Ən yaxşı 35 uşaq filmi

Uşaqların yaş səviyyələrinə uyğun olan ən gözəl filmlərin siyahısını hazırlamışıq. Onları təqdim edirik.

35. Dolittie (2020) IMDb: 6

Dolittie

Heyvanlarla danışa bilən John Dolittie adlı həkim kraliçanın xəstəliyini müalicə etmək üçün macəraya atılır. İngiltərənin ən yaxşı həkimlərindən olan Dolittie, ilk vaxtlar özünə qapanaraq ətrafdan təcrid olur. Kraliçanın xəstə olduğunu eşidəndə həyatı tamamən dəyişir.

Janr: uşaq, macəra
Rejissor: Stephen Gaghan
Rollarda: Robert Downey Jr., Antonio Banderas, Michael Sheen

34. Kirpi Sonic (2020) IMDb: 6,5

Kirpi Sonic (2020)

Şeytan xislətli həkimin əlində olan üzükləri geri almağa çalışan Kirpi Sonic, özünü təhlükəyə atır. Dövlət vəzifəliləri hər yerdə Sonici axtarırlar. Bu mübarizədə Sonicə yardım etmək istəyən Tom Wachowski adlı şerifin işi heç də asan deyil.

Janr: uşaq, macəra
Rejissor: Jeff Fowler
Rollarda: Ben Schwartz, James Marsden

33. Scoob (2020) IMDb: 5,7

Scoob (2020)

Fred, Velma və Daphe güclərini Scooby və Shaggy ilə birləşdirməyə qərar verir. Dünyaya təsir edən xəyalət köpək Cerberusu dayandırmaq üçün onlar mübarizə aparırlar.

Janr: uşaq, macəra
Rejissor: Tony Cervone
Rollarda: Will Forte, Mark Wahlberg, Jason Isaacs

32. Trolls World Tour (2020) IMDb: 6

Trolls World Tour

Dünyanı böyük təhlükdənən qurtarmaq üçün hərəkətə keçən Poppy və Branch təhlükələrlə üzləşirlər. Pis niyyətli Hard Rock qrupu bütün musiqi janrlarını məhv etmək istəyir. Poppy və Branch isə dostlarını toplayıb onları dayandırmağa çalışır.

Janr: uşaq, macəra
Rejissor: Walt Dohrn, David P. Smith
Rollarda: Anna Kendrick, Justin Timberlake, Rachel Bloom

31. SüngerBob Kare Pantolon: Firarda (2020) IMDb: 6

SüngerBob Kare Pantolon: Firarda (2020)

Gary Poseldon tərəfindən qaçırılır. Bu problemi həll etmək istəyən SüngerBob dostlarının köməyi ilə macəra dolu olaylara atılır.

Janr: uşaq, macəra
Rejissor: Tim Hill
Rollarda: Tim Hill, Clancy Brown, Bill Fagerbakke

30. The Croods: A New Age (2020) IMDb: 7

The Croods: A New Age (2020)

Qədim dövrdə yaşayan Betterman ailəsi Crood ailəsindən hər baxımdan daha yaxşı olduğunu iddia edir.filmin dublyajında Nicolas Cage, Emma Stone kimi məşhurlar iştirak edib.

Janr: uşaq, macəra
Rejissor: Joel Crawford
Rollarda: Nicolas Cage, Emma Stone, Ryan Reynolds

29. Chicken Run (2000) IMDb: 7

Chicken Run

Fermada diktatorluq rejimi quran xanım Tweeynin təzyiqindən bezən toyuqlar bəzi addımlar atmağı düşünürlər. Onlardan birinin məqsədi isə fərqlidir. O, fermadan birdəfəlik getmək istəyir. Bu qaçış heç də asan başa gəlmir.

Janr: animasiya, macəra, komediya
Rejissor: Mel Gibson, Julia Sawalha, Miranda Richardson

28. The Lego Bat-Man Movie (2017) IMDb: 7,3

The Lego Bat-Man Movie (2017)

Sakit həyat sürən Batman yeni köməkçiləri Robin və Batgiri ilə tanış olur və bununla da həyatı dəyişir. Komanda onları təhdid edən qüvvə ilə mübarizə aparır.

Janr: animasiya
Rejissor: Chris McKay
Rollarda: Will Arnett, Zach Galifianakis, Michael Cera

27. The Jungle Book (2016) IMDb: 7,4

The Jungle Book (2016)

Film canavar ailə tərəfindən böyüdülən Mowglinin macəralarından bəhs edir. Qaldığı yeri tərk etdikdən sonra onun başına cürbəcür hadisələr gəlir.

