Ən yaxşı 20 rus filmi

Kino aləmində iz qoymuş və izlənilməli olan rus filmlərini bir araya gətirmişik. Müxtəlif janrlarda çəkilmiş həmin 20 filmi sizə təqdim edirik:

20. Peyk (2020) IMDb: 6.4

Soyuq müharibə dövründə Sovet kosmik gəmisində baş verən qəzadan bir nəfər xilas olur. O, psixoloji durumu ilə bağlı psixoloqa müraciət edir. Psixoloq sonra onunla birlikdə təhlükəli bir məxluqun doğulmuş ola biləcəyindən şübhələnir.

Janr: Elmi-fantastik, Triller
Rollarda: Oksana Akinshina, Fedor Bondarchuk, Pyotr Fyodorov
Rejissor: Egor Abramenko

Treyler

Peyk

19. Vtorzhenie (2020) IMDb: 5.6

Yadplanetlilərin istilasından 3 il keçir. Rusiyada yaşayan Yulya adlı bir qız laboratoriyada dovşan kimi istifadə edilmək məqsədilə tutulur. Bu qız yadplanetlilər ilə əlaqə qura bilir. Yadplanetlilərlə ikinci bir müharibədə insan irqi onlardan üstün olmaq istəyir. Yulyanın fövqəladə gücləri daha da inkişaf edir. Yadplanetlilərlə insanlar arasındakı müharibəni kim qazanacaq?

Rollarda: Alexander Petrov, Irina Starshenbaum, Oleg Menshikov, Rinal Mukhametov, Yuriy Borisov
Rejissor: Fyodor Bondarchuk

Treyler

Vtorzhenie

18. Persian Lessons (2020) IMDb: 7.0

Gilles gənc və yaraşıqlı bir insandır. SS tərəfindən tutulur və yəhudilərlə birlikdə Almaniyadakı bir düşərgəyə göndərilir. İranlı olduğuna and içərək edam cəzasından xilas olur. Bu yalan onu müvəqqəti xilas etsə də, gələcəkdə problem yaşayacaq.

Janr: Tarixi, Dram, Müharibə
Rollarda: Nahuel Perez Biscayart, Lars Eidinger, Jonas Nay
Rejissor: Vadim Perelman

Treyler

Persian Lessons

17. Kalashnikov (2020) IMDb: 6.5

Film Mikhail Kalashnikov adlı bir müharibə veteranının həyatını əks etdirir. 28 yaşlı kişi müharibə illərində çox çətinliklə “Kalaşnikov” tüfəngini icad etməyi bacarır. AK-47-nin istehsalı filmdə öz əksini tapıb.

Janr: Tarix, Dram
Rollarda: Yuriy Borisov, Olga Lerman, Artur Smolyaninov, Eldar Kalimulin
Rejissor: Konstantin Buslov

Treyler

Kalashnikov

16. Balkanskiy Rubezh (2019) IMDb: 6.5

Film Yuqoslaviyanın dağılmasından sonra 1998-ci ildə Serbiya Polisi ilə Kosova Azadlıq Ordusu arasındakı qarşıdurmanı təsvir edir. Münaqişənin güclü və pis tərəfi Kosovodur, qurbanı isə serblərdir.

Janr: Aksiyon, Müharibə
Rollarda: Ingeborga Dapkunaite, Milos Bikovic, Sergey Garmash, Yuri Kutsenko
Rejissor: Andrei Volgin

Treyler

Balkanskiy Rubezh

15. Epidemiya (2019) IMDb: 7.3

Ölümcül virus Moskvanı bürüyür. Elektrik enerjisi, yanacaq yoxdur. Sevgilisi və autizmli oğlu ilə yaşayan Sergei hələlik təhlükəsizdir. Sergei keçmiş arvadını və Moskvada yaşayan oğlunu xilas etmək üçün oraya gedir. Keçmişdə baş verənləri unudaraq fəlakətdən qurtulmaq üçün mübarizə aparırlar.

Janr: Dram, Elmi fantastika
Rollarda: Maryana Spivak, Kirill Käro, Viktoriya Isakova
Rejissor: Yana Vagner

Treyler

Epidemiya

14. Uzun boylu qız (2019) IMDb: 7.1

İkinci Dünya Müharibəsindən sonra həyatlarını bərpa etməyə çalışan iki qadının hekayəsi təsvir olunub. Bir çox şəhərin dağılmasına və insanların fiziki və mənəvi cəhətdən zədələnməsinə səbəb olan İkinci Dünya Müharibəsinin təsirləri azalmır. Iya və Masha birlikdə həyatlarını yenidən qurmağa çalışırlar.

