra 1,405 milyard dollar gəlir əldə etdi.

Treyler

8. Furious 7 - 1,516 milyard dollar

Furious 7

İlk olaraq 2001-ci ildə yayımlanan Amerika filmi 7 seriyası ilə 1.516 milyard dollar gəlir əldə edib. Milyonlarla izləyicisi olan filmin 190 milyon dollar büdcəsi olub.

Treyler

7. Avengers - 1,518 milyard dollar

Avengers

“Marvel Studios” tərəfindən 2012-ci ildə yayımlanan “Avengers” Marvelin 6-cı bədii filmi olaraq buraxılıb. Filmin 220 milyon dollar büdcəsi olub. Qısa müddətdə milyonlarla tamaşaçının rəğbətini qazanan film 1,518 milyard dollar qazanıb.

Treyler

6. Jurassic World - 1,671 milyard dollar

Jurassic World

Jurassic World, Jurassic Park seriyasının dördüncü bölümü, 2015 -ci ildə yayımlanan bir Amerika fantastika və macəra filmidir. Rejissoru Colin Trevorrow olan film, 150 milyon dollar büdcəsi ilə Hollivudun ən yaxşı filmlərindən biridir. Çıxışından qısa müddət sonra film kassadan 1.671 milyard dollar gəlir əldə etdi.

Treyler

5. Avengers: Infinity War - 2,050 milyard dollar

Avengers: Infinity War

2018-ci ildə yayımlanan fantastika filmidir. Marvel super qəhrəmanlarının yenidən qovuşduğu “Sonsuzluq Müharibəsi “filmi 360 milyon dollarlıq büdcəsi ilə seriyanın ən bahalı filmi olub. Dünyada yayımlanan film ümumilikdə 2,050 milyard dollar gəlir əldə edib.

Treyler

4. Star Wars: The Force Awakens - 2,068 milyard dollar

Star Wars: The Force Awakens

“Ulduz Müharibələri“ seriyasının 7-ci filmi olan "Güc oyanır" 17 dekabr 2015-ci ildə yayımlanıb. J.J. Abramsın rejissoru olduğu film, 200 milyon dollarlıq büdcəsi ilə bütün dünyada məşhurlaşıb. İlk 10 gündə 1 milyard dollardan çox qazanc əldə edib.

Treyler

3. Titanic - 2.187 milyard dollar

Titanic

Kate Winslet və Leonardo DiCaprio-nun baş rollarını oynadığı Amerika istehsalı olan Titanik, 1997-ci ildə çıxdıqdan dərhal sonra 11 Oskar mükafatına layiq görülmüşdür. Dram və epik romantik filmi müvəffəqiyyətli ssenarist Ceyms Kameron tərəfindənçəkilib. Film, tarixin ən ağrılı və bahalı qəzalarından biri olaraq göstərilən Titanik fəlakətindən bəhs edir. Kassada cəmi 2.187 milyard dollar ilə ən çox qazanan filmlərdən biridir.

Treyler

2. Avatar - 2.788 milyard dollar

Avatar

2009-cu ildə ABŞ-da çəkilmiş fantastik filmdir. Filmin ssenarisi “Terminator”, “Titanik” və “Məxluq” filmlərinin prodüseri Ceyms Kameron tərəfindən yazılıb və çəkilib. Üç ölçülü kino texnikası ilə çəkilən filmin büdcəsi 237 milyon dollar təşkil edib. 2.788 milyard dollarlıq rekord gəlir əldə olunub.

Treyler

1. Avengers: Endgame - 2.791 milyard dollar

Avengers: Endgame

“Yenilməzlər” seriyasının 2019-cu ildə yayımlanan filmi “Marvel Comics”-in super qəhrəman qrupu tərəfindən ehtiva olunub. Russo qardaşlarının çəkdiyi film 2018-ci ildə nümayiş olunub. Cəmi büdcəsi 356 milyon dollar olan filmin gəliri 2.791 milyard dollar təşkil edib.

Treyler

Digər film tövsiyələrimiz:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
6841 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
sədaqət (3 il əvvəl)
Cox xoşma gəlir
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 961
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5694
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1745
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2370
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6852
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2522