Ən yaxşı 20 türk qorxu filmi

Tək izləməyə qorxacağınız Türkiyə qorxulu filmlərinin siyahısını tərtib etmişik. Onlar aşağıdakılardır.

Ən qorxulu türk filmlərinə maraq göstərənlər üçün əla filmlərlə qarşınızdayıq. Budur, son illərdə yayımlanan və sizi gecə yuxusuz edəcək türkcə qorxu filmləri.

Türk Korku Filmleri;

Filmlər IMDb sıralamasına görə azdan-çoxa sıralanmışdır.

20. Baskın (2015) - IMDb: 5,7

Baskın (2015)

Can Evrenolun ilk uzunmetrajlı filmidir. Polis qrupunun getdikləri binada başlarına gələn olaylardan bəhs edir. Möhtəşəm səhnələri və musiqisi ilə fərqlənir.

Treyler

19. Magi (2016) - IMDb: 5.9

Magi (2016)

Rejissoru Hasan Karacadağdır. ABŞ-lı jurnalist Oliviya Vatkinsin türkiyədə yaşayan bacısının təcili olaraq Türkiyəyə çağırılması və bundan sonr yaşananlardan bəhs olunur. Türkiyədə ən çox baxılan qorxu filmlərindəndir.

Treyler

18. 666 Cin Musallatı (2017) - IMDb: 6.0

666 Cin Musallatı (2017)

Qorxu ssenariləri yazmaqla dolanan Gürkan bir gün maraqlı bir olayla tanış olur. Detalları öyrənmək üçün Karaköyə gedir. Burada Nihal adlı qızı özünü psixoloq kimi təqdim edir və orada yaşamağa razılıq alır. Qəribə hadisələr bundan sonra başlayır.

Treyler

17. Kafir (2018) - IMDb: 6.0

Kafir (2018)

Rejissoru Hasan Gökalpdır. Xoşbəxt cütlüyə cadu olunmasından bəhs olunur. Bacısı Ayşə ilə birgə yaşayan Yasəmən nişanlısı ilə gözəl gələcək planlaşdırır. Lakin bacısının kabus görməsi hər şeyi dəyişir. Yasəmənə tilsim olunub. Son illərin uğurlu filmlərindən biridir.

Treyler

16. Dabbe 6 (2015) - IMDb: 6,1

Dabbe 6 (2015)

Mükadder bir gecə anidən ölür. Ölüm səbəbi kimi beyninə qan sızma göstərilir. Qızı isə anasının ölüm səbəbini naməlum dildə danışan, qara üzlü və sürətlə hərəkət edən varlıqlara bağlayır. Varlıqlar zamanla ona da təsir edirlər. Gərginlik başlayır.

Treyler

15. Musallat (2007) - IMDb: 6.1

Musallat (2007)

2007-ci ildə çəkilən filmdə bir-birinə qəlblərini vermiş Suat və Nurcandan bəhs olunur. Cütlük kənddə xoşbəxt yaşayarkən üzərlərini qara bulud örtür. Cadu olunduqlarını anlayan Nurcan mübarizəyə başlayır.

Treyler

14. Dabbe: Bir Cin Vakası (2012) - IMDb: 6,3

Dabbe: Bir Cin Vakası (2012)

Dabbe” seriyasının ikinci filmidir. İlk filmində uğur qazanan Karacadağ bu filmiylə də diqqət mərkəzinə düşüb.

Treyler

13. Küçük Kıyamet (2006) - IMDb: 6,3

Küçük Kıyamet (2006)

Filmdə Başak Köklükaya, Cancel Elçin, Binnur Kaya, İlkər Aksum, Bora Akkas kimi aktyorlar yer alıb. Filmdə İstanbuld ölən zəlzələdə anasını itirən Bəlgənin yaşadığı narahatlıqlar və travmalar əks olunub. O, yerləşdiyi cənub qəsəbəsində qeyri-adi olaylarla rastlaşır.

Treyler

12. Siccin 2 (2015) - IMDb: 6.5

Siccin 2 (2015)

Filmdə Adnan və Hicran cütlüyünün uşaqlarının qəzada ölməsindən sonra həyatlarının dəyişməsi öz əksini tapıb. Hicranın psixologiyası pozulur, Adnan isə bu durumu dəyişmək üçün çalışır.

Treyler

11. Cin-i ayet (2018) - IMDb: 6.7

Cin-i ayet (2018)

Son illərin ən yaxşı qorxu filmlərindəndir. Filmdə cinlərlə mübarizə aparan Salihin başına gələnlər təsvir olunub. Hər səhnəsi həyəcanlı və qorxuludur.