Janr: macəra, ailə, fantastik
Rejissor: Jon Favreau
Rollarda: Neel Sethi, Ben Kingsley, Bill Murray

26. Wallace & Gromit: The Curse of the Were Rabbit (2005) IMDb: 7,4

 Wallace & Gromit: The Curse of the Were Rabbit

Filmin rejissoru Steve Boxdur. Wallace və köpəyi Gromitin yaşadığı qəsəbədə hər il təşkil olunan Böyük Tərəvəz Yarışmasına qatılmasını və bu zaman yaşanan əyləncəli olayları əks etdirir.

Janr: animasiya, macəra, komediya
Rejissor: Nick Park, Steve Box
Rollarda: Helena Bonham Carter, Peter Sallis, Ralph Fiennes

25. Hugo (2011) IMDb: 7,5

Hugo (2011)

Uşaq romanı əsasında çəkilən film, Paris dəmir yolu stansiyasının divarları arasında yaşayan bir uşağın saatları təmir etməsindən sonra yaşanan sirli hadisələrdən bəh edir.

Janr: macəra, dram, ailə
Rejissor: Martin Scorsese
Rollarda: Asa Butterfield, Chloe Grace Moretz, Ben Kingsley

24. The Secret of Roan Inish (1995) IMDb: 7,5

The Secret of Roan Inish 1995

Köhnə film olmasına baxmayaraq, hələ də məşhurluğunu qoruyur. 10 yaşlı Fiona nənəsi və babası ilə yaşamaq üçün İrlandiyada kiçik bir balıqçı qəsəbəsinə göndərilir. Bundan sonra böyük bir əfsanə ortaya çıxar.

Janr; dram, ailə, fantastik
Rejissor: John Sayles
Rollarda: Jeni Courtney, Eileen Colgan, Mick Lally

23. Moana (2016) IMDb: 7,6

 Moana (2016)

Maui adlı yarı tanrı Ana Ada Te Fitinin qəlbini oğurlayaraq bir lənətə səbəb olur və lənətə görə xalq nə balıq tuta bilir, nə də torpaqda işləyə. Lənəti dayandırmaq üçün yeganə çarə Mauini tapıb Te Fitinin qəlbini yerinə qoymasını təmin etməkdir.

Janr: animasiya, ailə
Rejissor: John Musker, Ron Clements
Rollarda: Auli'i Cavalho, Dwayne Johnson, Alan Tudyk

22. Harry Potter and the Sorcerer's Stone (2011) IMDb: 7,6

Harry Potter and the Sorcerer's Stone (2011)

Harry Potter seriyasının ilk filmidir. Son illərin ən yaxşı filmlərindən biri hesab olunur. Harry, Ron və Harmonienin macəralarından bəhs olunur.

Janr: macəra, ailə, fantastik
Rejissor: Chris Columbus
Rollarda: Daniel Radcliffe, Rupert Grint, Richard Harris, Emma Watson

21. First Position (2012 IMDb: 7,6)

First Position 2012

Beş qitədən cəlb olunan balet iştirakçılarının hazırlanmasından, mübarizəsindən bəhs olunur. 9-19 yaşlı yarışçılar qələbə uğrunda əllərindən gələni edirlər.

Janr: sənədli, komediya, dram
Rejissor: Bess Kargman
Rollarda: Gaya Bommer Yemini, Michaela Deprince, Jules Jarvis Fogarty

20. Ponyo (2009) IMDb: 7,7

Ponyo (2009)

Balıq insan olmaq xəyalı ilə yaşayır. Dəniz üzərindəki qayada yaşayan 5 yaşlı Sosuke sahildə ilişib qalan Panyo ilə tanış olur. Onu xilas edib plastik şüşəyə qoynan Sosuke, zaman keçdikcə onu çox sevir.

Janr: animasiya, macəra, ailə
Rejissor: Hayao Miyazaki
Rollarda: Tomoko Yamaguchi, Hiroki Doi, Kazushige Nagashima

19. The Breadwinner (2017) IMDb: 7,7

The Breadwinner 2017

Filmdə hadisələr Talibanın basqın etdiyi Əfqanıstanda baş verir. Atası tutulandan sonra ailəsini dolandırmağa çalışan Pervana, iş tapmaq üçün kişi kimi davranır və rəftar edir. O, atasını xilas etməyə də çalışır.