Janr: Dram, Müharibə
Rollarda: Viktoria Miroshnichenko, Vasilisa Perelygina, Andrey Bykov
Rejissor: Kantemir Balagov

Treyler

Uzun boylu qız

13. Avanpost (2019) IMDb: 6.1

Nə atom müharibəsi başlayıb, nə terror var… Hər şey çox yaxşı davam edərkən, dünyanın bir çox yerində izahı olmayan hadisə səbəbindən əlaqə kəsilir. Yalnız Şərqi Avropada elektrik var. Hərbi qüvvələr bu hadisəni araşdırmağa başladıqda, bir çox bölgədə cəsədlərlə qarşılaşırlar. Bəs dünyanı kim məhv etmək istəyir?

Janr: Aksiyon, Elmi-fantastik, Triller
Rollarda: Filipp Avdeyev, Yuriy Borisov, Aleksey Chadov
Rejissor: Yegor Baranov

Treyler

Avanpost

12. T-34 (2018) – IMDb: 6.6

İkinci Dünya Müharibəsi illərindən bəhs edən unudulmaz rus filmi “T-34”, dövrün ən güclü tankına sahib olan bir qrup rus əsgərinin ecazkar mübarizəsindən bəhs edir. Filmin ən diqqət çəkən tərəfi müharibə səhnələrindəki effektlərdir.

Janr: Müharibə, Aksiyon, Dram
Rollarda: Alexander Petrov, Vinzenz Kiefer, Irina Starshenbaum
Rejissor: Aleksey Sidorov

Treyler

T-34

11. The Student (2016) – IMDb: 6.9

Həyatı və yaşadığı hadisələri sorğulamağa başlayan Veniamin, mistikanın ortasında qalan bir gəncdir. Veniamin cəmiyyətin mədəniyyətinə, əxlaqına və hətta bütün ümumi qaydalara qarşıdır. Biologiya müəllimi Elena hamının sıxıldığı bu gənc oğlanla ünsiyyət qurmağı bacaran yeganə şəxsdir.

Janr: Dram
Rollarda: Alicia Leigh willis, Blake Michael, Travor St. John, Lindsay Hartley
Rejissor: Steven R. Monroe

Treyler

The Student

10. Bitva za Sevastopol (2015) – IMDb: 7.1

Böyük Vətən Müharibəsi qəhrəmanı Lyudmila Pavlichenkonun həyatından bəhs edir. Müharibə illərində əla snayper olduğu öyrənilən Pavlichenko 309 alman əsgərini öldürür. Möhtəşəm bir ssenari ilə izah edilən bu bioqrafik filmə mütləq baxmalısınız.

Janr: Dram, Bioqrafiya, Romantik
Rollarda: Yuliya Peresild, Yevgeni Tsyganov, Joan Blackham
Rejissor: Sergei Mokritsky

Treyler

Bitva za Sevastopol

9. Voditel dlya Very (2004) – IMDb: 7.1

Məhşur rejissor Pavel Chukhrayın filmidir. 1960-cı illərdəki Soyuq Müharibə dövründə baş vermiş insan faciəsindən bəhs edir. Filmdə dramatic hadisələr yer alıb. Bogdan Stupka, Igor Petrenko, Yelena BabenkoAndrey Panin kimi aktyorlar rol alıb.

Janr: Dram, Romantik
Rollarda: Bogdan Stupka, Igor Petrenko, Yelena Babenko, Andrey Panin
Rejissor: Pavel Chukhraj

Treyler

Voditel dlya Very

8. Salyut – 7 (2017) – IMDb: 7.2

Kosmik tarixin ən çətin missiyası sayılan 1985-ci ildə həyata keçirilən kosmik missiya “Salyut -7” filmində tamaşaçılara təqdim edilib. Salyut-7 bazasında müəmmalı hadisələr baş verir. Tədqiqatçılar təhlükələrlə üzləşirlər. Filmdə Vladimir Vdovichenkov, Pavel DerevyankoAleksandr Samoylenko kimi aktyorlar rol alıb.

Janr: Aksiyon, Dram, Tarix
Rollarda: Lyubov Aksyonova, Vladimir Vdovichenkov, Pavel Derevyanko
Rejissor: Klim Shipenko

Treyler

Salyut - 7

7. Mongol: The Rise of Genghis Khan (2007) – IMDb: 7.2

Tarixin ən güclü və qəddar hökmdarı Çingiz Xanın həyatından bəhs edən bu unudulmaz filmin rejissoru Sergey Bodrovdur. Film Qazaxıstan, Rusiya və Almaniyanın birgə istehsalıdır və Çingiz Xanın Monqol imperatorluğunu qurmaq üçün apardığı mübarizəsini əks etdirir.