Treyler

10. Kapıdaki Sır (2018) - IMDb: 6.7

Kapıdaki Sır (2018)

Türkiyədə çəkilən ən yaxşı qorxu filmlərindən biridir. Filmdə 200 il əvvəl bir qadının ərinin gizli təriqətlə anlaşması və onun qaydalarına əməl etməməsi, bunun nəticəsində yaşanan paranormal olaylardan bəhs olunur.

Treyler

9. Siccin 5 (2018) - IMDb: 6.8

Siccin 5 (2018)

12 yaşlı Halə və ailəsinin başına gələn qorxulu hadisələrdən bəhs olunur. Halənin atası o uşaqkən yoxa çıxır. O, yuxuda atasının onu bir evə çağırdığını görür. Bu kabuslar onun ailəsini də gərginliyə salır.

Treyler

8. Siccin 3: Cürmü Ask (2016) - IMDb: 6.9

Siccin 3: Cürmü Ask (2016)

Orhan və Sedat yaxın dostdurlar. Aradan illər keçir, Orhan Sedatın bacısı Kadərə aşiq olur. Sedat qəzaya düşdükdə isə onların həyatı dəyişir. Sedatın oğlu şikəst olur, Kader isə yaddaşını itirir. Orhan bu qəzada Sedatı günahkar bilir. Hər şey daha da pisləşir.

Treyler

7. Tez: 13. Gece (2019) - IMDb: 6.9

Tez: 13. Gece (2019)

Gaye universitetdə psixoloji problemləri olan Narinlə tanış olur. O, psixoloji çalışmasında nailiyyət əldə etmək üçün Narinin evinə köçür. 13 gün hər şey yolunda gedir, lakin sonra Gayenin qardaşı Barış və dostları ondan xəbər ala bilmirlər. Qorxulu anlar yaşanır.

Treyler

6. Siccin 4 (2017) - IMDb: 6.9

Siccin 4 (2017)

Türkiyədə 4DX ilə çəkilmiş ilk filmdir. Filmdə bir vaxtlar zəngin olan ailənin kasıbladıqdan sonra ailənin ən yaşlı üzvü – Səadətin otağına yerləşməsi, bundan sonra qorxulu hadisələrin baş verməsi əks olunub.

Treyler

5. Üç Harfliler 3: Karabüyü (2016) - IMDb: 6,9

Üç Harfliler 3: Karabüyü (2016)

2016-cı ildə çəkilən filmdə valideynləri öldükdən sonra evlərində yaşamaq istəməyən Alevin başına gələn ürküdücü hadisələrdən bəhs olunur.

Treyler

4. Cinni: Uyanış (2016) - IMDb: 7.0

Cinni: Uyanış (2016)

Filmdə çətin günlər keçirən, sonra toparlanan Dilarənin başına gələn qəribə olaylar təsvir olunub. Dilarə işi ilə əlaqəli evdən çölə çox da çıxmır. Bir gün evinin bağçasında yatan ölü adamın yanında oyanır və bundan sonra həyatı dəyişir. Dostu ona kömək etsə də Dilarə heç kimə güvənmir.

Treyler

3. Dabbe: Cin Çarpması (2013) - IMDb: 7,1

Dabbe: Cin Çarpması (2013)

Filmdə evlənməyi planlaşdıran Kübranın bəzi varlıqlar tərəfindən ələ keçirildiyi təsvir olunub. Kübranın rəfiqəsi Ebru yaşananları aradan qaldırmağa çalışır. Son illərin ən uğurlu türk qorxulu filmlərindən sayılır.

Treyler

2. Üç Harfliler: Adak (2019) - IMDb: 7.2

Üç Harfliler: Adak (2019)

2019-cu ildə çəkilən filmdə Salih və Mətin adlı iki dostun meşəyə getməsi və burada Salihin başından vurulması təsvir olunub. Bundan sonra gözlənilməz hadisələr yaşanır. İki dost inanılmaz olaylarla üz-üzə gəlir.

Treyler

1. Üç Harfliler: Beddua (2018) - IMDb: 7.3

Üç Harfliler: Beddua (2018)

Anası öldürülən gənc qız intiqam almaq üçün şeytani ruh çağırır və sonra qorxulu olaylar yaşanır. Filmdə qorxulu səhnələr üstünlük təşkil edir.

Treyler

Məqaləyə emosiya bildir:
4 il əvvəl
12720 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (4)
ismayıl (1 il əvvəl)
Qorxulu kinolar baxmaq istyrəm
sebine (2 il əvvəl)
men qorxulu filim yüklemek isteyirem olmur
YUSİF MEHDİYEV (3 il əvvəl)
COX QOXDUM
Eli Severov (3 il əvvəl)
Bu vidolardan yuklemek isdeyerdim
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 947
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5685
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 11 ay əvvəl
  • 1738
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2360
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6843
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2511