Ən yaxşı fantastik filmlər

İzləyənlərin xəyal dünyasını inkişaf etdirən ən yaxşı fantastik filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

1. Wonder Woman 1984 (2020) IMdb: 6,3

Wonder Woman 1984

Film 1980-ci illərdə verən müttəfiqlərlə qarşı-qarşıya qalan Wonder Womanın macəralarından bəhs edir. Bu ləqəblə məşhurlaşan Diana Prince iki düşmənlə mübarizə aparır. Filmi izləməyiniz tövsiyə edilir.

Janr: macəra, fantastik
Rollarda: Gal Gadot, Chris Pine, Kristan Wilg
Rejissor: Patty Jenkins

2. Soul (2020) IMDb: 8,3

 Soul (2020)

Orta məktəbdə musiqi müəllimi olan Joe Gardner caz pianoçusu olmaq istəyir. Bu xəyalını reallaşdırmaq üçün musiqi kursuna yazılır. Nyu-York küçələrində gəzərkən birdən-birə kanalizasiyaya düşdüyünü görən Joe, yuxarı necə qaydıdacağını düşünür.

Janr: animasiya, macəra, ailə
Rollarda: Jamie Foxx, Tina Fey, Graham Norton
Rejissor: Peter Docter, Kemp Powers

3. The Croods: A New Age (2020) IMDb: 7

The Croods: A New Age (2020)

Filmdə Crood və Betterman ailələrinin arasındakı mübarizə təsvir olunub. Qədim dövrün əks olunduğu filmdə Betterman ailəsi Crood ailəsindən daha yaxşı olduğunu sübut etməyə çalışır.

Janr: animasiya, macəra, ailə, komediya
Rollarda: Nicolas Cage, Ryan Reynolds, Emma Stone
Rejissor: Joel Crawford

4. Star Wars: Skywalkerin Yüksəlişi (2019) IMDb: 6,6

 Star Wars: Skywalkerin Yüksəlişi (2019)

Böyük lider Snokeni öldürən Kylo Ren liderə çevrilib. Qəddar rəhbərlik altında qalaktika ümidsizliyə qərq olub. Kylo və Rey arasında mübarizə get-gedə şiddətlənir.

Janr: elmi-fantastik, macəra
Rollarda: Daisy Ridley, Adam Driver, Oscar Isaac
Rejissor: JJ. Abrams

5. The Lighthouse (2019) IMDb: 7,6

The Lighthouse (2019)

Mainedə yaşayan və dəniz fənərinə nəzarət edən iki qarovulçunun həyatından bəhs edilir. Thomas Wake sirli bir adada dəniz fənərinə nəzarət edir. Ona kömək etmək üçün Ephraim Winslow adlı gənc göndərilir. Onlar bir müddətdən sonra qəribə hadisələrlə üzləşirlər.

Janr: qorxu, triller
Rollarda: Robert Pattinson, Willem Dafoe, Valeria Karaman
Rejissor: Robert Eggers

6. Jumanji: The Next Level (2019) IMDb: 6,8

Jumanji: The Next Level (2019)

Baş rolda Dwayne Johnsonun yer aldığı film 2019-cu ildə ekran üzü görüb. Özəl güclərə sahib avatarlara çevrilən dörd dostun ilişib qaldığı Jumanjidən bəhs olunur. Bu dəfəki tapşırıq fərqli və çətindir.

Janr: macəra, komediya
Rollarda: Dwayne Johnson, Jack Black
Rejissor: Jake Kasdan

7. A Monster Calls (2016) IMDb: 7,5

A Monster Calls (2016)

13 yaşlı uşaq həyatının ən çətin dönəmini yaşayır. Conor O'Malleyin anası xərçəng xəstəsidir və məktəb yoldaşları onu ələ salır. Atası və nənəsi ilə də yola getmir. Bir gün pəncərədən evə bir qeyri-adi məxluq girir. Conor ona həyatını danışır.

Janr: fantastik, dram
Rollarda: Lewis MacDougall, Felicity Jones, Sigourney Weaver
Rejissor: Juan Antonio Bayona

8. Doctor Strange (2016) IMDb: 7,5

Doctor Strange (2016)

Film işində uğurlu olan Stephen Strangenin keçirdiyi qəzadan və bundan sonra baş verənlərdən bəhs edir. Ağır vəziyyətə düşən Strange, Pangborn adlı iflic xəstəsinin möcüzəvi şəkildə sağaldığını, buna Himalayda nail olduğunu öyrənir. Ora gedərək onu sağaltmalarını istəyir, lakin vəziyyət daha da qarışır.

Janr: fantastik, macəra
Rollarda: Benedict Cumberbatch, Chiwetel Ejiofor, Tilda Swinton
Rejissor: Scott Derrickson

9. Mr. Nobody (2009) IMDb: 7,8

Mr. Nobody (2009)

Film 117 yaşlı Nemonun həyatından bəhs edir. Nemonun xatırladığı tək şey bir qatar stansiyasında olması və buraya atası və ya anası ilə gəlməsidir.

Janr: fantastik, dram
Rollarda: Jared Leto, Sarah Polley, Diane Kruger
Rejissor: Jaco van Dormael

10. Maleficent (2014) IMDb: 7

Maleficent (2014)

2014-cü ildə ekranlara çıxan film təsirli səhnələri ilə diqqət çəkir. Filmin rejissoru Robert Strombergdir.

Janr: fantastik, macəra
Rollarda: Angelina Jolie, Elle Fanning, Sharlto Copley
Rejissor: Robert Sromberg

11. Constabtine (2005) IMDb: 7

Constabtine (2005)

Filmdə fövqəl hadisədən bəhs olunur. Ən yaxşı fantastik filmlər arasında yer alır.

Janr: fantastik, qorxu
Rollarda: Keanu Reeves, Rachel Welsz, Djimon Hounsou
Rejissor: Francis Lawrence

12. Harry Potter And The Chamber Of Secrets (2002) IMdb: 7,4

Harry Potter And The Chamber Of Secrets (2002)

Harry Potter uşaqkən sehrbaz olan anası və atasını itirir. Ona xalası himəlik edir. Bir gün Harry Hogwarts Sehrbazlıq Məktəbinə daxil olur. Burada dostları Ron və Harmone ilə macəralar yaşayır.

Janr: fantastik
Rollarda: Daniel Radcliffe, Rupert Grint, Emma Watson
Rejissor: Chris Columbus

13. Stardust (2007) IMDb: 7,6

Stardust (2007)

Sevdiyi qadınla qovuşa bilmək üçün bir çox sınaqdan keçən kişinin başına qələn qəribə hadisələrdən bəhs olunur. Tristan sevdiyi qadının ürəyinə yol tapmaq üçün axan bir ulduzu tutacağına söz verir. Ancaq bu, o qədər də asan olmur.

Janr: fantastik, macəra, dram, ailə
Rollarda: Charlie Cox, Claire Danes, Robert De Niro
Rejissor: Matthew Vaugh

14. 300 Sparta (2006) IMDb: 7,7

300 Sparta (2006)

300 nəfərdən ibarət Sparta əsgərləri saysız-hesabsız fars ordusuna qarşı. Filmdə müharibədə əsl əzmkarlıq nümunəsi əks olunub. Bu müharibədə geri çəkilmək olmaz!

Janr: müharibə, tarixi
Rollarda: Gerard Butler, Lena Headey, Rodrigo Santoro
Rejissor: Zack Snyder

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3223 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
səma (2 il əvvəl)
Hamısına baxmışam bu filimlərin möhtəşəmdi
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 958
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5688
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1741
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6849
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2517