Janr: animasiya, ailə
Rejissor: Nora Twomey
Rollarda: Saara Chaudry, Soma Bhatia, Ali Kazmi

18. Incredibles 2 (2018) IMDb: 7,7

Incredibles 2 (2018)

Super qəhrəmanların qanuni olmaması sıxıntı yaradıb. Helen bunu ortadan qaldırmaq üçün mübarizə aparır. Təhlükəli düşmənlə qarşılaşan Helen ailəsindən kömək istəyir və böyük macəraya atılır.

Janr: animasiya, ailə, macəra
Rejissor: Brad Bird
Rollarda: Craig T. Nelson, Holly Hunter, Sarah Vowel

17. Fantastic Mr. Fox (2009) IMDb: 7,8

Fantastic Mr. Fox

Mr. Fox adlı tülkü ailəsini doyuzdurmaq üçün hər axşam fermadan toyuq və ördək oğurlayır. Kəndçilər onu tutmaq üçün planlar qururlar. O, bir gün ələ keçir və qaçmaq üçün səy göstərir.

Janr: animasiya, macəra, komediya
Rejissor: Wes Anderson
Rollarda: George Clooney, Meryl Streep, Jason Schwartzman

16. How to Train Your Dragon 2 (2014) IMDb: 7,8

How to Train Your Dragon 2 (2014)

Filmin rejissoru və senari müəllifi Dean Debloisdir. Astrid, Soutlout və qrupun digər üzvləri əjdaha yarışlarında yarışırlar. Ayrılmaz ikili isə səfərə çıxır.

Janr: animasiya, macəra, ailə
Rejissor: Dean Deblois
Rollarda: Jay Baruchel, Cate Blanchett, Gerard Butler

15. My Life as a Zucchini (2017) IMDb: 7,8

My Life as a Zucchini (2017)

Valideynlərini itirən 9 yaşlı Icare polis Raymondun köməkliyi ilə uşaq evinə yerləşdirilir. Yeni həyata başlayan Courgette, yeni dostluqlar qurur.

Janr: animasiya, dram, ailə
Rejissor: Claude Barras
Rollarda: Gaspard Schlatter, Sixtine Murat, Paulin Jaccoud

14. Paddington 2 (2018) IMDb: 7,8

Paddington 2 (2018)

Londonda bir ailənin yanında qalan ayı Brown ailəsinin sevilən üzvünə çevrilir. Xalası Lucynin 100-cü doğum gününə hədiyyə almaq üçün işləməyə başlayır. O, hədiyyə alır və hədiyyəsi oğurlanır.

Janr: animasiya, komediya
Rejissor: Paul King
Rollarda: Hugh Bonneville, Sally Hawkins, Hugh Grant

13. Paddington (2014) IMDb: 7,8

Paddington (2014)

Perulu gənc ayı Pad xalası Lucy tərəfindən böyüdülür və yaşlı ayılar olan evdə yaşamağa başlayır. Buradan bezən Pad özünə yeni ev qurmaq istəyir. Bir gün stansiyada azır və daha əvvəl görmədiyi yerlərə gedir.

Janr: komediya, ailə, animasiya
Rejissor: Paul King
Rollarda: Hugh Bonneville, Sally Hawkins

12. The LEGO Movie (2014) IMDb: 7,8

The LEGO Movie (2014)

LEGO fiquru olan Emment adi qaydaları yerinə yetirən insan olmasına baxmayaraq, birdən dünyanı xilas etməyə qərar verir. O, komanda yığmağa hazırlaşır.

Janr: macəra, animasiya
Rejissor: Phil Lord, Christopher Miller
Rollarda: Sercan Gidişoğlu, Uğur Taşdemir, Burcu Başaran

11. Monsters, Inc. (2001) IMDb: 8

 Monsters, Inc. (2001)

Bütün dövlərin ən məşhur animasiya filmlərindən biridir. Filmdə maraqlı macəralar əks olunub.

Janr: animasiya, komediya, ailə
Rejissor: Pete Docter, David Silverman, Lee Unkrich
Rollarda: John Goodman, Billy Crystal, Steve Buscemi

10. Ratatuille (2007) IMDb: 8

Ratatuille (2007)

Remy ailəsi ilə yaşayan siçandır. O, yemək proqramlarına baxır və aşçı olmaq istəyir. Ancaq siçan olması buna maneə törədir. Hədəfinə çatmaq üçün əlindən gələni edir.

Janr: animasiya, komediya, ailə
Rejissor: Brad Bird
Rollarda: Patton Oswalt, Brad Garrett, Lou Romano

9. The Incredibles (2004) IMDb: 8

The Incredibles (2004)

Bir dönəmin məşhur super qəhrəmanı olan Bob Parr, Incredible adı ilə tanınır. İnsanları təhlükədən xilas edən Bob, sakit həyat sürür. 15 ildən sonra o, xüsusi tapşırıq alır. Ancaq işlər onun istədiyi kimi getmir.