Janr: Tarix, Bioqrafiya, Müharibə
Rollarda: Tadanobu Asano, Aliya, Tegen Ao, Ying Bai
Rejissor: Sergey Bodrov

Treyler

Mongol: The Rise of Genghis Khan

6. The Italian (2005) – IMDb: 7.5

Rus ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “The Italian” filmi anasını axtaran kiçik bir uşaqdan bəhs edir. Bir müddət yetimxanada qalan uşaq italyan ailəyə övladlığa verilir. Ancaq uşağın düşündüyü tək şey əsl ailəsini yenidən tapmaqdır.

Janr: Ailə, Dram
Rollarda: Mariya Kuznetsova, Darya Yugrens, Olga Shuvalova
Rejissor: Andrei Kravchuk

Treyler

The Italian

5. Leviathan (2014) – IMDb: 7.6

Filmdə Leviathan Nikolay və ailəsinin dramla dolu hekayəsi əks olunub. Ömrü boyu çalışaraq bir şey əldə etməyi bacaran Nikolay ailəsinə rahat həyat bəxş edib. Ancaq yaşadıqları bölgənin bələdiyyə başçısı Nikolayın torpağını əlindən almaq istəyir. Rüşvət və korrupsiya ilə məhkəmə qərarı verən bələdiyyə başçısı ailəni evindən qovmaqda israrlıdır. Nikolay keçmiş əsgərlik dostu Dmitriy Seleznyovdan kömək istəyir. Ancaq bu istəyin nəticəsi heç də yaxşı olmayacaq.

Janr: Dram
Rollarda: Vladimir Vdovichenkov, Aleksey Serebryakov, Anna Ukolova, Roman Madyanov, Aleksey Rozin
Rejissor: Andrey Zvyagintsev

Treyler

Leviathan

4. Loveless (2017) – IMDb: 7.6

Ailələrini qorumağa çalışan ZhenyaBoris uzun müddətdir dava-dalaş edirlər. Boşanmaq istəyən cütlük yeni bir həyat qurmağın astanasındadır və 12 yaşındakı oğulları Alyoshanı düşünmürlər. Ancaq kiçik oğlan valideynlərinin bütün mübahisələrini eşidib zehni sarsıntı keçirir. Uşaq evdən qaçır, ailə isə bundan gec xəbər tutur.

Janr: Dram
Rollarda: Maryana Spivak, Aleksey Rozin, Matvey Novikov, Andris Keiss
Rejissor: Andrey Zvyagintsev

Treyler

Loveless

3. The Return (2003) – IMDb: 8.0

Filmdə baş rollarda Vladimir GarineKonstantin Lavronenko çəkilib. Uzun illər atalarından ayrı qalan Vanya və Andrey adlı iki qardaş bir-birlərinə möhkəm bağlanıblar. Başqa dostları olmayan qardaşlar ataları gəldikdə sevinirlər. Ataları onları tətilə aparır. Qardaşlar bundan sıxılırlar və atalarının onların azadlığını məhdudlaşdırdığını düşünürlər.

Janr: Dram
Rollarda: Vladimir Garine, Konstantin Lavronenko, Nataliya Vdovina
Rejissor: Andrey Zvyagintsev

Treyler

The Return

2. Brother (1997) – IMDb: 8.0

Rus kinosunun kult istehsallarından biri olan film nümayiş olunduğu illərdə məşhurlaşmasa da, 2000-ci illərdə böyük populyarlıq qazanıb. Keçmiş əsgərin hekayəsindən bəhs edən filmin rejissoru Aleksey Balabanovdur. Filmdə Sergey Bodrov, Viktor SukhorukovSvetlana Pismichenko kimi aktyorlar rol alıb.

Janr: Cinayət, Dram
Rollarda: Sergey Bodrov, Viktor Sukhorukov, Sergei Makovetsky
Rejissor: Aleksey Balabanov

Treyler

Brother

1. The Ascent (1977) – IMDb: 8.3

İkinci Dünya Müharibəsi ilə bağlı əfsanəvi istehsallardan biri olan “The Ascent” filmi sovet partizanı olan SotnikovRybakın həyəcanlı macəralarından bəhs edir. Filmdə qida tapmaq üçün Belarusda bir qəsəbəyə gedən iki dost geri dönərkən alman əsgərləri ilə qarşılaşır. Bir müddət keçir, Sotnikov vurulur. Onlar almanlara əsir düşürlər. Baş rolları Boris Plotnikov, Vladimir GostyukhinSergey Yakovlev canlandırıb.

Janr: Macəra, Dram, Aksiya
Rollarda: Boris Plotnikov, Vladimir Gostyukhin, Sergey Yakovlev
Rejissor: Larisa Shepitko

Treyler

The Ascent

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
11081 dəfə oxundu
ilk.az-çılar nə deyir?