Janr: animasiya, ailə, macəra
Rejissor: Brad Bird
Rollarda: Craig T. Nelson, Holly Hunter, Sarah Vowell

8. How to Train Your Dragon (2010) IMDb: 8,1

 How to Train Your Dragon (2010)

Vikinq kəndi olan Bartda baş verən hekayədə Vikinqlərin kəndlərinə hücum edən əjdahalardan bəhs edilir. Əjdahalarla kənd camaatı arasında ölüm-qalım mübarizəsi yaşanır.

Janr: animasiya, macəra, ailə
Rejissor: Chris Sanders, Dean Deblois
Rollarda: Jay Baruchel, Gerard Butler, America Ferrera

7. Finding Nemo (2003) IMDb: 8,1

Finding Nemo (2003)

Nemo anasını itirir və atası ilə yaşayır. Bir müddət sonra atasından bezən Nemo okeana açılmağa qərar verir. Bir gün o, okeanda ələ keçirilir. Atası onu tapmaq üçün hər şeyi edir.

Janr: animasiya, macəra, fantastik
Rejissor: Andrew Stanton, Lee Unkrich
Rollarda: Albert Brooks, Ellen DeGeneres, Alexander Gould

6. Song Of The Sea (2014) IMDb: 8,1

Song Of The Sea (2014)

Kiçik adada yaşayan Ben və Saoirsə bir müddət sonra nənələri ilə daha etibarlı yerə köçürlər. Onlar bütün sehrli varlıqların güclərini yenidən bərpa etməsi üçün caduya qarşı mübarizə aparırlar.

Janr: animasiya, ailə, fantastik
Rejissor: Tomm Moore
Rollarda: Brendan Gleeson, Fionnula Flanagan, Pat Shortt

5. Inside Out (2015) IMDb: 8,2

 Inside Out (2015

San-Fransiskoda yeni işə başlayınca yaşadığı bölgədən ayrılmağa məcbur olan Riley duyğuları iləhərəkət edən qızdır. O, yeni məkana, yeni həyata uyğunlaşmağa səy göstərir.

Janr: animasiya, komediya, ailə
Rejissor: Pete Docter, Ronaldo Del Carmen
Rollarda: Amy Poehler, Bill Hader, Lewis Black

4. Up (2009) IMDb: 8,2

 Up (2009)

Filmdə həyat yoldaşı öldükdən sonra planlaşdırdığı macəranı həyata keçirmək istəyən Carl və 8 yaşlı bir uşağın başına gələnlərdən bəhs edir. Ən yaxşı uşaq filmlərindəndir.

Janr: animasiya, ailə, fantastik
Rejissor: Pete Docter, Bob Peterson
Rollarda: Edward Asner, Jordan Nagai, Bob Peterson

3. Toy Story 3 (2010) IMDb: 8,3

Toy Story 3 (2010)

3D texnologiyası ilə yenilənən Toy Story-nin üçüncü seriyasında Woody, Buzz və digər oyuncaqlar sahibləri Andynin kollecə getməsindən sonra başsız qalırlar. Onlar yeni macəralar yaşayırlar.

Janr: animasiya, macəra, fantastik, komediya
Rejissor: Lee Unkrich
Rollarda: Tom Hanks, Tim Allen, Michael Keaton

2. Coco (2017) IMDb: 8,4

 Coco (2017)

Film 12 yaşlı Miguelin başına gələn əhvalatlardan bəhs edir. Onun ən böyük arzusu meksikalı gitaraçı Ernesto da le Cruzdur. Ancaq məşhur gitaraçı həyatını itirib. Onların görüşmələri üçün fövqəladə olay baş verməlidir.

Janr: animasiya, fantastik, ailə
Rejissor: Lee Unkrich, Adrian Molina
Rollarda: Anthony Gonzalez (VIII); Benjamin Bratt, Gael Garcia Bernal

1. Spirited Away (2002) IMDb: 8,6

Spirited Away (2002)

Chihiro adlı qız ailəsi ilə birlikdə başqa bir yerə köçür. Bundan sonra qeyri-adi macəralar başlayır. Film Oscar mükafatına layiq görülüb.

Janr: animasiya, macəra
Rejissor: Hayao Miyazaki
Rollarda: Rumi Hiiragi, Miyu Irino, Mari Natsuki

Məqaləyə emosiya bildir:
2 il əvvəl
9704 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 947
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5685
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 11 ay əvvəl
  • 1737
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2360
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6843
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2511